Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


  Siyasi və ya digər fikir



Yüklə 1,45 Mb.
səhifə69/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   65   66   67   68   69   70   71   72   ...   122
4.11.  Siyasi və ya digər fikir

AİHK açıq şəkildə ‘siyasi və ya digər fikirləri’ müdafiə olunan əsas kimi

sadalasa da, bu əsaslar Aİ-nin ayrı-seçkiliyə qarşı direktivlərində müdafiə

olunan əsaslar kimi göstərilmir. Təxmin etmək olar ki, şəxsin hansısa bir

inancı varsa və bu inanc ‘din və ya əqidə’ kimi müəyyən olunmaq üçün

nəzərdə  tutulan  tələblərə  cavab  vermirsə,  həmin  inanc  məhz  bu  əsas

altında müdafiə oluna bilər. Bu əsas üzrə işlərə AİHM tərəfindən nadir hal-

larda baxılmışdır. AİHK-in digər sahələri kimi, ‘siyasi və ya digər fikirlər’ də

Konvensiyanın müəyyən etdiyi hüquq, yəni 10-cu Maddə ilə təsbit olunan

ifadə azadlığı hüququ vasitəsilə müdafiə olunur və bu sahə üzrə mövcud

olan presedent hüququnun köməyi ilə bu əsasla nəyin əhatə olunduğunu

bilmək  mümkündür.  Təcrübədən  görünür  ki,  iddia  olunan  qurban  bu

zəmində ayrı-seçkilik olduğunu hiss etsə, böyük ehtimal ki AİHM bu iddi-

aya sadəcə 10-cu Maddə əsasında baxacaq.

Ümumi səviyyədə, AİHM Handyside Birləşmiş Krallığa qarşı (Handyside v.

UK)  işində  müəyyən  etdi  ki,  ifadə  azadlığı  hüququ  təkcə  ‘müsbət

qarşılanan, yaxud qeyri-aqressiv və ya neytral hesab olunan “məlumat” və

ya “ideyalara” deyil, həm də dövlət üçün və ya əhalinin hər hansı qismi

üçün aqressiv, şok yaradan və təşviş doğuran “məlumat” və ya “ideyalara”

şamil olunur’.

239

Bu sahədə geniş presedent hüququ olduğundan, bu fəsil



iki işin köməkliyi ilə siyasi fikrin digər fikirlərlə müqayisədə niyə daha çox

müdafiə olunduğunu göstərməklə kifayətlənir.

Misal:  Steel  və  Morris  Birləşmiş  Krallığa  qarşı işində  ərizəçilər

üzərində McDonalds şirkəti haqqında həqiqətə uyğun olmayan iddi-

alar olan vərəqələr paylayan kampaniya iştirakçıları idilər.

240


Ərizəçilər

diffamasiyaya görə məhkəməyə verilmiş və milli məhkəmələr zərərin 

132

Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı



_____________________________________

238. İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə, 20 Saylı Ümumi Şərh, ‘İqtisadi, Sosial və Mədəni

Hüquqlar üzrə Ayrı-Seçkiliyin olmaması’, UN Doc. E/C.12/GC/20,  10 June 2009, paras. 24-26, 35.

239. AİHM, Handisayd Birləşmiş Krallığa qarşı (Handyside v. UK) (No. 5493/72), 7 dekabr 1976.

240. AİHM, Stil və Morris Birləşmiş Krallığa qarşı (Steel and Morris v. UK) (No68416/01), 15 fevral 2005.



əvəzinin ödənilməsi barədə qərar vermişdi. AİHM müəyyən etdi ki,

diffamasiyaya görə məhkəmə icraatı ifadə azadlığına müdaxilə olub,

lakin  bu  müdaxilə  şəxslərin  nüfuzunun  qorunması  kimi  legitim

məqsədə xidmət edib. Bununla belə, o da müəyyən olundu ki, ictimai

mənafeylə  bağlı  məsələlər  üzrə  ifadə  azadlığına  güclü  müdafiə

təminatı verilməlidir. Güclü bir korporativ müəssisə olan McDonalds

bir neçə min vərəqənin paylanması nəticəsində ona ziyan dəydiyini

sübut  edə  bilmədiyindən,  və  zərərin  əvəzinin  ödənilməsi  üçün

müəyyən olunan məbləğ ərizəçinin gəlirinə nisbətən yüksək olduğun-

dan, ərizəçilərin ifadə azadlıqlarına müdaxilə qeyri-mütənasib olub.

Misal: Castells İspaniyaya qarşı (Castells v. Spain) işi hökumətin Bask

ölkəsində terror aktlarına qarşı hərəkətsizliyini tənqid etdikdən sonra

hökuməti ‘təhqir etməyə’ görə cinayət məsuliyyətinə cəlb olunmuş

parlament  üzvü  haqqında  idi.

241

AİHM  siyasi  kontekstdə  ifadə



azadlığının vacibliyini, o cümlədən demokratik cəmiyyətin lazımi qay-

dada fəaliyyət göstərməsi üçün onun rolunu nəzərə alaraq xüsusilə

qeyd etdi. Bununla da, AİHM müəyyən etdi ki, hər hansı bu cür müda-

xilə həmin müdaxilənin ‘çox yaxından araşdırılmasını’ zəruri edir.




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin