Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ


Aktivləşdirilmiş mineral toz əsaslı asfaltbeton örtüklərin tikintisi



Yüklə 0,9 Mb.
səhifə40/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   ...   35   36   37   38   39   40   41   42   43
Avtomobil yollarının müasir problemləri

Aktivləşdirilmiş mineral toz əsaslı asfaltbeton örtüklərin tikintisi
Son illərdə aktivləşdirilmiş mineral toz əsaslı asfaltbeton qarışıqlardan olan yol örtüklərinin tikintisi həm Azərbaycanda, həm də xaricdə geniş tətbiq olunmağa başlanıb.

Məlum olduğu kimi, asfaltbeton qarışıqların ənənəvi istehsal texnologiyası təbii mineral materialların, onlara xas olan fiziki-kimyəvi xassələrlə istifadəsinə əsaslanır, bu isə mineral materialların dənəvər tərkibinin onların süni doğranması və ya xırdalanması və tələb olunan ölçülü fraksiyalara çeşidlənməsi yolu ilə dəyişilməsi ilə bağlıdır. Asfaltbetondan olan örtüklər üçün mineral dənələrin göstərilən alınma texnologiyası nəticəsində yalnız hissəciklərin dənəvər tərkibi və istifadə olunan daş (mineral) materialların xüsusi səthi dəyişir, lakin bu hissəciklərin səthlərinin öz xarakteri az dəyişir və ya heç dəyişmir, bu mineral materialların təbii xassələrinin istifadəsinə əsaslanır.

Aparılmış tədqiqatlar asfaltbetonun istehsalının, bu prosesdə ilkin fiziki-kimyəvi aktivləşdirilməyə uğradılmış mineral materialların istifadəsini nəzərdə tutan yeni texnologiyasının işlənib hazırlanmasına (xüsusən qızmar iqlim şəraiti üçün) səbəb oldu və bununla da belə asfaltbetonlardan olan örtüklərin qurluşunun möhkəmliyinin və dayanıqlığının artma şəraitlərini, bu asfaltbeton qarışıqların hazırlanmasının və döşənməsinin texnoloji prosesinin yaxşılaşdırılmasını qabaqcadan müəyyən etdi. Məsələn, bu tədqiqatların gedişində aktivləşdirilmiş mineral toz və ilkin mineral xammala və aktivləşdirilməmiş mineral materialların üyüdülmə üsuluna görə ona analoji olan materiallar istifadə edilməklə hazırlanmış eyni qranulemetrik tərkibli asfaltbeton qarışıqlardan olan örtüklər öyrənilmişdir. Bundan başqa, yol örtüklərinin iqlim zonalarının və istismar şəraitlərinin xarakteristikaları nəzərə alınaraq əsas tədqiqatlar müxtəlif özlülüklü bitum markalarından (B20, B40, B60, B90) və səthi-aktiv maddələrdən (SAM) təşkil olunan aktivləşdirilmiş qarışıqlı mineral toz ilə aparılıb. Bununla bərabər mineral tozun aktivləşdirilməsi üçün aktivləşdirici qarışıq respublikanın yollarının iqlim xarakteristikaları və temperatur rejimi nəzərə alınmaqla istifadə edilib.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin