5
Ayrı-seçkiliyə yol verilməməsi
hüququnda sübutlar problemi
5.1. Giriş
Ayrı-seçkilik açıq və asan müəyyən edilə bilən formada ifadə edilməyə
bilər. Anlayışa görə fərqli yanaşmanın “açıqcasına” qurbanın xüsusiy-
yətlərinə əsaslanmasına baxmayaraq, birbaşa ayrıseçkiliyi sübut etmək
çətindir. 2-ci Fəsildə müzakirə edildiyi kimi, adətən fərqləndirici davranışın
əsası qeyd olunmur və ya ötəri olaraq digər faktora (misal üçün, müdafiə
olunan əsas kimi şəxsin yaşa görə təqaüdə çıxmasının üstünlükləri) aid
edilir. Bu mənada, müdafiə əsasını təşkil edən fərqləndirici davranışın
aşkar bəyan edilməsinə nadir hallarda təsadüf olunur. Belə istisnaya Ferin
(Feryn) işində rast gəlmək olar. Bu işdə Belçikada şirkət sahibi elan vasitəsi
ilə və şifahi olaraq bəyan etmişdi ki, onun şirkətinə “immiqrantlar” işə
götürülməyəcək.
248
Avropa Ədalət Məhkəməsi bunun irqi və ya etnik
mənsubiyyətə əsaslanan birbaşa ayrı-seçkilik olduğunu müəyyən etmişdi.
Lakin ayrı-seçkiliyi törədən tərəflər qarşısındakına fərqli münasibət
göstərdiyini nə bəyan edir, nə də belə davranışın səbəbini bildirir. Bir
qadın iş üçün müraciət edə bilər və ona deyilə bilər ki, o, iş təklifi alan kişi
namizəddən “daha az kvalifikasiyalıdır”. Bu halda qadının birbaşa cinsi
ayrı-seçkilik səbəbindən qurbana çevrildiyini sübut etməsi çətin olacaq.
139
_____________________________________
248. AƏM,Centrum voor gelijkheid van kansen en voor racismebestrijding v. Firma Feryn NV, Case C-
54/07 [2008] ECR I-5187, 10 iyul 2008.
Müdafiə olunan əsasa söykənən fərqləndirici davranışın sübuta
yetirilməsinin çətinliyini aradan qaldırmaq üçün Avropa ayrıseçkiliyə yol
verilməməsi hüququ sübutetmə yükünün paylaşılmasına icazə verir.
Beləliklə, iddiaçının ayrı-seçkiliyin baş verməsini ehtimal etdiyinə
əsaslanaraq faktı nümayiş etdirdiyi andan, onun əksini sübut etmək qa-
nunu pozan tərəfin üzərinə düşür. Konkret qaydalar və ya təcrübələrin
konkret qrup üzərində qeyri-proporsional təsirini sübut etmək üçün
sübutetmə yükünün bu cür keçirilməsi dolayı ayrı-seçkiliklə bağlı iddialarda
xüsusi əhəmiyyət kəsb edir. Dolayı ayrı-seçkilik prezumpsiyasına əsasən
fərqli davranışın ümumi əlamətlərini sübut etmək üçün iddiaçının statistik
məlumatlara ehtiyacı ola bilər. Bəzi yerli məhkəmələr “vəziyyətin
yoxlanılması” yolu ilə əldə edilən sübutları da qəbul edirlər.
Dostları ilə paylaş: |