seçkiliyə dair hüquqi testə cavab verməyi müəyyən etmək üçün vacib deyil.
üçün ayrı-seçkiliyi törədən tərəfin “rasist” və ya “seksist” baxışlarının
dair qərar qəbul edərkən bu halı vacib məqam kimi qəbul etməmişdir.
Cinayət hüququnun sübut həddi daha yüksək olduğundan, “nifrət
cinayətinin” törədilməsini sübut etmək cəhdi yoxdursa, adətən mo-
tivin ayrı-seçkilik xarakterli olmasını sübut etmək əhəmiyyətli deyil.
İkincisi, sözügedən qaydanın və ya təcrübənin fərqləndirici davranışla
nəticələnmək məqsədi ilə olmasını nümayiş etdirməyə ehtiyac yoxdur.
Başqa sözlə desək, dövlət orqanı və ya bir insan konkret qrupu əlverişsiz
şəraitə qoyması ilə nəticələnən yaxşı niyyətli və ya vicdanlı təcrübə
göstərsə belə, bu ayrıseçkiliyə bərabər tutulacaq.
Nümunə: yuxarıda qeyd edilən D.H. və digərləri Çex Respublikasına
qarşı işdə hökumət “xüsusi” məktəblər sisteminin roma (qaraçı)
uşaqlarına dil çətinliklərini aradan qaldırmaq və məktəbə qədər
təhsilin olmamasının təsirini azaltmağa yardım etmək məqsədi ilə
yaradıldığını iddia edirdi.
254
Lakin, AİHM sözügedən qaydanın qaraçı
uşaqlarını hədəfə almasının aidiyyatsız olduğunu müəyyən etmişdir.
Ayrı-seçkiliyi sübut etmək üçün ayrıseçkiliyə dair hər hansı niyyətin
olmasını deyil, onların əhalinin çoxluğu ilə müqayisədə qeyri-mütə-
nasib və mənfi təsirə məruz qaldığını nümayiş etdirmək lazım idi.
255
Üçüncüsü, irqi ayrı-seçkilik işinə baxarkən, AƏM əslində müəyyən edilə
bilən qurbanın olmasını sübut etməyin gərəkli olmadığını müəyyən etmişdir
və ehtimala görə bunu, oxşar hallarda ayrı-seçkiliyin digər əsaslarına da
bərabər şəkildə tətbiq etmək olar. Baxmayaraq ki, Avropa İttifaqı
hüququnda müəyyən edilə bilən qurbanın olmasına dair tələb bəlkədə yox-
dur, AİHM-da bu belə deyil və oxşar bir iddia AİHK-in 34-cü maddəsi ilə
qəbuledilənlilik meyarına cavab verməyəcək.
Nümunə: Ferin işində iş üçün müraciət edib rədd cavabı aldığını
göstərən və elan əsasında işə müraciət etmək niyyətindən daşındığını
qeyd edən hər hansı şəxsi tapmaq mümkün olmamışdı. Başqa sözlə
desək, “müəyyən edilə bilən” qurban yox idi və iş Belçikanın bərabər-
lik orqanı tərəfindən qaldırılmışdı. AƏM ayrı-seçkiliyə məruz qalmış
144
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
254. AİHM, D.H. və Başqaları Çex Respublikasına qarşı (D.H. and Others v. the Czech Republic) [GC]
(57325/00 saylı ərizə), 13 noyabr 2007, 79-cu bənd.
255. Yenə orada, 175 və 184-cü bəndlər.
şəxsi müəyyən etməyin gərəkli olmamasını birdirmişdi. Bunun səbəbi
elanın məzmununa görə “ağ dərili olmayan şəxslərin” qabaqcadan
uğurlu olmayacağını bilərək iş üçün müraciət etmək istəməyəcəkləri
ilə əlaqədardır. Buna görə, həqiqi qurbanı göstərmədən qanunun və
ya qaydanın ayrı-seçkilik xarakterli olmasını sübut etmək mümkündür.
Nümunə: fərdlər “vəziyyətin qiymətləndirilməsi”nə dair işlərə (aşağıda
müzakirə edilir) adətən onlara qarşı yaxşı davranılmayacağını bilərək
və ya bunu gözləyərək qoşulurlar. Onların məqsədi əslində
sözügedən xidmətə çıxış əldə etmək deyil, sübut toplamaqdır. Bu o
deməkdir ki, həmin şəxslər ənənəvi mənada “qurban deyillər”. Onlar
dəymiş ziyana görə təzminat almaq istəmir, qanunun icrasının təmin
edilməsindən narahatdırlar. İsveçdə hüquq fakültəsinin tələbələri
tərəfindən gecə klubları və restoranlarda vəziyyətin qiymətlən-
dirilməsinə dair baxılan bir işdə, Ali Məhkəmə qiymətləndirməyə cəlb
edilmiş şəxslərin də ayrı-seçkilik xarakterli davranışa görə iddia
qaldıra bilməsini qeyd etmişdir. Eyni zamanda onlara verilən təzminat
azaldıla bilər, çünki onların istəyinə (yəni, konkret təsisata daxil
olmaq) rədd cavabı verilməmişdi.
256
Dostları ilə paylaş: