Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ


Soyuq asfaltbeton qarışıqlardan örtüklərin tikinti xüsusiyyətləri



Yüklə 0,9 Mb.
səhifə32/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   ...   28   29   30   31   32   33   34   35   ...   43
Avtomobil yollarının müasir problemləri

Soyuq asfaltbeton qarışıqlardan örtüklərin tikinti xüsusiyyətləri
Soyuq vəziyyətdə döşənən asfaltbeton qarışıqlar, onlarda maye bitumlar tətbiq olunması və qızğın və isti qarışıqlarla müqayisədə yapışdırıcı materialın miqdarının əhəmiyyətli azalması hesabına uzun müddət ərzində yumşaq qala bilir.

Bu onları qabaqcadan hazırlamağa və nizamla yığılmış qalaqlarda uzun müddət saxlamağa imkan verir, burada onlar 6 aya qədər saxlana bilər. Soyuq asfaltbeton qarışıqlardan örtükləri asfaltbeton zavodundan böyük məsafələrdə tikmək olar, belə qarışıqların nizamla yığılmış qalaqlarda yay dövründə açıq meydançalarda xüsusi talvarlar quraşdırılmadan saxlanmasına icazə verilir, bu qarışıqların qalaqlara boşaldılmasını +90...+130°C temperaturda yerinə yetirmək lazımdır, nəqliyyat vasitələrinə doldurduqda isə soyuq asfaltbeton qarışıq yumşaq olmalı və temperaturu qışda +25°C-dən və yayda +30°C-dən yüksək olmamalıdır.

Soyuq asfaltbeton başlıca olaraq, qızğın asfaltbeton qarışıqların tətbiqi mümkün olmadıqda və ya çətinlik yaratdıqda, həmçinin də nazik qatlı örtüklərin tikilməsi zamanı istifadə edilir. Bu materialın xüsusiyyətləri, lazımi hallarda, tikilən örtüyün qalınlığını xeyli azaltmağa (1,5 sm-ə qədər) imkan verir, bununla belə bu kimi naziklaylı örtüklər, o cümlədən asfaltbeton örtüklər də daxil olmaqla köhnə yeyilmiş örtüklərin gücləndirilməsi lazım gəldikdə salına bilər. Bu material asfaltbeton örtüklərin kiçik təmiri zamanı xüsusən əlverişlidir.

Soyuq asfaltbeton qarışıqların əsas çatışmamazlığı örtükdə onların uzun müddət ərzində formalaşmasıdır. Soyuq asfaltbeton adətən onun üstü ilə hərəkət edən nəqliyyatın təsiri ilə sıxlaşır, vərdənələrlə isə bu asfaltbetona yalnız ilk sıxlaşdırılma verilir. Bununla bərabər, soyuq asfaltbetonun hazırlanması zamanı aktivləşdirilmiş mineral tozlar tətbiq edilməsi hesabına onun istismar xassələrinin yaxşılaşdırılması məqsədi ilə son zamanlar aparılmış tədqiqatlar tərkibində aktivləşdirilmiş toz olan soyuq asfaltbetonun adi vərdənələrlə hesabi sıxlıq dərəcəsinə qədər sıxlaşdırılmasının mümkün olduğunu göstərdi.

Soyuq asfaltbeton qarışıqlardan örtüklərin tikilmə texnologiyası aşağıdakı əməliyyatlardan ibarətdir: əsasın hazırlanması, nəql olunma, qarışığın döşənməsi və sıxlaşdırılması. Soyuq asfaltbetondan olan örtükləri istənilən möhkəm və monolit əsas üzərində tikmək olar və onu da qızğın asfaltbeton qarışıqdan olan örtüklərin tikilməsində olduğu kimi hazırlayırlar. Əsaslar tozdan və çirkdən diqqətlə təmizlənməli və onun üzərində olan bütün nöqsanlar qabaqcadan aradan qaldırılmalıdır.

Bir qatlı örtüklərin əsaslarını hopdurma üsulu ilə (6 – 8 sm dərinliyinə) özlü bitumla emal olunmuş qırmadaşdan və ya qızğın və ya soyuq vəziyyətdə döşənən qara qırmadaşdan tikmək lazımdır. Soyuq, qara qırmadaş öz xüsusiyyətlərinə görə soyuq asfaltbetonun tətbiq olunma şəraitlərinə daha uyğun gəlir və belə asfaltbetonun əsasının və ya örtüyün alt qatının tikilməsi üçün perspektiv materialdır. Köhnə qırmadaş və çınqıl örtüklərin əsas kimi istifadə olunması zamanı onlar, soyuq asfaltbeton qarışığın döşənməsindən qabaq təmir olunmalı və düzləndirilməlidirlər. Nahamarlıqların sayı çox olduqda örtüyün üst hissəsinin başdan-başa külünglənməsini yerinə yetirmək və təzə materialın lazmı miqdarını əlavə etmək lazımdır. Alınmış yumşaq qatın düzləndirilməsindən sonra onun döşənməsini yerinə yetirmək lazımdır, sonra isə, əgər bu yol geyiminin konstruksiyası ilə nəzərdə tutulubsa, üst qırmadaş və ya çınqıl qatını yapışdırıcı materialla hopdurma və ya yarımhopdurma metodu ilə emal etmək lazımdır.

Soyuq asfaltbetondan olan örtüklər, adətən, yazda havanın temperaturu +5°C-dən və payızda +10°C-dən aşağı olmadıqda, obyektin tikinti rayonunda payız yağışları başlayana qədər bu örtüyün normal formalaşması üçün lazım olan vaxtın mütləq nəzərə alınması ilə döşənməlidir. Soyuq asfaltbeton qarışığı döşənmə yerinə özüboşaldan avtomobillərlə çatdırmaq və tikinti sahəsində, əsasın bitumla və ya bitum emulsiyası ilə emalından dərhal sonra, asfaltdöşəyənlərlə və ya əllə (işlərin kiçik həcmində) paylamaq lazımdır, qarışığın paylanmasını emulsiyanın parçalanmasından və ya ondan suyun buxarlanmasından sonra yerinə yetirmək lazımdır.

Döşənmə prosesində soyuq asfaltbeton qarışıqları pnevmatik şinli özüyeriyən vərdənələrlə (bir izlə 6 – 10 gediş) sıxlaşdırmaq məsləhət görülür, onlar olmadıqda isə – adi motorlu, yüngül vərdənələr (bir izlə 4 – 6 gediş) istifadə etmək lazımdır. Əgər soyuq asfaltbeton örtük titrəyişli vərdənə ilə sıxlaşdırılırsa onda bir iz üzrə söndürülmüş vibratorla 3 – 5 gediş və qoşulmuş vibratorla 6 – 8 gediş nəzərdə tutmaq lazımdır. Aktivləşdirilmiş mineral tozlu soyuq asfaltbeton qarışığı sıxlaşdırmaq üçün ağır vərdənələrin istifadə olunmasına icazə verilir, lakin sıxlaşdırılan qarışığın səthində çatlar meydana çıxdıqda sıxlaşdırılma prosesini dayandırmaq və ya ağır vərdənələri yüngülləri ilə əvəz etmək lazımdır. Soyuq asfaltbeton qarışıqlardan olan örtüklərin qəti sıxlaşması bu örtük üzrə hərəkət edən avtomobillərin təsiri altında baş verir, buna görə də belə örtüyün formalaşmasının vacib şərtlərindən biri onun istismarının ilkin dövründə onun üstü ilə lazımi qədər intensiv avtomobil hərəkətinin olmasıdır, bu müddət nəqliyyatın hərəkət intensivliyi sutkada ən azı 400 – 500 yük avtomobili olduqda təxminən 1 – 1,5 ay davam edir, tərkibində aktivləşdirilmiş toz olan soyuq asfaltbeton örtüyün formalaşması isə cəmi 10 – 15 gün çəkir. Soyuq asfaltbeton qarışıqların daha effektiv və bir bərabərdə sıxlaşdırılması üçün sıxlaşdırılmanın ilkin dövründə avtomobillərin hərəkətini nizamlamaq lazımdır, onların sürəti 40 km/saat-dan çox olmamalıdır.

Onu da xüsusi qeyd etmək lazımdır ki, avtomobillərin hərəkətinin təsiri altında lazımi sıxlaşdırılma alan soyuq asfaltbetondan olan örtüklərin möhkəmliyi qızğın asfaltbeton qarışıqlardan hazırlanmış örtüklərin möhkəmliyindən geri qalmır. Yağışlı hava başlayana qədər örtüyün lazımi sıxlıq əldə etməsi üçün soyuq asfaltbeton qarışığın döşənməsi işlərini bu dövrün başlanmasına təxminən 1 ay qalmış qurtarmaq lazımdır. Əgər soyuq asfaltbeton örtüyü tikinti mövsümünün sonunda tikmək lazım gələrsə, onda lazımi qədər formalaşmamış bu örtüyü payız yağışları dövründə dağılmaqdan qorumaq məqsədi ilə səthi emala uğratmaq lazımdır. Göstərilənin yerinə yetirilməsi üçün örtüyün səthinə 0,3 – 0,4 l/m2 miqdarında bitum tökürlər (əsasın emalı üçün istifadə olunan bitum markaları da tətbiq oluna bilər), sonra bitum qatının üstünə dərhal soyuq asfaltbeton qarışığın nazik qatını səpirlər (təxminən 5 – 6 kq/m2) və yüngül vərdənələrin bir neçə gedişi ilə bu qatın yayılmasından sonra bu örtük üzrə hərəkət açılır.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin