Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ


ASFALTBETON ÖRTÜKLƏRİNİN QIZMAR İQLİM ŞƏRAİTİNDƏ SÜRÜŞMƏYƏ DAVAMLIĞININ ARTIRILMASI



Yüklə 0,9 Mb.
səhifə36/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   ...   32   33   34   35   36   37   38   39   ...   43
Avtomobil yollarının müasir problemləri

ASFALTBETON ÖRTÜKLƏRİNİN QIZMAR İQLİM ŞƏRAİTİNDƏ SÜRÜŞMƏYƏ DAVAMLIĞININ ARTIRILMASI
Asfaltbeton örtüklərin sürüşməyə davamlığının artırılması sahəsində işlər ayrı-ayrı məsələləri əhatə edir, bunlara aiddir:

  • yüksək temperaturlarda asfaltbetonun möhkəmliyinə qoyulan tələblərin əsaslandırılması;

  • asfaltbetonun sürüşməyə davamlılığını xarakterizə edən yeni göstəricilərin daxil edilməsi;

  • asfaltbeton qarışıqların hazırlanması zamanı istifadə olunan bitumların keyfiyyətinin yüksəldilməsi;

  • mineral hissənin qranulemetrik tərkibinin seçilməsi və asfaltbetonun skeletliyinin yüksəldilməsi;

  • asfaltbeton qarışıqların hazırlanması zamanı SAM və digər materialların tətbiq olunması;

  • asfaltbeton örtüklərin tikintisi zamanı aktivləşdirilmiş mineral materiallar tətbiq olunmaqla onların struktur əlaqələrinin gücləndirilməsi.

Asfaltbeton örtüyün sürüşməyə davamlığını xarakterizə edən əsas həlledici amil sıxılma zamanı onun möhkəmliyi və sürüşmədir, onlar uyğun nümunələrdə xüsusi layihələndirilmiş (bu nəşrin müəllifi tərəfindən) cihazla +50...+75°C temperaturlarda təyin olunur.

Belə ki, örtüyün +70...+75°C temperatura qədər qızması zamanı asfaltbetonun möhkəmliyi, asfaltbetonun növündən və onun tərkibində olan sərbəst bitumun miqdarından asılı olaraq, örtüyün +50°C temperatura qədər qızması zamanı möhkəmliyi ilə müqayisədə 30 – 50% azalır. Bununla yanaşı asfaltbetonun istiliyə davamlılığına bitumun və mineral materialların xassələri, onların qarşılıqlı təsiri, mineral hissənin plastikliyi və qranulemetrik tərkibi də təsir edir.

Ən böyük istiliyə davamlılıq ilə tərkibində 25%-dən çox asfaltenlər, 24%-dən az qatranlar və 50%-dən çox karbohidrogenlər olan bitumlar fərqlənir. Bununla bərabər asfaltqatranlı maddələrin ümumi həcmində asfaltenlərin payı 0,5%-dən çox təşkil edir. Tərkibində bu tip bitumlar olan asfaltbeton qarışıqlar xeyli yüksək istiliyə davamlılıqla fərqlənir və belə bitummineral qarışıqlar üçün istiliyə davamlılıq əmsalının kiçik qiymətləri xarakterikdir.

İstiliyə davamlılıq əmsalını hesablama əsasında ifadə etmək olar, bu halda birinci yol-iqlim zonası üçün +75°C temperaturda qəbul olunmuş

burada: K – asfaltbeton nümunələrinin əsasən möhkəmliyindən asılı olan əmsaldır və istiliyə davamlılığı xarakterizə edir.





Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin