2005, para. 55.
205. AİHM, Sejdić və Finci Bosniya və Hersoqovinaya qarşı Sejdić and Finci v. Bosnia and Herzegovina
[GC] (Nos. 27996/06 and 34836/06), 22 dekabr 2009.
Bu razılaşmanın şərtlərindən biri də o idi ki, seçkilərdə iştirak edən
hər hansı namizəd Bosniya, Serb və ya Xorvat icmasına mənsub
olduğunu elan etməli idi. Yəhudi və roma (qaraçı) əsilli olan ərizəçilər
bunu etməkdən imtina etdilər və irqi və etnik mənsubiyyət zəminində
ayrı-seçkiliyə məruz qaldıqlarını iddia etdilər. AİHM irqi və etnik
mənsubiyyət arasındakı əlaqə haqqında yuxarıdakı izahını təkrar etdi
və əlavə etdi ki, ‘şəxsin etnik mənşəyi zəminində ayrı-seçkilik irqi ayrı-
seçkiliyin bir formasıdır’. AİHM irqi ayrı-seçkilik haqqında mövqeyi
etnik mənsubiyyət və din arasındakı qarşılıqlı əlaqəni nümayiş etdirir.
Bundan əlavə, AİHM müəyyən etdi ki, sülh razılaşmasının incə şərtləri
də bu cür ayrı-seçkiliyə haqq qazandıra bilməz.
Misal: Bərabər Rəftar üzrə Avstriya Komissiyası tərəfindən baxılan bir
işdə, Siqhizmə mənsub olan bir fərd şikayət etmişdi ki, bu dinə
mənsub olan şəxslərin öz üzərlərində gəzdirdiyi mərasim qılıncını
çıxarmadığına görə onun Vyana sarayına daxil olmasına icazə
verilməmişdi.
206
Komissiya bu işə etnik mənsubiyyət zəminində ayrı-
seçkilik işi kimi baxdı. Komissiya faktlar əsasında müəyyən etdi ki,
fərqli münasibət təhlükəsizlik səbəbi ilə əsaslandırılmış idi.
AİHM irqi və ya etnik mənsubiyyət zəminində ayrı-seçkiliyə qarşı
həddindən artıq ciddi mövqeyə malik olmuşdur. Məhkəmə qeyd etmişdir
ki, ‘plüralizm və müxtəlif mədəniyyətlərə hörmət prinsipləri üzərində
qurulmuş müasir demokratik cəmiyyətdə şəxsin eksklüziv və ya həlledici
səviyyədə etnik mənsubiyyəti zəminində heç bir ayrı-seçkiliyə obyektiv qay-
dada haqq qazandırıla bilməz’
207
İrqi zəmində olan ayrı-seçkiliklə bağlı AİHK əsasında edilən iddiaya
baxarkən nəzərə alınmalı olan məsələlər barədə işləri Avropa Şurasının
Peşəkar Hüquqşünaslar üçün İnsan Hüquqları Təhsili veb səhifsindən əldə
etmək olar.
208
120
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
206. Equal Treatment Commission, Senate III. English summary available at FRA InfoPortal, Case 5-1.
Original text: http://infoportal.fra.europa.eu/InfoPortal/caselawDownloadFile.do?id=5.
207. AİHM, Sejdic və Finci Bosniya və Hersoqovinaya qarşı (Sejdić and Finci v. Bosnia and Herzego-
vina) [GC] (Nos. 27996/06 and 34836/06), 22 dekabr 2009, para. 44. oxşar olaraq, AİHM, Timişev
Rusiyaya qarşı (Timishev v. Russia) (Nos. 55762/00 and 55974/00), 13 dekabr 2005, para. 58.
208. Kazuslarla iş 15, Roma kişilərin həbsi, onlarla bağlı məhkəməyəqədər həbs qətimkan tədbiri və on-
lara qarşı pis rəftar, bu linkdə tanış ola bilərsiniz: www.coehelp.org/course/view.php?id=18&topic=1 (Ar-
rest, pre-trial detention, ill-treatment of Roma man).