Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 1,45 Mb.
səhifə70/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   66   67   68   69   70   71   72   73   ...   122
4.12. ‘Digər status’

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, AİHM ‘digər əlamətlərə görə’

kateqoriyası altında müxtəlif əsaslar formalaşdırmışdır ki, bu əsaslardan

da xeylisi Aİ qanunvericiliyi əsasında formalaşdırılmış cinsi oriyentasiya,

yaş və əlillik kimi əsaslarla üst-üstə düşür.

Əlillik, yaş və cinsi oriyentasiyadan əlavə, AİHM aşağıdakı xüsusiyyətləri də

‘digər əlamətlərə görə’ kateqoriyası altında müdafiə olunan əsaslar kimi

tanıyıb: atalıq;

242

ailə vəziyyəti;



243

təşkilatda üzvlük;

244

hərbi rütbə;



245

nikah-


133

Müdafiə olunan əsaslar

_____________________________________

241. AİHM, Kastells İspaniyaya qarşı (Castells v. Spain) (No. 11798/85), 23 aprel 1992.

242. AİHM, Veller Macarıstana qarşı (Weller v. Hungary) (No. 44399/05), 31 mart 2009.

243. AİHM, Petrov Bolqarıstana qarşı (Petrov v. Bulgaria) (No. 15197/02), 22 may 2008.

244. AİHM, Danilenkov və Başqaları Rusiyaya qarşı (Danilenkov and Others v. Russia) (No. 67336/01),

30 iyul 2009 (həmkarlar ittifaqı); AİHM, Grande Oriente d’Italia di Palazzo Giustiniani İtaliyaya qarşı (no.

2) (No. 26740/02), 31 may 2007.

245. AİHM, Engel və Başqaları Niderlanda qarşı (Engel  and Others v. the Netherlands) (Nos. 5100/71,

5101/71, 5102/71, 5354/72 və 5370/72), 8 June 1976.



dan kənar doğulmuş uşağa valideynlik;

246


yaşayış yeri.

247


Misal: Petrov Bolqarıstana qarşı işi həbsxanada dustaqların ayda iki

dəfə öz həyat yoldaşlarına telefonla zəng etməsinə icazə verilməsi

təcrübəsi barədə idi. Ərizəçi öz partnyoru ilə dörd il birlikdə yaşamışdı

və həbs olunmazdan əvvəl bir övladı da dünyaya gəlmişdi. AİHM

müəyyən etdi ki, evliliyin xüsusi bir status olmasına baxmayaraq, tele-

fonla əlaqə saxlamaq haqqında qaydalar baxımından, partnyoru ilə

stabil münasibətlər qurmuş ərizəçi evli cütlüklərlə oxşar vəziyyətdə

idi. AİHM vurğuladı ki, ‘Razılığa gələn Dövlət evli və subay cütlüklərə

misal üçün vergi, sosial təhlükəsizlik və ya sosial siyasət sahələrində

fərqli münasibət gəstərməyə icazə verən mülahizə sərbəstliyinə ma-

likdir.  Lakin,  birinin  həbsdə  olduğu  halda  telefon  əlaqəsinin

qurulmasının mümkünlüyü ilə bağlı ailə həyatı qurmuş evli və subay

cütlüklərə niyə fərqli münasibət göstərildiyi aydın deyil.’ Buna müvafiq

olaraq da AİHM  ayrı-seçkiliyin əsassız olduğunu müəyyən etdi.




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin