Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 1,45 Mb.
səhifə66/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   62   63   64   65   66   67   68   69   ...   122
4.8. Din və ya etiqad

220

Aİ Hüququ din və ya etiqad zəminində ayrı-seçkiliyə qarşı məhdud müdafiə

təmin  edərkən, AİHK-in təmin etdiyi müdafiənin əhatə dairəsi əhəmiyyətli

dərəcədə  genişdir,  çünki  9-cu  Maddənin  özündə  vicdan,  din  və  etiqad

azadlığı hüququ müəyyən olunur.

125


Müdafiə olunan əsaslar

_____________________________________

219. AİHM, Koua Poirrez Fransaya qarşı (Koua Poirrez v. France) (No. 40892/98), 30 sentyabr 2003.

220. AİHK-nın 9-cu Maddəsinin əhatə dairəsi haqqında izahı Avropa Şurasının Peşəkar Hüquqşünaslar

üçün İnsan Hüquqları Təhsili veb səhifsindən əldə etmək olar: Murdoch, Freedom of Thought, Con-

science and Religion, Human Rights Handbooks, No. 2, 2007, bu səhifədə əldə edə bilərsiniz: www.co-

ehelp.org/mod/resource/view. php?inpopup=true&id=2122.



Misal: Alujer Fernández və Caballero García İspaniyaya qarşı işində

ərizəçilər şikayət etmişdilər ki, Katoliklərdən fərqli olaraq, onlar gəlir

vergilərinin bir hissəsini birbaşa Kilsəyə yönləndirə bilmirlər.

221


AİHM

işin qəbuledilməyən olduğunu müəyyən etdi. Çünki, ərizəçinin Kilsəsi

hökumətə  hər  hansı  bu  cür  müraciət  etmədiyindən  və  hökumətin

Vatikanla qarşılıqlı razılaşması olduğundan, Katolik Kilsəsi ilə oxşar

vəziyyətdə deyildi.

Misal: Cha’are Shalom Ve Tsedek Fransaya qarşı işi öz üzvlərinin

restoranlarında və qəssab dükanlarında satılan ətə koşer sertifikatı

verən bir Yəhudi təşkilatı haqqında idi.

222

Mövcud Yəhudi təşkilatı



tərəfindən kəsilən ətin daha koşer ətlə bağlı ciddi tələblərə cavab

vermədiyini hesab etdiyindən, ərizəçi ət kəsməyi öz ritualları əsasında

həyata keçirə bilmək üçün Dövlətdən icazə istədi. Ərizəçi Fransanın

Yəhudi icmasını kifayət qədər təmsil etmədiyindən və icazə verilmiş

ritual ət kəsilməsi artıq mövcud olduğundan onun bu istəyi rədd edildi.

AİHM müəyyən etdi ki, bu halda təşkilat əslində heç bir əlverişsizliyə

məruz  qalmır,  çünki  o,  tələb  olunan  metodla  kəsilən  əti  digər

mənbələrdən də əldə edə bilər.

Bərabər Məşğulluq haqqında Direktiv və ya AİHK əsasında müdafiə oluna

bilməsi üçün ‘dinin’ və ya ‘inancın’ əslində nə olması məsələsinə AƏM və

ya AİHM  tərəfindən  geniş  şəkildə  baxılmamışdır,  lakin  bu  məsələ  milli

məhkəmələr tərəfindən hərtərəfli təhlil edilmişdir.

223

Misal: Islington London Borough Şurası Ladeleyə qarşı (Liberty in-



tervening)  işində  Birləşmiş  Krallığın  Apellyasiya  Məhkəməsindən

doğumların, nigahların və ölümlərin qeydiyyata alınması ilə məşğul

olan iddiaçının vətəndaş nigahlarını qeydə almaqdan imtina etdiyinə

görə intizam cəzasına məruz qalmasının ona qarşı dini zəmində ayrı-

seçkilik olub-olmadığına baxmaq istənmişdi.

224


Onun imtina etməsi 

126


Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı

_____________________________________

221. AİHM, Alujer Fernández and Caballero García v. Spain (dec.) (No. 53072/99), 14 iyun 2001.

222. AİHM, Cha’are Shalom Ve Tsedek v. France [GC] (No. 27417/95), 27 iyun 2000.

223. Din və əqidə azadlığı hüququ həmçinin ayrıca bir hüquq kimi Mülki və Siyasi Hüquqlar haqqında

1966-cı il Beynəlxalq Paktının 18-ci Maddəsi ilə qorunur. (bu Pakta AB və Avropa Şurasıın bütün Üzv

Dövlətləri qoşulmuşdur). Bax, BMT İnsan Hüquqları Komitəsi, 22 Saylı Ümumi Şərh: Maddə 18

(Düşüncə, vicdan və ya din azadlığı).

224. Islington London Borough Şurasl Ladele qarşı (Islington London Borough Council v. Ladele) (Lib-

erty intervening) [2009] EWCA Civ 1357, BK Apellyasiya Məhkəməsi, 12 fevral 2010.




onun  bir Xristian kimi inancına əsaslanmışdı. Apellyasiya Məhkəməsi

müəyyən etmişdi ki, bu birbaşa dini ayrı-seçkilik işi deyil, çünki daha

az  əlverişli  münasibət  onun  dini  inanclarına  deyil,  onun  vəzifə

öhdəliklərinə əməl etməkdən imtina etməsinə əsaslanırdı. Apellyasiya

Məhkəməsi həm ictimaiyyətdə, həm də şura daxilində bərabərlik və

müxtəlifliyin təşfiq edilməsinin şuranın mühüm öhdəliyinin bir hissəsi

olduğunu və bu cür siyasətin iddiaçının bu cür dini inanclara malik

olmaq hüququna müdaxilə edilməsinə imkan vermədiyini göstərərək,

dolayı  ayrı-seçkiliklə  bağlı  iddianı  da  rədd  etdi.  Apellyasiya

Məhkəməsi həmçinin hesab etdi ki, başqa cür müəyyən edilsə bu

fərqli,  cinsi  oriyentasiya  zəmində  ayrı-seçkiliyə  gətirib  çıxarardı;

məhkəmə qəbul etdi ki, fərdin ayrı-seçkiliyə məruz qalmamaq hüququ

cəmiyyətin  ayrı-seçkiliyə  məruz  qalmamaq  hüququ  ilə  balanslaş-

dırılmalıdır.

AİHK ilə müəyyən olunan din və inanc azadlığı hüququ haqqında bir sıra

silsilə işlərdə AİHM aydınlaşdırmışdır ki, Dövlət dinin və ya inancın nədən

ibarət  olduğunu  müəyyən  etməyə  cəhd  etməməlidir  və  bu  anlayışlar

‘ateistləri,  aqnostikləri,  skeptikləri  və  laqeydləri’,  ‘dini  inanclara  malik

olanları və ya olmayanları və ibadət edənləri və ya etməyənləri’ müdafiə

edir. Bu işlərdə həmçinin qeyd olunur ki, din və ya inanc mahiyyətcə şəxsi

və  subyektivdir  və  heç  də  mütləq  təsisatlar  ətrafında  qurulmuş  imanla

əlaqədar olmaq zərurəti yoxdur.

225

Sayentologiya (Scientology) kimi yeni dinlərin də din azadlığı əsasında



müdafiə olunduğu müəyyn olunmuşdur.

226


AİHM  ‘etiqad’  ideyasını AİHK-in  1  saylı  Protokolunun  2-ci  Maddəsi  ilə

müəyyən olunan təhsil hüququ kontekstində də işləyib hazırlamışdır ki,

həmin  yanaşmaya  görə  Dövlət  valideynlərin  öz  övladlarının  təhsilinin

‘onların  öz  dini  və  fəlsəfi  baxışlarına  uyğun  olmasını’  təmin  etmək

hüququna hörmət etməlidir. AİHM qeyd etmişdir ki:

127


Müdafiə olunan əsaslar

_____________________________________

225. AİHM, Xilas Ordusunun Moskva filialı Rusiyaya qarşı (Moscow Branch of the Salvation Army v.

Russia) (No. 72881/01), 5 oktyabr 2006, paras. 57-58; AİHM, Bessarabia Metropolitan Kilsəsi və



Başqaları Moldovaya qarşı (Metropolitan Church of Bessarabia and Others v. Moldova) (No. 45701/99),

13 dekabr 2001, para. 114; AİHM, Hasan və Çauş Bolqarıstana qarşı (Hasan  and Chaush v. Bulgaria)

[GC] (No. 30985/96), 26 oktyabr 2000, paras. 60 and 62.

226. AİHM, Moskva Saentologiya Kilsəsi Rusiyaya qarşı (Church  of Scientology Moscow v. Russia)

(No. 18147/02), 5 aprel 2007.



‘Adi mənada ‘əqidə’ sözü özü-özlüyündə götürüldükdə

Konvensiyanın ifadə azadlığına təminat verən 10-cu Maddəsində

istifadə olunan ‘fikir’ və ‘ideya’ sözlərinin sinonimi deyil; bu söz daha

çox 9-Cu Maddədə istifadə olunan və müəyyən səviyyədə

inandırıcılıq, ciddilik, birlik və vaciblik qazanmış baxışları ifadə edən

“əqidə” (Fransızca mətndə: “convictions” ) sözünə yaxındır.

227


AİHM  bu  yaxınlarda  Dövlətlərin  dünyəviliyi  qoruyub  saxlamaq  və  dinin

onların  cəmiyyətlərinə  potensial  parçalayıcı  təsirini  azaltmaq  istəyi

kontekstində  din  azadlığı  ilə  bağlı  işlərlə  üzləşmişdir.  Bu  cür  işlərdə

məhkəmə Dövlətin qeyd etdiyi, iğtişaşın qarşısını almaq və digər şəxslərin

hüquq və azadlıqlarının müdafiəsi məqsədinə xüsusi önəm vermişdir.

Misal: Köse və Başqaları Türkiyəyə qarşı işi məktəbdə qızların hicab

geyinməsini  qadağan  edən  geyim  kodeksi  haqqında  idi  və  bu

qadağanın  dini  ayrı-seçkilik  olduğu  iddia  olunurdu,  çünki  hicab

geyinilməsi İslam dininin tələbi idi.

228


AİHM qəbul etdi ki, geyimlə bağlı

qaydalar hansısa bir dinə mənsub olmaq məsələləri ilə əlaqədar dey-

ildi və məktəblərdə neytrallığın və dünyəviliyin qorunub saxlanması

üçün müəyyən olunmuşdu ki, bu da öz növbəsində iğtişaşın qarşısını

alacaq  və  başqalarının  öz  dini  inanclarına  müdaxilə  edilməməsi

hüququnu  qoruyacaqdır.  Buna  görə  də  həmin  iddia  açıq-aşkar

əsassız  və  qəbuledilməyən  hesab  olundu.  Oxşar  yanaşma

müəllimlərin geyim kodeksi haqqında bir işdə də tətbiq olundu.

229


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin