Əsas məqamlar
• Aİ-nin ayrı-seçkilik haqqında direktivlərinə əsasən açıq şəkildə
müəyyən olunan müdafiə əsasları bunlardır: cins, irqi və ya etnik
mənşə, yaş, əlillik, din və ya əqidə və cinsi oriyentasiya. AİHK-a
əsasən bu əsasların siyahısı açıqdır və ayrı-ayrı işlər əsasında
formalaşdırıla bilər.
• Aİ hüququna əsasən cins anlayışına genderin dəyişdirilməsi üçün
cərrahiyyə əməliyyatı olunmaq istəyən və ya əməliyyat olunmuş
şəxslərin müdafiə olunması üçün məhdud həddə gender
mənsubiyyəti də aid edilə bilər. Gender mənsubiyyəti məsələsinə
AİHM tərəfindən də baxılıb.
• AİHK-a əsasən rəng, mənşə, vətəndaşlıq, dil və ya din kimi
elementlər irq və ya etnik mənsubiyyət kimi müdafiə əsası ilə əhatə
olunur; Lakin, Aİ hüququna əsasən bu müdafiə əsasının əhatə
dairəsinin hələ də AƏM tərəfindən aydınlaşdırılması gözlənilir.
134
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
246. AİHM, Sommerfeld Almaniyaya qarşı (Sommerfeld v. Germany) [GC] (No. 31871/96), 8 iyul 2003;
ECtHR, Sahin Almaniyaya qarşı (Sahin v. Germany) [GC] (No. 30943/96), 8 iyul 2003.
247. AİHM, Carson and Others v. UK [GC] (No. 42184/05), 16 mart 2010.
• Vətəndaşlıq zəminində ayrı-seçkilik AİHK-da müdafiə olunan əsas
kimi müəyyən olunur. Vətəndaşlıq zəminində ayrı-seçkilik Aİ
hüququnda yalnız şəxslərin hərəkət azadlığı hüququ kontekstində
qadağan olunur.
• ‘Din’ anlayışı nisbətən geniş təfsir olunmalı və təşkilatlanmış və ya
mükəmməl formalaşmış, ənənəvi dinlərlə məhdudlaşmamalıdır.
• Hətta ayrı-seçkiliyin baş vermiş ola bildiyi işlərdə də AİHM çox vaxt
şikayətlərə yalnız AİHK-in substantiv Maddələri əsasında baxır. Bu
yolla fərqli münasibətin sübut olunması ehtiyacı yüngülləşdirilə və
ya müqayisə vasitələri tapıla bilər.
Dostları ilə paylaş: |