Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ


Asfaltbeton örtüklərinin deformasiyasının səbəbləri



Yüklə 0,9 Mb.
səhifə37/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   ...   33   34   35   36   37   38   39   40   ...   43
Avtomobil yollarının müasir problemləri

Asfaltbeton örtüklərinin deformasiyasının səbəbləri
Asfaltbetondan olan örtüyün hərəkətsiz (statik) və hərəkətedən (dinamik) yüklənmələrə çatlar, dalğalar və ya sürüşmələr yaranmadan müqavimət göstərmə qabiliyyəti qumun və qırmadaşın asfalt yapışdırıcı maddə ilə ilişməsindən asılıdır. Bu halda daş tərkibi elə seçirlər ki, o sıx, ayrı-ayrı mineral dənələr arasında ən böyük dayanıqlığı təmin edən olsun.

Mineral dənələrin öz aralarında ilişməsi, öz növbəsində, asfalt yapışdırıcı maddənin təbəqəsinin optimal qalınlığından, mineral dənələrin səthinin quruluşundan və s. asılıdır.

Asfalt yapışdırıcı maddənin təbəqəsinin qalınlığı kifayət etməyəndə ayrı-ayrı mineral dənələr arasında əlaqə asan pozula bilər və deformasiyaların, çuxurların, ovulmaların və s. yaranması nəticəsində örtük tez dağıla bilər.

Lakin asfalt yapışdırıcı maddənin artıqlığı yüksək temperaturlarda örtüyün möhkəmliyinin azalmasına səbəb olur, çünki örtükdə dalğalar, sürüşmələr və başqa hamarsızlıqlar yarana bilir. Temperatur yüksəldikdə örtüyün möhkəmliyi çox nəzərə çarpacaq dərəcədə azalır. Buna görə də müşahidə göstərir ki, asfaltbeton örtüyünün möhkəmliyi yalnız +20°С və +75°С temperaturlarda sıxılmanın ədədi göstəriciləri ilə deyil, həm də bu göstəricilərin nisbətləri ilə, yəni temperaturun artması və azalması vaxtı örtüyün möhkəmliyinin dəyişmə dərəcəsi ilə xarakterizə olunur. Bu nisbət nə qədər kiçikdirsə, yüksək temperaturlarda örtüyün möhkəmliyi bir o qədər az azalır və o istiliyin təsirinə bir o qədər yaxşı müqavimət göstərir, bununla bərabər asfaltbeton örtüyünün istiliyə davamlılığı asfalt yapışdırıcı maddənin xüsusiyyətlərdən və keyfiyyətindən asılı olur. Sonuncunun artıq olması adətən örtüyün istiliyə davamlılığının azalmasına səbəb olur, normal temperaturda asfaltbetonun sıxılmada möhkəmlik həddi isə başqa tikinti materialları ilə müqayisədə nisbətən kiçikdir.

Tamamilə kifayətdir ki, ən isti vaxtda (+75°С) örtük 0,8 − 1,3 MPa sıxılmaya, havanın adi temperaturunda isə 2,5 − 3,0 MPa-ya davam gətirsin. Məsələn, başqa tikinti materialları, o cümlədən gil kərpic 15 MPa-ya qədər və daha çox, sementbeton − 50 MPa və daha çox sıxılmaya davam gətirməlidir.

Struktur-mexaniki xüsusiyyətlər, bitum və yüksək xüsusi səthə malik narın dispersiya olunmuş mineral tozun qarışığından ibarət olan asfalt yapışdırıcının qalınlığı ilə təyin edilir.

Bitum, tərkibində asfalten komponent olan maye fazanın qarışığıdır, asfalten həmçinin bitumu strukturlaşdırır. 0,02 mm-dən kiçik ölçülü hissəciklər, həmçinin də asfaltbeton qarışığında mineral toz qarışığın səthinin 90%-dən çoxunu təmin edir.

Beləliklə, mineral toz «astarlıq» material rolunu yerinə yetirir, onun köməyi ilə bitum təbəqə vəziyyətinə keçir. Toz dənələr arasında kontakt səthini artırır, bitumun və betonun istiliyə davamlılığını yüksəldir, yapışdırıcının istilik genişlənməsini azaldır, bitumun adheziya xüsusiyyətlərini artırır.

Asfaltbeton sistem ən böyük möhkəmliyə təbəqələrin minimal orta qalınlığında və mineral astarla kontaktın yüksək sıxlığında malik olur.

Mexaniki xüsusiyyətlər − bu asfaltbetonun strukturu dağılmadan qüvvə, istilik, çökmə və s. gərginliklərə müqavimət göstərmə qabiliyyətidir. Bu amilləri bəzən struktur-mexaniki xüsusiyyətlər adlandırır və onları möhkəmlik və deformasiya xüsusiyyətlərinə bölürlər.

Asfaltbeton örtüyünün vəziyyətinin çoxillik müşahidələri göstərir ki, yollarda örtüyün çatlaması tez-tez meydana çıxır.

Məlumdur ki, soyuma vaxtı bütün cisimlər, ölçüləri azalaraq sıxılır.

Yol örtüyünə döşənmiş asfaltbeton əsasla möhkəm ilişir, bunun nəticəsində ətraf havanın temperaturu aşağı endikdə örtüyün daxilində dartıcı qüvvələr yaranır, bunlar örtükdə çatlar yaradaraq asfaltbetonu tez-tez qırırlar.

Temperatur mikroçatlarının yaranma səbəbi asfaltbetonda istifadə edilən mineral və üzvü yapışdırıcı materiallarının temperatur genişlənmə əmsallarının fərqli olmasıdır. Temperatur artırdıqda asfaltbeton örtük genişlənəcək, bunun nəticəsində örtüyün sərbəst uzanması, daha yüksək temperaturda isə − bitumun sıxılıb səthə çıxarılması müşayiət olunan əhəmiyyətli yumşalma baş verir. Temperaturun azalması isə, hiss edilən gərginliklər olmadan sərbəst yerdəyişməli asfalt betonunun həcminin azalmasına səbəb olur. Belə vəziyyət yalnız göstərilən genişlənməyə və ya həcmin azalmasına mane olan hər hansı başqa qüvvələrin olmadığı halda ola bilər.

Asfaltbeton örtük əsasla möhkəm bağlıdır və onun hər yerdəyişməsinə asfaltbeton örtük və əsas arasında yaranan sürtünmə qüvvəsi mane olacaq.

Temperatur əhəmiyyətli artarsa gərgin vəziyyət olmayacaq, çünki asfaltbetonun deformasiyası onun plastikliyinin artması hesabına betonun yumşalması şəklində özünü göstərəcək. Bu halda temperaturun azalması isə betonun plastik vəziyyətdən kövrək vəziyyətə keçməsini doğuracaq.



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin