Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ


YOLLARIN DAŞIMA QABİLİYYƏTİNİN VƏ KONSTRUKSİYALARIN MÖHKƏMLİYİNİN ARTIRILMASI ÜÇÜN SİNTETİK MATERİALLARIN TƏTBİQİ



Yüklə 0,9 Mb.
səhifə42/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   ...   35   36   37   38   39   40   41   42   43
Avtomobil yollarının müasir problemləri

YOLLARIN DAŞIMA QABİLİYYƏTİNİN VƏ KONSTRUKSİYALARIN MÖHKƏMLİYİNİN ARTIRILMASI ÜÇÜN SİNTETİK MATERİALLARIN TƏTBİQİ
Yolların tikintisinə qoyulan tələblər uyğun normativ sənədlərlə reqlamentləşdirilir (DÜİST, TN və Q, və s., xüsusi halda» Rəhbərlik...»). Həmin sənəddə yol geyimlərinin əsasına və torpaq yatağının konstruksiya məsələlərinə xüsusi diqqət verilir. Bu sənədlərdə verilən qaydaların və istismar tələblərinin əsas hissəsi yol konstuksiyalarının davamlılığını və xarakteristikalarını mineral və başqa inşaat materiallarının tətbiq olunma şəraitinə görə təyin edir və müəyyənləşdirir. Bunların sırasında torpaq yatağının aktiv zonasında armləşdirən, drenləşdirən və müdafiəedici nazik qatlar yaratmaq üçün, yol geyimlərinin aşağı konstruktiv qatlarında, yolların kənarında, tökmələrin əsasında və enişlərdə, tikilən və ya təmir olunan (bərpa olunan) avtomobil yollarında istifadə olunan rulon sintetik materiallara (SM) xüsusi yer verilir.

Rulon sintetik material (bəzi hallarda sintetik, tekstil, heotekstil materiallar adlanan) dedikdə sintetik(poliefir, poliamid, polipropilen) liflərdən, saplardan və ya o cümlədən qeyri sintetik komponentlər daxil olmaqla təkrar xammaldan birləşdirmə yolu ilə alınan nazik, elastik lent nəzərdə tutulur.

Yolların konstruksiyalarında SM-dən nazik qatların yaradılması ənənəvi yol-tikinti materiallarının sərfinin azalmasına imkan verir, torpaq işlərinin həcmini, yolun konstruksiyasının material tutumunu aşağı salmağa, tikinti müddətini qısaltmağa, tikinti və təmir işlərində nəqliyyat və enerji xərclərini azaltmağa, yolun konstruksiyasının və onun ayrı-ayrı elementlərinin istismar etibarlığını və xidmət müddətini artırmağa imkan verir. Göstərilən nəticələr SM-in aşağıdakı funksiyaları yerinə yetirməsi hesabına alınır:

- armləşdirmə (nəqliyyat vasitələrinin yükünün və xüsusi çəkisinin təsiri altında qrunt massivində yaranan gərginliklərin SM paylanması nəticəsində yol konsruksiyalarının qüvvətləndirilməsi);

- drenləmə (suyun aparılmasının sürətləndirilməsi) və ya hidroizolyasiya (səthi suların torpaq yatağına axmasını azaltmaq – SM-in müdafiə və armləşdirmə funksiyalarının eyni zamanda yerinə yetirməsinə baxılır);

- müdafiələr (qruntun eroziya prosesini yavaşıtmaq və ya qarşısını almaq, kontaktda olan qatların materiallarının bir-birinə keçməsinin qarşısını almaq və filtr kimi işləmək).

Məlumdur ki, yol tikintisində torpaq qurğularının əsas növləri yerin səthindən yuxarı qaldırılan tökülmələr və təbii səviyyədən aşağıda quraşdırılan oyuqlardır. Tökülmələr və oyuqlar, bir qayda olaraq, torpaq yatağının və qrunt əsasının quraşdırılması zamanı nəzərdə tutulur, onun üzərindən yol geyiminin qurulmasına xidmət edir, bu geyimlər artıq uzununa mailliyə malik olmamalıdır və bunlar müəyyən parametrləri aşmamalıdır. Bu vəziyyət torpaq yatağının və ya qrunt əsasının gah tökülmələr, gah da oyuqlar üzərində qurulmasını tələb edir, harada ki, SM-in, xüsusilə də heotekstilin göstərilən konstruksiyaların üst hissəsində istifadə edilməsi, yol geyimindən suyun aparılması şəraitlərini yaxşılaşdırsın və bununla da torpaq yatağının deformasiya olunmalığını azaltsın.

Çox yolların tikintisində, xüsusilə də, aeroportun uçuş-enmə zolağında heotekstil konstruktor-texnoloji araqatı kimi qruntun çökmələrini bərabləşdirərək və lokal basılmasının qarşısını alaraq nəqliyyat yüklərinin paylanması üçün istifadə olunurdu. Laboratoriya şəraitində layihə olunan qruntun xarakteristikaları təyin olunmuşdur. Bunun nəticəsində müəyyən olunmuşdur ki, qruntun tərkibində böyük miqdarda diametri 0,25 mm-dən kiçik gilli hissəciklər vardır, buna görə də nəmli şəraitlərdə o az davamlı kimi qəbul olunmuşdur.

Qrunt əsasının üzərinə sintetik materialların çəkilməsi prosesində əsas şərtlərdən biri həmin qruntun əsasının təyin edilməsidir. Bu, inşaat təşkilatının işin yerinə yetirilməsi zamanı həyata keçirilir. Bu nəzarət, bir qayda olaraq, qruntun geyiminin əsasının sıxlığının sıxlaşdırılan qatlar üçün sistematik təyin olunmasından və alınmış nəticələrin normalaşdırılmış göstəricilərlə müqayisə edilməsindən, eləcə də qruntun nəmliyini, onun sıxlaşdırılan qatlarının qalınlığını və bunların üzərindən sıxlaşdırııcı vasitələrin keçmə gedişlərinin sayını müşahidə etməkdən ibarətdir.

SM-in döşənməsi geyiminin qrunt əsasının funksiyasını qabaqcadan bitum emulsiyası və ya qızğın bitumla örtülmüş (tərkibində bitum 1 kq/m) qrunt əsasına bu materialın rulonlarını əl üsulu və ya maşının köməyi ilə çəkməklə təyin edir.

Qruntun əsasına SM-in döşənməsinin temperatur rejimi bu materialın qrunt əsasının bitum emulsiyası və ya qızğın bitumla örtdükdən ancaq bir neçə saatdan sonra döşənməsinin mümkün olması şərtlərinin mütləq yerinə yetirilməsini reqlamentləşdirir.

Zəif qruntlarla döşənmiş geyiminin və tökülmənin əsasına SM-dən SM-in rulonlarını iş görülən yerə bilavasitə döşəməni başlayanda nəql etmək lazımdır və iş cəbhəsinin uzunluğu boyu SM-in rulonda uzunluğuna uyğun payla maq lazımdır.

SM-in döşənməsi, bir qayda olaraq, torpaq yatağı boyu rulonları diyirlədərək mexaniki üsulla və ya əl ilə yol fəhlələrinin briqadası açmaqla yerinə yetirilməlidir. Diyirlədərək açmanın birinci metrlərində döşəmənin kənar hissəsini (eni üzrə) yuxarı ucu əyilmiş və aşağı ucu itilənmiş iki-üç ankerlə (3...5 mm diametrli metal çubuqlar) qrunta sıyılmalıdır. Sonradan diyirlədərək döşəmənin açılması zamani periodik olaraq onu uzunluğu boyu azacıq dartmaq və 10... 15 m-dən bir (zəif qrunt olduqda isə 1,5...2,0 m-dən bir)ankerlərlə (və ya başqa mümkün üsulla) qrunta bərkitmək lazımdır. Göstərilən bərkitmələr işin görülməsi zamanı küləyin təsirindən sürüşməməsi üçün, SM-in üstdəki qatını döşədikdə və eləcə də SM-in azacıq ilkin gərilməsini saxlamaq üçün yerinə yetirilməlidir.

SM döşəməsi adətən eninə istiqamətdə biri o birinin üstünü 0,15 m-dən az olmayaraq örtməklə (üst-üstə) düzülür, lazım gəldikdə əlavə də birləşdirilir. Əgər döşəmənin bərabər möhkəmliyini tökülmənin eninə istiqamətində təmin etmək lazımdırsa SM döşəməsinin düzülməsini eninə istiqamətdə yerinə yetirirlər və SM döşəmələrinin ayrılıqda etibarlı birləşməsini təmin etmək mümkün deyildir. Bu halda SM döşəmələrinin bir-birini örtməsi 0,2...0,3 m-dən az olmamalıdır və döşəmələr özləri isə həmin örtülmənin eni üzrə 1,5...2,0 m-dən bir qrunta metal ankerlərlə bərkidilməlidir.





Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin