Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə44/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   40   41   42   43   44   45   46   47   ...   159

Müqəddəs evliliyin bəy gecəsi


212. İmam Baqir (ə): Cabir ibn Abdullah Ənsari mənə belə rəvayət etdi: Peyğəmbər (s) Fatiməni (ə) Əlinin (ə) evinə göndərrəcəyi gecə, Əlini çağırıb sağ tərəfində, Fatiməni isə sol tərəfində əyləşdirdi. Onların başlarını birləşdirdi və ayağa qalxdı. Ardınca Əli və Fatimə də ayağa qalxdılar. Peyğəmbər (s) onların arasında (onlarla birlikdə) Əlinin evinə getdi. Cəbrayıl da, mələklərin əhatəsində birlikdə təkbir ("Allahu əkbər!") sədaları ucaltdı. Allahın elçisi (s) də onların sədalarını eşidib, təkbir söyləməyə başladı. Bunu eşidən müsəlmanlar da təkbir söylədilər. Bi ilk dəfə idi ki, gəlin apararkən təkbir söyləyirdilər. Ondan sonra bu bir sünnə (adət) oldu.1
213. İmam Sadiq (ə): Əli (ə) və Fatimənin (ə) evlənməsi haqqında olan hədisdə buyurur: Əli(ə) buyurur: Ondan sonra bir ay boyunca Peyğəmbərlə (s) namaz qılır, sora mənzilimə qayıdırdım. Onunla Fatimə haqqında heç bir söz danışmırdım. Bu müddət tamam olduqdan sonra, Peyğəmbərin həyat yoldaşları dedilər: Allahın elçisindən(s) Fatiməni sənin evinə göndərməsini istəməyəkmi? Dedim: İstəyin. Onlar Peyğəmbərin (s) yanına getdilər və Ümm Əymən dedi: Ey Allahın elçisi! Əgər Xədicə həyatda olsaydı Fatimənin evlənməsinə sevinərdi. Əli həyat yoldaşını istəyir. Fatimənin gözünü əri ilə işıqlandır və onların hər ikisinin bir-birinin yanında yaşamasına qərar ver. Bununla bizi də sevindirmiş olarsan.
Peyğəmbər (s) buyurdu: "Nə üçün Əli özü həyat yoldaşını məndən istəmir? Mən gözləyirəm ki, o, özü Fatməni məndən istəsin."
Əli (ə) rəvayətr edir ki; dedim: Utanırdım, ey Allahın rəsulu!
Peyğəmbər (s) üzünü qadınlara tutub, buyurdu: "Burada kim var?" Ümm Sələmə cavab verdi: Mən Ümm Sələmə, Zeynəb, filankəs, filankəs...
Peyğəmbər (s) buyurdu: "Mənim evlərimdən birinin otaqlarından birini də qızım Fatimə və əmim oğlu Əli üçün hazırlayın."
Ümm Sələmə soruşdu: Hansı otağı, ey Allahın elçisi?
Buyurdu: "Öz otağını."
Ümm Sələmə qadınlara göstəriş verdi ki, otağı hazırlayıb, bəzəsinlər.
Ümm Sələmə rəvayət edir ki, Fatimədən soruşdum: Özünə səpməyə ətirin varmı?
Buyurdu: "Bəli."
O, bir şüşə qabda ətir gətirib, bir miqdarını əlimə tökdü. İndiyə qədər duymadığım çox bir gözəl qoxu hiss etdim. Ondan bunun hansı ətir olduğunu soruşdum. Buyurdu: "Dəhyə Kəlbi hər vaxt Allahın rəsulunun (s) yanına gəldikdə, mənə buyurardı: Fatimə, bir nalça (döşəkçə) gətir ki, əmin əyləşsin. Mən də gətirərdim. Hər dəfə ayağa qalxıb gedəndə, əbasının altından bir şeylər yerə dağılardı. Mənə deyərdi ki, onları yığıb (özümə götürüm). (O, bu ətirlər idi.)
Əli(ə) bu haqda Peyğəmbərdən (s) soruşdu. Peyğəmbər (s) buyurdu: "Onlar Cəbrayılın qanadların dan yerə tökülən ənbər ətridir."
Günəş qürub edən zaman Allahın elçisi (s) buyurdu: "Ey Ümm Sələmə! Fatiməni gətir."
Mən onu gətirdim. O, ətəkləri yerlə sürüldüyü halda, Allahın elçisindən (s) utandığı üçün həya təri tökə-tökə gəldi. Onun ayaqları titrəyirdi. Bunu görən Peyğəmbər (s) buyurdu: "Allah-təala dünya və axirətdə sənin ayaqlarını titrəyiş və lərzədən qorusun."
Fatimə (ə) Peyğəmbərin (s) qarşısında dayandığı zaman, həzrət onun üzündəki duvağı götürdü və Əli (ə) onu gördü. Sonra Peyğəmbər (s) Fatimənin əlini Əlinin ovucuna qoydu və buyurdu: "Ey Əli! Allah-təala, Tanrı peyğəmbərinin qızı ilə evliliyini mübarək etsin! Fatimə sənə yaxşı (layiqli) həyat yoldaşıdır. Ey Fatimə! Əli sənə yaxşı (layiqli) ərdir! Evinizə gedin, sizin yanınıza gələnə qədər heç bir şey etməyin."
Əli (ə) deyir: Fatimənin əlini tutdum və onu özümlə evə apardım. Biz bir küncdə əyləşdik. Və hər ikimiz utancaq halda idik və xəcalət çəkirdik. Bir qədər sonra Allahın rəsulu (s) gəldi və buyurdu: " Barada kimsə var?"
Dedim: Buyurun içəri, ey Allahın rəsulu! Bizim görüşümüzə xoş gəlmisiniz.
Peyğəmbər (s) içəri daxil olub, Fatiməni bir tərəfində, Əlini də, o biri tərəfində əyləşdirdi. Sonra buyurdu:"Ey Fatimə! Mənə bir az su gətir."
Ftimə otaqdakı qədəhi su ilə doldurub, atasına verdi... Sudan Fatimənin başına çilədi. Sonra buyurdu: "Üzünü mənə şevir." Fatimə üzünü çevirdikdə, sudan bir miqdar onun sinəsinə çilədi. Və buyurdu: "arxaya dön." Sudan bir miqdar da, çiyinlərinə çilədi. Sonra buyurdu: İlahi! Mən qızımı hər şeydən (məxluqdan) daha çox sevirəm. İlahi! Onu özünə ən yaxşı dost qərar ver və həyat yoldaşını da ona mübarətk et."
Ardınca buyurdu: "Ey Əli! İndi həyat yoldaşınla otağına gir. Allah mübarək etsin. Allah sizə öz rəhmət vəbərəkətini əsirgəməsin. Həqiqətən də, Tanrı həmd-sənaya layiq və izzət-cəlallıdır."1

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin