Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ


ASFALTBETON YOLLARIN TİKİNTİ PROBLEMLƏRİ



Yüklə 0,9 Mb.
səhifə31/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   ...   27   28   29   30   31   32   33   34   ...   43
Avtomobil yollarının müasir problemləri

ASFALTBETON YOLLARIN TİKİNTİ PROBLEMLƏRİ
İsti asfaltbeton örtüyün tikinti texnologiyasının optimallaşdırılması
İsti asfaltbeton örtüyün tikintisi zamanı onun hazırlanma texnologiyasının optimallaşdırılmasını və struktur yaratmanı mineral materialların fiziki-kimyəvi aktivləşdirilməsi müddəalarından (şəraitlərindən) irəli gələn prinsiplər əsasında nəzərdə tutmaq lazımdır, o cümlədən:

  1. optimal dənəvər tərkibli mineral materialların seçilməsi;

  2. mineral materialların bitumla ən son bircins vəziyyətə çatana qədər qarışdırılması;

  3. isti asfaltbeton qarışıqların qarışdırılması və sıxlaşdırılması zamanı reoloji müqavimətlərin minimuma çatdırılması.

Texnologiyanın optimallaşdırılmasının birinci prinsipi isti asfaltbeton qarışığın hazırlanmasının ilkin mərhələsi üçün xarakterikdir və ondan ibarətdir ki, bitumun özlülüyü azaldıqca qarışığı təşkil edən komponentlərin ən son kövrəkliyini azaltmaq lazımdır. Bu halda az özlülüklü bitumların tətbiq edilməsi onların daha dəqiq seçilməsini və həmçinin seçilmiş bitumun xassələrinin nəzərə alınması ilə qarışığın mineral tərkibini təşkil edən komponentlərin ciddi seçilməsini və nisbətlərə əməl ciddi əməl olunmasını tələb edir.

Qeyd etmək lazımdır ki, az özlülüklü bitumlar əsaslı asfaltbeton örtüklər onların tərkibində mineral dənələrin iriliyi 2-dən 11,2 mm-ə qədər olduqda lazımi qədər yüksək möhkəmlik göstəricilərinə malik olur. Bundan başqa, iri mineral dənələr qızğın və isti asfaltbeton örtüklərdə gərginliklər konsentratıdır. Lakin, isti asfaltbeton örtükdə bitumun özlülüyünün az olması səbəbindən iri dənələr bu örtükdə materialın bircinsliyini (gərginliyini) qızğın örtüyə nəzərən daha böyük dərəcədə azaldır.

Az özlülüklü bitumlara birbaşa daxil edilmiş mineral toz da həmçinin örtükdə koaqulyasiya tipli ilkin molekullar üstü strukturların yaranmasında iştirak edir, buna görə də o daha çox dispersiya olmalıdır və bu halda onun miqdarı daha özlü bitumlar istifadə edilməsinə nəzərən 15 – 20% çox olmalıdır.

Texnologiyanın optimallaşdırılmasının ikinci prinsipi isti asfaltbeton qarışıqların hazırlanması zamanı onların aktiv struktur dəyişmə dövründə realizə olur. Qarışığın struktur yaratma prosesinin normal inkişafı bu halda, ilk növbədə yaxşı islanma və bitumun mineral materiallarla möhkəm ilişməsi ilə şərtlənir, isti asfaltbeton qarışıqların bircins vəziyyəti isə məcburi təsirli qarışdırıcılarda bitumun və aktivləşdirilmiş mineral tozun ayrılıqda daxil edilməsi ilə əldə edilir.

Məlum olduğu kimi, aktivləşdirilməmiş mineral toz yüksək aktivliyi hesabına asfaltbeton kütləsində aqreqatlaşır və adi mexaniki təsir bu aqreqatların tam dağılmasına səbəb olmur, buna görə də aktivləşdirilməmiş mineral toz öz funksiyalarını tam yerinə yetirmir. İsti asfaltbetonda mineral tozun aqreqatlarının yaranması xüsusən yol verilməzdir, buna görə də yalnız mexaniki təsirlərə əsaslanan adi texnologiya fiziki-mexaniki proseslərə əhəmiyyətli dərəcədə əsaslanan texnologiyalarla əvəz olunmalıdır, yəni isti asfaltbeton qarışığın hazırlanması zamanı aktivləşdirilmiş mineral toz tətbiq olunmalıdır.

İsti asfaltbetonun hazırlanmasının fiziki-kimyəvi texnologiyası aktivləşdirilmiş mineral tozun verilmiş ardıcıllıqla birbaşa qarışdırıcıya daxil edilməsini nəzərdə tutur, bu dənələrin islanmasını yaxşılaşdırır və yapışdırıcının adheziyasını artırır, yapışdırıcının mineral materialların səthi üzrə daha müntəzəm paylanmasına şərait yaradır və qarışığın komponentlərinin qarışdırılma işini azaldır. Bu istiqamətdə aparılan tədqiqatlar göstərdi ki, aktivləşdirilmiş mineral tozun isti asfaltbeton qarışığa daxil edilməsi onun komponentlərinin qarışdırılması zamanı həmçinin də reoloji müqavimətlərin xeyli azalmasına səbəb olur, buna səbəb mineral dənələrdə bitumun periferiya qılaflarının özlülüyünün azalması olur. İsti asfaltbeton hazırlandıqda aktivləşdirilmiş mineral toz tətbiq olunması ətraf havanın aşağı temperaturlarında işlərin icra şəraitinə daha effektiv təsir edir. Bununla eyni zamanda onu da nəzərə almaq lazımdır ki, isti asfaltbeton qarışıqların hazırlanmasının temperatur rejimi bitumun özlülüyü ilə qarşılıqlı əlaqədə olduğundan bu qarışığın natamam və ya çox qızdırılması yol verilməzdir.

Bitumun kimyəvi tərkibinin isti asfaltbeton qarışıqda dəyişməsi onun qızıdırılmış mineral materiallarla qarışdırılmasının ilk dəqiqələrində baş verir, buna görə də qarışığı elə minimal buraxıla bilən temperaturda hazırlamaq lazımdır ki, burada bitumun özlülüyü 10 puazdan çox olmasın.

İsti asfaltbeton qarışığın sıxlaşdırılması zamanı reoloji müqavimətlərin minimum prinsipi bu qarışıq üçün optimal sıxlaşdırıcı vasitələr seçilməsi, tərkibi və onun sıxlaşdırılmasının optimal rejimlərinin təyin olunması ilə onun makrostrukturunun formalaşması proseslərinin nizamlanması yolu ilə yerinə yetirilir. Bununla belə isti asfaltbeton qarışıqdan örtüyün özünün formalaşması prosesi o soyuduqdan sonra başa çatmır, buna bitumda oksidləşmə və polimerləşmə prosesləri və yüngül fraksiyaların buxarlanması hesabına qarışıqda koaqulyasiya əlaqələrinin möhkəmlənməsi kömək edir.

İsti asfaltbeton örtüyün tətbiq olunma oblastı. III yol-iqlim zonasında isti asfaltbeton işlərin icrasının həm yay, həm də qış vaxtlarında (-5°C-yə qədər) ən yüksək kateqoriyalı yollarda örtüklərin tikilməsi üçün yaralıdır. II yol-iqlim zonasında isti asfaltbeton II və III kateqoriyalı yolların tikilməsi üçün tətbiq oluna bilər. İsti qarışıqların texnoloji xassəsi tikinti mövsümünü xeyli genişləndirməyə və havanın temperaturu -10°C-yə qədər olduqda işləri görməyə imkan verir. I yol-iqlim zonasında isti asfaltbetonu payız-qış dövründə temperatur -15°C-yə qədər olduqda istifadə etmək məqsədəuyğundur. Səthi kələ-kötür tin-tin dənələr istifadə olunduqda B130 bitumu ilə hazırlanmış isti asfaltbeton intensiv avtomobil hərəkəti zamanı örtükdə kafi işləyir.



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin