Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 1,45 Mb.
səhifə59/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   55   56   57   58   59   60   61   62   ...   122
4.3. Cinsi oriyentasiya

Tipik  olaraq  cinsi  oriyentasiya  ilə  bağlı

ayrı-seçkilik  barədə  işlərdə  şəxs  ho-

moseksual  və  ya  biseksual  olduğundan

əlverişsiz  rəftara  məruz  qalır,  lakin  bu

əsasla heteroseksual olmağa görə ayrı-

seçkilik də qadağan edilir.

110


Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı

Cinsi oriyentasiya ‘hər bir şəxsin

fərqli genderdən və ya eyni

genderdən və ya birdən daha çox

genderdən olan fərdlərə

münasibətdə dərin emosional,

təsiredici və seksual cazibədarlıq

qabiliyyəti və həmin fərdlərlə

intim münasibətləri başa düşülə

bilər’.


185

_____________________________________

185. Geniş şəkildə qəbul olunmuş bu anlayış ‘Beynəlxalq İnsan hüququnun Cinsi Oriyentasiya və Gen-

der Mənsubiyyəti ilə əlaqədar tətbiqi haqqında Yogyakarta Prinsipləri’ndən (‘Yogyakarta Principles on

the Application of International  Human Rights law in Relation to Sexual Orientation and Gender Iden-

tity’) götürülmüşdür, mart 2007-ci il, bax: www.yogyakartaprinciples.org/principles_en.htm.




Misal:  İsveç  Ombudsmanı  tərəfindən  baxılan  Cinsi  Oriyentasiya

zəminində Ayrı-seçkiliklə bağlı bir işdə (‘HomO’) heteroseksual bir

qadın  lezbiyanların,  qeylərin  və  transseksualların  hüquqlarının

müdafiəsi üzrə İsveç milli federasiyasında təhlükəsiz cinsi məlumat

məmuru kimi işə müraciəti rədd edilərkən cinsi oriyentasiyası səbəbi

ilə ayrı-seçkiliyə məruz qalmasından şikayət etmişdi.

186 

Həmin təşki-



latdan ona bildirilmişdi ki, onlar mənsubiyyətcə homoseksual və ya

biseksual olan bir kişini işə götürmək istəyirlər ki, o həmkarları ilə daha

yaxşı ünsiyyətdə ola bilsin. Müəyyən olunmuşdu ki, qadın həmin işin

məqsədləri baxımdan homoseksual və ya biseksual kişi ilə müqayisə

olunmağa iddia edə bilməzdi (və buna görə də o, özünə münasibətdə

az əlverişli rəftara məruz qaldığını sübut edə bilməzdi), və ya hər bir

halda ayrı-seçkilik vəzifənin həqiqi tələbi baxımından əsaslı idi.

AİHK-in 14-cü Maddəsi ‘cinsi oriyentasiyanı’ müdafiə olunan əsas kimi

aydın şəkildə sadalamasa da, AİHM bir sıra işlərdə açıq şəkildə müəyyən

edib ki, cinsi oriyentasiya da ‘digər’ əsaslara daxildir.

187

Misal: S.L. Avstriyaya qarşı işində ərizəçi şikayət edirdi ki, milli qa-



nunvericilik tərəflərdən birinin yaşı on səkkizdən aşağı olan kişilər

arasında razılıq əsasında olan cinsi münasibətləri cinayət əməli kimi

müəyyən  edir.

188


Bunun  əksinə,  qadınlara  isə  on  dörd  yaşından

etibarən  (həm  lezbian,  həm  də  heteroseksual)  cinsi  münasibətdə

olmağa  icazə  verilir. AİHM  müəyyən  etdi  ki,  bu  cinsi  oriyentasiya

zəminində ayrı-seçkilikdir.

Misal:  E.B.  Fransaya  qarşı  işində  ərizəçinin  övladlığa  uşaq

götürməklə bağlı müraciəti o əsasla rədd edilmişdi ki, ərizəçi xanımın

evində  kişi  rolunu  oynayan  yoxdur.

189


Milli  qanunvericilik  subay

valideynlərin  övladlığa  uşaq  götürməsinə  icazə  verirdi  və  AİHM

müəyyən etdi ki, dövlətin bu qərarı ona əsaslanırdı ki, həmin qadın

başqa bir qadınla münasibətdə idi və birlikdə yaşayırdı. Buna uyğun

olaraq  da  AİHM  müəyyən  etdi  ki,  ayrı-seçkilik  cinsi  oriyentasiya

zəminində baş verib.

111

Müdafiə olunan əsaslar



_____________________________________

186. HomO, Decision of 21 June 2006, Dossier No. 262/06.

187. Bax, məsələn, AİHM, Frette Fransaya qarşı (Fretté v. France) (No. 36515/97), 26 fevral 2002, para. 32.

188. AİHM, S.L. Avstriyaya qarşı (S.L. v. Austria) (No. 45330/99), 9 yanvar 2003.

189. AİHM, E.B. Fransaya qarşı (E.B. v. France) [GC] (No. 43546/02), 22 yanvar 2008.



Qeyd  olunmalıdır  ki,  AİHM  dövlətin  cinsi  oriyentasiya  zəminində

müdaxiləsinə qarşı həmçinin AİHK-nın 8-ci Maddəsi ilə təmin olunan şəxsi

həyat hüququ əsasında da müdafiə edir. Belə ki, əgər bu zəmində ayrı-

seçkilik  baş  verərsə,  sadəcə  8-ci  Maddəyə  əsaslanaraq  ayrı-seçkiliyin

olduğu  barədə  arqument  gətirməyə  ehtiyac  olmadan  da  pozuntunun

olduğuna iddia etmək mümkündür.

Misal: Dudgeon Birləşmiş Krallığa qarşı işi böyüklər arasında razılıq

əsasında olan homoseksual cinsi münasibətləri kriminallaşdıran milli

qanunvericilik haqqında idi.

190


Ərizəçi şikayət etdi ki, o, bir homosek-

sual kimi təqib olunmaq riski altındadır. AİHM müəyyən etdi ki, bu özü-

özlüyündə  onun  şəxsi  həyatına  hörmət  hüququnun  pozulmasıdır,

çünki  şəxsi  həyata  ‘cinsi  həyat’  da  daxildir.  Məhkəmə  həmçinin

müəyyən etdi ki, ictimai əxlaqın qorunması legitim məqsədə xidmət

etsə  də,  bunu  şəxsi  həyata  bu  səviyyədə  müdaxilə  etmədən  də

həyata keçirmək olardı.

AİHM xüsusilə də, Dövlətin müdaxilələrinin fərdlərin ləyaqətinin şəxsin

cinsi həyatı və ya ailə həyatı kimi əhəmiyyətli elementlərinə toxunduğu

hallarda fərdləri bu cür müdaxilələrdən daha çox müdafiə etməyə çalışır.

Aşağıdakı iş göstərir ki, şəxsi həyata müdaxilə cinsəlliklə bağlı olduqda

bu cür müdaxiləyə haqq qazandırmaq çətindir.

Misal:  Karner  Avstriyaya  qarşı  işi  əsas  sahib  vəfat  etdikdə  onun

qohumunun  və  ya  ‘həyat  yoldaşının’  avtomatik  olaraq  icarə

müqaviləsinin tərəfi olmasını müəyən edən milli qanunvericiliyin (İcarə

haqqında Qanunun 14-cü bölməsinin) təfsiri haqqında idi.

191

Ərizəçi


öz partnyoru, yəni vəfat etmiş əsas sahib ilə birlikdə yaşayırdı. Milli

məhkəmələr milli qanunvericiliyi elə təfsir etdilər ki, həmin qanun-

vericilik, hətta nigahsız yaşayan hetroseksual cütlükləri əhatə etsə

də, homoseksual cütlüklərə şamil edilmədi. Hökumət cinsi oriyen-

tasiya zəminində fərqli rəftara yol verilmiş olduğunu qəbul etdi, lakin

iddia etdi ki, bu ənənəvi ailələrin öz yaşayış yerlərini itirmələrinə qarşı

qorunması üçün edilib ki, bu da həmin fərqli rəftara haqq qazandırır.

AİHM müəyyən etdi ki, ənənəvi ailənin qorunması legitim məqsəd ola

bilsə  də,  ‘cinsi  və  ya  cinsi  oriyentasiya  zəminində  fərqli  rəftar 

112


Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı

_____________________________________

190. AİHM, Dudgeon v. UK (No. 7525/76), 22 oktyabr 1981.

191. AİHM, Karner v. Austria (No. 40016/98), 24 iyul 2003, paras. 34-43.




nümyiş elətdirildiyi halda qiymətləndirmə sərbəstliyi ... dardır’. AİHM

onu da qeyd etdi ki, ‘mütənasiblik prinsipi sadəcə seçilmiş tədbirin

prinsipcə qarşıya qoyulan məqsədə çatmaq üçün uyğun olmasını

tələb etmir. Həmçinin, həmin məqsədə çatmaq üçün müəyyən kate-

qoriyadan olan insanların – indiki halda homoseksual münasibətlərdə

yaşayan  insanların  –  İcarə  haqqında  Qanunun  14-cü  bölməsinin

tətbiq dairəsindən istisna edilməsinin zəruri olduğu da göstərilməlidir’.

Beləliklə  də,  AİHM  ayrı-seçkiliyin  olduğunu  müəyyən  etdi,  çünki

Dövlət ənənəvi ailənin qorunması üçün elə üsullardan istifadə edə

bilərdi ki, homoseksual cütlüklər bu cür əlverişsiz vəziyyətə düşməsin.




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin