and 7743/76), 25 fevral 1982, para 36.
yanvar 2006.
230. CETS No. 157.
mənasını müəyyən etmir. AİHK-inn 6(3)-cü Maddəsi cinayət prosesi
kontekstində hər kəsin ona qarşı ittihamların onun öz anladığı dildə ona
çatdırılması hüququ, həmçinin şəxs məhkəmədə istifadə olunan dili
anlamadıqda və ya həmin dildə danışmadıqda onun üçün tərcüməçinin
təmin olunması hüququ kimi müəyyən təminatlar müəyyən edir.
AİHK-da müəyyən olunsa da, ayrı-seçkilik haqqında direktivlərdə dil özü-
özlüyündə müdafiə olunan ayrıca bir əsas kimi göstərilmir. Buna baxma-
yaraq, dil irq və ya etnik mənsubiyyətlə əlaqələndirilməklə İrqi Bərabərlik
haqqında Direktiv əsasında müdafiə oluna və AİHM tərəfindən də bu
əsasla nəzərə alına bilər. Buna şəxslərin hərəkət azadlığı hüququ
kontekstində vətəndaşlıq əsası vasitəsilə AƏM tərəfindən də müdafiə
təminatı verilmişdir.
232
Dillə bağlı prinsipial işə AİHM tərəfindən təhsil kontekstində baxılmışdır.
Misal:
Belgium Linguistic işində bir qrup valideynlər şikayət etmişdi
ki, təhsillə bağlı milli qanunvericilik dil baxımından ayrı-seçkilik xarak-
terlidir.
233
Belçikanın fransız dilli və holland dilli icmalarının fikrincə
milli qanunvericiliklə müəyyən olunurdu ki, Dövlət tərəfindən və ya
Dövlətin dəstəyi ilə təmin olunan təhsil regionun fransız və ya holland
dilli olmasından asılı olaraq ya fransız ya da holland dilində olmalıdır.
holland dilli regionda yaşayan fransız dilli uşaqların valideynləri
şikayət etdilər ki, bu qayda onların uşaqlarının fransız dilində təhsil
almasına mane olur və ya bunu əhəmiyyətli dərəcədə çətinləşdirir.
AİHM müəyyən etdi ki, burada fərqli münasibət olsa da bu münasibət
əsaslandırılmışdır. Həmin qərarın verilməsi zamanı regionların
əsasən təkdilli olması nəzərə alınmışdı. Buna görə də bu cür fərqli
münasibət əsaslı idi, çünki hər iki dildə dərs keçmək mümkün deyildi.
Bundan əlavə, fransız və ya holland dilli regionlarda ailələrin özəl
təhsildən istifadə etməsi də qadağan edilməmişdi.
Təcrübədə dil əsasında müdafiənin necə işlədiyini daha ətraflı izah etmək
üçün, (Aİ-nin bütün Üzv Dövlətlərinin də qoşulmuş olduğu) Mülki və Siyasi
Hüquqlar haqqında Paktın təfsiri və Paktın tələblərinə əməl olunması üzrə
129
Müdafiə olunan əsaslar
_____________________________________
232. AƏM, Groener v. Minister for Education and the Dublin Vocational Educational Committee Case C-
379/87 [1989] ECR 3967, 28 noyabr 1989.
233. AİHM, İş ‘Belçikada təhsildə dillərin istifadəsi haqqında qanunvericiliyin müəyyən aspektləri barədə’
Belçikaya qarşı (Nos. 1474/62 and others), 23 iyul 1968.
monitorinqlə məşğul olan, BMT İnsan Hüquqları Komitəsi (İHK) tərəfindən
baxılmış iki işə də diqqət yetirmək olar.
Misal: Diergaardt Namibiyaya qarşı işində ərizəçilər azlıqda olan və
əvvəllər siyasi muxtariyyətə malik olmuş və hazırda Namibiya
Dövlətinin tərkibində olan Avropa əsilli bir qrupa mənsub idilər.
234
Bu
icmanın danışdığı dil Afrikaans idi. Ərizəçilər şikayət etdilər ki,
məhkəmə iclasları zamanı onlar öz ana dillərindən deyil, İngilis
dilindən istifadə etməyə məcbur edilirlər. Onlar həmçinin, Dövlətin
Afrikaans dilində cavab vermək iqtidarında olmasına baxmayaraq,
ərizəçilər tərəfindən edilmiş hər hansı yazılı və ya şifahi müraciətlərə
Afrikaans dilində cavab verməkdən imtina etməsindən də şikayət
etdilər. İHK müəyyən etdi ki, burada ədalətli məhkəmə araşdırması
hüququnun pozuntusu olmamışdır, çünki ərizəçilər məhkəmə
icraatları zamanı ingilis dilindən istifadə olunmasının onlara necə
mənfi təsir etdiyini göstərə bilməmişdir. Bu o deməkdir ki, məhkəmə
prosesi zamanı tərcüməçinin təmin olunması hüququ prosesdə
istifadə olunan dilin sadəcə iddia olunan qurbanın ana dili olmadığı
vəziyyətlərə aid deyil. Bu hüquq o halda önəmlidir ki, qurban həmin
dildə qənaətbəxş dərəcədə anlaya və ya danışa bilməsin. İHK
həmçinin müəyyən etdi ki, Dövlətin rəsmi dildən (ingilis dilindən)
başqa dildə cavab verməkdən imtina etməklə bağlı rəsmi siyasəti
qanun qarşısında bərabərlik hüququnun dil zəminində pozuntusudur.
Dövlət özünün rəsmi dilini seçə bilməklə yanaşı, rəsmilərin
bacardıqları hallarda başqa dillərdə də cavab verməsinə icazə
verməlidir.
Dostları ilə paylaş: