4.7. Vətəndaşlıq və ya milli mənşə
Vətəndaşlıq haqqında 1996-cı il Avropa Konvensiyasının 2(a) Maddəsi
vətəndaşlığa ‘şəxs və Dövlət arasında hüquqi bağlılıq’ kimi anlayış verir. Bu
Konvensiya geniş şəkildə ratifikasiya olunmasa da, bu anlayış beynəlxalq
ümumi hüququn qəbul olunmuş qaydalarına əsaslanır,
209
və həmçinin
İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyası tərəfindən də
dəstəklənmişdir.
210
‘Milli mənşə şəxsin itirdiyi və ya naturalizasiya yolu ilə
əldə etdiyi əvvəlki vətəndaşlığı göstərmək üçün, və ya (Birləşmiş Krallıqda
Şotlandiya kimi) Dövlət içində ‘milləti’ göstərmək üçün istifadə oluna bilər.
Misal: Chen işi himayəsində olduğu anasının Qeyri-Üzv Dövlətin
vətəndaşı olduğu, bir Üzv Dövlətin ərazisində doğulmuş uşağın başqa
bir Üzv Dövlətin ərazisində yaşamaq hüququnun olub-olmaması
məsələsi haqqında idi.
211
AƏM hesab etdi ki, bir Üzv Dövlət
vətəndaşlığın verilməsi üçün tələblər qoyduqda və həmin tələblər
yerinə yetirildikdə, uşağın başqa bir Üzv Dövlətin ərazisində yaşaması
üçün müraciət edildikdə həmin Dövlət onun bu hüququnu yenidən
mübahisələndirə bilməz.
AİHK vətəndaşlıq zəminində Aİ hüququndan daha böyük müdafiə təmin
etməsi ilə yanaşı, qəbul edir ki, vətəndaşlığın hüquqi bağlılığının olmaması
çox vaxt hansısa bir dövlətlə faktiki əlaqənin olmaması ilə müşayiət olunur
ki, bu da öz növbəsində iddia olunan qurbanın vətəndaşlarla müqayisədə
fərqli vəziyyətdə olduğunu iddia etməsinə mane olur. AİHM-in
yanaşmasının mahiyyəti ondadır ki, bir şəxsin hansısa bir Dövlətlə faktiki
əlaqəsi, o cümlədən də vergi ödəmək baxımından, nə qədər yaxın olarsa,
onun vətəndaşlıq zəminində fərqli münasibətə məruz qalmağını
əsaslandırması bir o qədər çətin olur.
Misal: Zeïbek Yunanıstana qarşı (Zeïbek v. Greece) işində ərizəçiyə
‘böyük ailələr’i olan şəxslər üçün nəzərdə tutulmuş pensiyanın ve-
121
Müdafiə olunan əsaslar
_____________________________________
209. ICJ, Nottebohm (Liechtenstein v. Guatemala) [1955] ICJ Reports, 4, 23, 6 April 1955: ‘vətəndaşlıq
qarşılıqlı hüquq və vəzifələrin mövcudluğu ilə yanaşı, əsası sosial bağlılıq, həqiqi əlaqənin mövcudluğu,
maraqlar və hisslər olan hüquqi bağlılıqdır.’
210. ECRI, İrqçilik və İrqi Ayrı-seçkiliyə qarşı Mübarizə üçün Milli Qanunvericilik haqqında 7 Saylı
Ümumi Tövsiyyə, CRI(2003)8, 13 dekabr 2002-ci ildə qəbul olunmuşdur, səh. 6.
211. AƏM, Chen v. Secretary of State for the Home Department, İş C-200/02 [2004] ECR I-9925,
19 oktyabr 2004
rilməsindən imtina edilmişdi.
212
Onun tələb olunan sayda uşaqlarının
olmasına baxmayaraq, ərizəçi pensiya yaşına çatan vaxt onun
uşaqlarından biri Yunanıstan vətəndaşı deyildi. Bu vəziyyət hökumətin
ərizəçinin bütün ailəsini vətəndaşlıqdan məhrum etmək (ki bu da
qanun pozuntuları ilə həyata keçirilmişdi) və (dördüncü övladı artıq
evli olduğundan) sonradan onun yalnız üç övladına yenidən
vətəndaşlıq vermək barədə əvvəlki qərarının nəticəsi idi. AİHM
müəyyən etdi ki, vətəndaşlıqdan məhrum etmək siyasəti xüsusilə
Yunan Müsəlmanlarına qarşı aparılmışdı və pensiya verməkdən
imtina olunmasına Yunan millətinin qorunub saxlanması əsası ilə
haqq qazandırıla bilməzdi, çünki bu əsaslandırma özü-özlüyündə milli
mənşə zəminində ayrı-seçkilik idi.
Misal: Anakomba Yula Belçikaya qarşı işində Konqo vətəndaşı
Belçikada qeyri-qanuni rezident idi.
213
Dünyaya övlad gətirdikdən qısa
bir müddət sonra onun Belçikada yaşamaq icazəsinin müddəti
bitmişdi və o, yeni icazənin alınması üçün müraciət prosesinə
başlamışdı. O, Konqolu ərindən ayrılırdı və həm özü, həm də
uşağının Belçika vətəndaşı olan bioloji atası uşaq üzərində atalıq
hüququnun müəyyən olunmasını istəyirdilər. Bunu etmək üçün ərizəçi
uşağın doğulmasından sonra bir il ərzində ərinə qarşı iddia irəli
sürməli idi. Ərizəçinin kifayət qədər maliyyə vəsaiti olmadığından, o,
hüquqi prosedurun xərcinin qarşılanması məqsədilə hüquqi yardım
üçün müraciət etdi. Lakin, onun bu müraciəti rədd edildi, çünki bu cür
maliyyə dəstəyi Avropa Şurasının üzvü olmayan Dövlətlərin
vətəndaşlarına yalnız o halda verilə bilərdi ki, iddia rezident olmaq
hüququnun müəyyən edilməsi ilə əlaqədar olsun. Ərizəçiyə məsləhət
görüldü ki, rezident olmaq icazəsinin yenilənməsini tamamlasın və
sonra təkrar müraciət etsin. AİHM müəyyən etdi ki, bu şərtlər altında
ərizəçi ədalətli məhkəmə araşdırması hüququndan məhrum edilmişdi
və bu onun vətəndaşlığı ilə əlaqədar idi. Söhbətin ciddi ailə həyatı
məsələlərindən getdiyi, atalığın müəyyən olunması üçün vaxt
məhdudiyyətinin olduğu və şəxsin rezident olmaq icazəsini yeniləmək
prosesində olduğu vəziyyətdə Dövlət rezident olmaq icazəsinə malik
olan və ya olmayan şəxslər arasında fərq qoyulmasına haqq
qazandıra bilməz.
122
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
212. AİHM, Zeibek Yunanıstana qarşı (Zeïbek v. Greece) (No. 46368/06), 9 iyul 2009.
213. AİHM, Anakomba Belçikaya qarşı (Anakomba Yula v. Belgium) (No. 45413/07), 10 mart 2009.
3.2.-ci Fəsildə müzakirə olunduğu kimi, Aİ hüququ vətəndaşlıq zəminində
ayrı-seçkiliyi yalnız şəxslərin hərəkət azadlığı kontekstində qadağan edir.
O cümlədən, hərəkət azadlığı haqqında Aİ qanunvericiliyi üçüncü ölkələrin
vətəndaşlarına məhdud hüquqlar verir. Buna baxmayaraq, AİHK (Aİ-nın
bütün Üzv Dövlətlərinin də daxil olduğu) Avropa Şurasının bütün Üzv
Dövlətlərinin üzərinə AİHK-da müəyyən olunan hüquqları (qeyri-
vətəndaşlar da daxil olmaqla) yurisdiksiyaları altında olan bütün şəxslər
üçün təmin etmək öhdəliyini qoyur. AİHM Dövlətin onunla hüquqi bağlılığı
olan vətəndaşlarına hansı mənfəətləri istəsə təklif etmək hüququ ilə həmin
Dövlətin onunla əsaslı faktiki bağlılığı formalaşmış şəxslərə qarşı ayrı-seçk-
ilik etməsinin qaşısının alınması zərurəti arasında balans saxlamışdır.
Şəxslər Dövlətlə güclü faktiki bağlılıqlarının olduğunu göstərə bilirsə, AİHM
sosial təhlükəsizliklə bağlı məsələlərə çox ciddi fikir verir.
Dövlətlərin əcnəbilərin onların sərhədlərini keçib ölkələrinə girişini və
çıxışını nizamlamaq hüququ beynəlxalq ümumi hüquqla müəyyən olunur
və AİHM tərəfindən tanınır. Bununla əlaqədar, AİHM əsasən (3-cü Maddə
əsasında) təyinat ölkəsindəki qeyri-insani və ya alçaldıcı rəftar və ya cəza
və ya işgəncə ilə üzləşdiyi halda
214
, və ya (8-ci Maddə əasında) şəxsin
olduğu ölkədə güclü ailə bağlarının olduğu və şəxsin olduğu olkəni tərk
etməyə məcbur edildiyi halda bu ailə bağlarının qırılacağı halda
215
,
şəxslərin deportasiyası ilə bağlı şikayətlərə baxmışdır.
Misal: C. Belçikaya qarşı və Moustaquim Belçikaya qarşı işlərində
Mərakeş vətəndaşları olan ərizəçilər cinayət məsusliyyətinə cəlb olun-
muşdular və deportasiya olunmalı idilər.
216
Onlar şikayət etdilər ki, bu
milliyyət zəminində ayrı-seçkilik idi, çünki oxşar vəziyyətdə nə Belçika
vətəndaşları, nə də Aİ-nın digər Üzv Dövlətlərindən olan əcnəbilər de-
portasiya oluna bilməzdilər. AİHM müəyyən etdi ki, ərizəçilər Belçika
vətəndaşları ilə müqayisə olunacaq vəziyyətdə deyildilər, çünki
vətəndaşların öz Dövlətlərində qalmaq hüquqları var idi ki, bu hüquq
da AİHK-da (4 saylı Protokolun 3-cü Maddəsində) təsbit olunmuşdu.
Bundan əlavə, üçüncü ölkələrin vətəndaşlarına göstərilən müna-
123
Müdafiə olunan əsaslar
_____________________________________
214. Misal üçün Bax, AİHM, Chahal v. UK (No. 22414/93), 15 November 1996.
215. Bu işlərin uğur qazanmaq şansının az olmasına baxmayaraq. Misal üçün, bax, AİHM, Abdulaziz,
Cabales and Balkandali v. UK (Nos. 9214/80, 9473/81 and 9474/81), 28 May 1985.
216. AİHM, C. Belçikaya qarşı (C. v. Belgium) (No. 21794/93), 7 avqust 1996; AİHM, Moustaquim
Dostları ilə paylaş: |