4.5. Yaş
Yaş zəminində müdafiə sadəcə qurbanın yaşı ilə əlaqədar fərqli rəftara
məruz qalması ilə bağlıdır. (Din və ya cinsi oriyentasiyadan fərqli olaraq)
yaşa görə ayrı-seçkiliyin özü-özlüyündə AİHK ilə müəyyən olunan konkret
hansısa bir hüququn tərkibinə aid olmadığına baxmayaraq, yaşa görə ayrı-
seçkilik məsələləri müxtəlif hüquqlar kontekstində meydana çıxa bilər.
AİHM başqa işlərdə olduğu kimi, faktiki hallarda yaşa görə ayrı-seçkilik
olan işlərə, o cümlədən cinayət işi üzrə icraat sistemində uşaqlara
münasibətlə bağlı işlərə baxıb. AİHM müəyyən edib ki, ‘yaş’ ‘digər statusa’
aiddir’.
197
Misal: Schwizgebel İsveçrəyə qarşı işində 47 yaşlı subay ana
övladlığa uşaq götürməklə bağlı müraciətinin rədd edilməsindən
şikayət etmişdi.
198
Milli məhkəmələr öz qərarlarını ərizəçi ilə uşaq
arasındakı yaş fərqinə və ərizəçinin bir övladı olduğundan övladlığa
götürmənin əhəmiyyətli maliyyə çətinliyi yaradacağına görə
əsaslandırmışdılar. AİHM müəyyən etdi ki,ərizəçiyə yaşına görə
övladlığa uşaq götürmək üçün müraciət edən daha gənc qadınlarla
müqayisədə fərqli münasibət göstərilib. Lakin, Dövlətlər arasında
övladlığa uşaq götürməklə bağlı qəbul edilən vahid yaş
məhdudiyyətlərinin olmaması Dövlətə daha geniş qiymətləndirmə
sərbəstliyi verirdi. Bundan əlavə, yaş fərqi ilə bağlı milli hakimiyyət
orqanlarının mülahizəsi qanunsuz tətbiq olunmayıb, əksinə uşağın
maraqlarına uyğun olaraq və ikinci uşağın ərizəçiyə yaşada biləcəyi
maliyyə çətinliyi və öz növbəsində bu maliyyə çətinliyinin də uşağın
rifahına mənfi təsir edəcəyi nəzərə alınmaqla əsaslandırılıb. Uyğun
olaraq da, AİHM müəyyən etdi ki, bu cür fərqli münasibət əsaslı olub.
116
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
197. ECtHR, Schwizgebel v. Switzerland (No. 25762/07), 10 June 2010.
198. Elə orada.
Misal: T. Birləşmiş Krallığa qarşı və V. Birləşmiş Krallığa qarşı
işlərində iki oğlan mühakimə olunmuş və 10 yaşlarında olarkən
törətdikləri qətlə görə təqsirli bilinmişdilər.
199
Ərizəçilər digər məsələ-
lərlə yanaşı şikayət etdilər ki, onların yaşı və yetkin olmamaqları
müdafiələrində səmərəli şəkildə iştirak etməklərinə mane olduğundan
onlar ədalətli mühakimə olunmamışdılar. AİHM müəyyən etdi ki,
azyaşlı bir şəxsi mühakimə edərkən Dövlət ‘onun yaşını, yetkinlik
səviyyəsini və intellektual və emosional imkanlarını tam olaraq nəzərə
almalı’ və ‘onun icraatı anlamaq və icraatda iştirak etmək qabiliyyətini
inkişaf etdirmək’ üçün tədbirlər görməlidir. AİHM müəyyən etdi ki,
Dövlət bu işi 14-cü Maddə baxımından araşdırmamaqla, bunu edə
bilməyib və nəticə etibarilə AİHK-in 6-cı Maddəsini pozub.
Misal: D.G. İrlandiyaya qarşı və Bouamar Belçikaya qarşı işlərində
ərizəçilər milli məhkəmələr tərəfindən həbs edilmişdi.
200
AİHM
müəyyən etdi ki, bu şərtlər altında qanunsuz həbs olunmamaq
hüququ pozulmuşdur. Hər iki işdə ərizəçilər həmçinin iddia etmişdilər
ki, onlara qarşı münasibət böyüklərə qarşı münasibətdən fərqli
olmuşdur, çünki milli qanunvericilik böyüklərin bu cür şərtlər altında
həbs olunmasına icazə vermirdi. AİHM müəyyən etdi ki, böyüklərə və
uşaqlara münasibət fərli olsa da, bu münasibət əsaslı idi, çünki
azadlıqdan bu cür məhrumetmənin məqsədi azyaşlıları qorumaq idi
ki, böyüklərlə bağlı belə bir məqsəd yox idi.
Dostları ilə paylaş: |