5.3. Statistik və digər məlumatların rolu
Statisik məlumatlar ayrı-seçkiliyin ehtimal edilməsində iddiaçı üçün vacib-
dir. O, xüsusən də dolayı ayrı-seçkiliyin sübuta yetirilməsində faydalı olur,
çünki belə hallarda sözügedən təcrübə və ya qaydalar səthi baxışdan ney-
tral görünür. Belə olan halda təcrübə və qaydaların təsirinə diqqət
yetirilməlidir ki, onların oxşar vəziyyətdə digərləri ilə müqayisədə konkret
şəxslər qrupuna qarşı qeyri-mütənasib dərəcədə əlverişsiz olduğu nümayiş
etdirilsin. Statistik məlumatların təqdim edilməsi sübutetmə yükünün ləğv
edilməsi ilə birgə tətbiq edilir: misal üçün, qadınların və ya əlillərin xüsusi
əlverişsiz şəraitdə olduğunu göstərən məlumat varsa, rəqəmlərə dair
inandırıcı olan alternativ izahatın verilməsi Dövlətin üzərinə düşür. AİHM
145
Ayrıseçkiliyə yol verilməməsi hüququnda sübutlar problemi
_____________________________________
256. İsveç Ali Məhkəməsi, Escape Bar and Restaurant v. Ombudsman against Ethnic Discrimination
T-2224-07, 1 oktyabr 2008. İngilis dilində xülasə FRA məlumat portalından (İş #365-1) əldə edilə bilər;
Ayrıseçkiliyin qadağan edilməsi sahəsində Avropa hüquqşünas ekspertlərinin Şəbəkəsi (European Net-
work of Legal Experts on the Non-Discrimination Field), 8 (iyul 2009) ‘European Anti-Discrimination Law
Review’ jurnalı, s. 68.
bunu Hugendiyk (Hoogendijk) Niderlanda qarşı məhkəmə işində
vurğulamışdır:
257
‘[M]əhkəmə ərizəçinin mübahisə edilməyən rəsmi statistikaya
əsaslanaraq faktiki olaraq qadınların kişilərdən daha çox faizinə
təsir edən konkret qaydanın mövcudluğuna prima facie işarənin
(neytral şəkildə ifadə edilsə belə) olduğunu göstərə bildiyi işlərdə,
bunun cinsi ayrı-seçkiliklə əlaqəsi olmayan obyektiv faktorlar
nəticəsində olmasını göstərməyin cavabdeh Hökumətin üzərinə
düşdüyünü hesab edir.’
Statistik sübutları qiymətləndirərkən, məhkəmələr dolayı ayrı-seçkiliyin baş
verməsini təsdiqləyən və sübut edilməli olan ciddi hədd tələbini qəbul
etməyiblər. AƏM yetərli rəqəmin olmasının vacibliyini qeyd edib. AƏM-in
presedent hüququnun icmalı Nolte işində Baş Vəkil Leger tərəfindən
yazılan Rəydə təqdim olunur. Bu Rəydə cinsi ayrıseçkiliyə dair aşağıdakılar
qeyd edilir:
‘[Ö]lçü vahidinin ayrı-seçkilik xarakterli olduğunu ehtimal etmək
üçün o, “qadınların kişilərlə nisbətdə xeyli çox sayına” [Rinner-Kühn
işi
258
] və ya “kişilərin qadınlarla nisbətdə kifayət qədər az faizinə”
[Nimz işi
259
, Kovalska işi
260
], yaxud “qadınların kişilərdən xeyli çox”
[De Vird, née Roks, və Digərləri işi
261
] olmasına təsir etməlidir.
Məhkəmə işlərində ölçü vahidinin təsir etdiyi qadınların nisbətinin
xüsusi ilə qeyd edilməli olduğu vurğulanır. Rinner-Kühn işində
Məhkəmə qadınların faizinin 89% olduğu halda ayrı-seçkilik xarak-
terli vəziyyətin olması qərarına gəlib. Bu halda rəqəmin 60% olması
öz-özündə …ayrı-seçkiliyin olmasına dair qənaətə gəlmək üçün
bəlkə də yetərli olmayacaq.’
262
146
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
257. Hoogendijk v. the Netherlands (dec.) (No. 58641/00), 6 yanvar 2005.
258. AƏM, Rinner-Kühn v. FWW Spezial-Gebäudereinigung, İş C-171/88 [1989] ECR 2743, 13 iyul
1989.
259. AƏM, Nimz v. Freie und Hansestadt Hamburg, İş C-184/89 [1991] ECR I-297, 7 fevral 1991.
260. AƏM, Kowalska v. Freie und Hansestadt Hamburg, İş C-33/89 [1990] ECR I-2591, 27 iyun 1990.
261. AƏM, De Weerd, née Roks, and Others v. Bestuur van de Bedrijfsvereniging voor de Gezondheid,
Geestelijke en Maatschappelijke Belangen and Others, İş C-343/92 [1994] ECR I-571, 24 fevral 1994.
262. AƏM-də Baş vəkil Légerin Rəyi, 31 may 1995, 57-58-ci bəndlər, Nolte v. Landesver-
sicherungsanstalt Hannover, İş C-317/93 [1995] ECR I-4625, 14 dekabr 1995.
Nümunə: Şönheyt (Schönheit) işində yarımştatda olan qadın
əməkdaş cinsi ayrı-seçkiliyə məruz qaldığını iddia edirdi.
263
İşlədiyi
müddətdən asılı olmayaraq ödənilən təqaüd fərqinin yarımştat
əməkdaşların tam ştatda olan əməkdaşlardan daha az ödəniş alması
demək idi. Yarımştat əməkdaşlarının 87.9%-ni qadınlar təşkil etdiyini
sübut etmək üçün statistik sübutlar təqdim edildi. Neytral olmasına
baxmayaraq, kişilərlə müqayisədə qadınlara qeyri-mütənasib şəkildə
mənfi təsir göstərildiyi üçün, AƏM bunun cinsi əsaslı dolayı ayrı-seçk-
ilik ehtimalını yaratdığını qəbul etdi. Eynilə, Gerster işində də
yarımştat işçilərin 87%-ni qadınlar təşkil edərək əlverişsizliyin yetərli
olması barədə qərar qəbul edilmişdi
264
.
Nümunə: Seymur Smis (Seymour Smith) işi
265
bir işəgötürənlə ardıcıl
olaraq iki ildən çox işləmiş əməkdaşlar üçün xüsusi müdafiə nəzərdə
tutan əsassız işdən çıxarmaya dair Birləşmiş Krallığın qanunvericiliyi
ilə əlaqədar iş idi. Şikayətçi bu meyara əsasən kişilərlə müqayisədə
qadınların uyğun gəlməsi şansının az olduğundan bunun cinsi əsasda
dolayı ayrı-seçkiliyə bərabər olmasını iddia edirdi. Bu iş ona görə
maraqlıdır ki, AƏM qeyri-mütənasibliyin aşağı dərəcəsinin dolayı ayrı-
seçkiliyi də “kişi və qadın arasında uzun müddət ərzində davamlı və
nisbətən daimi bərəbərsizlik aşkar etdikdə” sübut edə bilməsini təklif
edib. Lakin, bu işin konkret faktlarına gəldikdə, AƏM qeyd etdi ki,
kişilərin 77.4%-nin və qadınların 68.9%-nin bu meyara cavab verdiyini
nümayiş etdirən statistik məlumatlar həmin qaydaya əhəmiyyətli
dərəcədə az faiz qadınların cavab verə biləcəyini sübuta
yetirməmişdi.
Nümunə: D.H və Digərləri Çexiya Respublikasına qarşı işdə roma
(qaraçı) mənşəli ərizəçilər uşaqlarının əsas təhsil sistemindən
kənarlaşdırıldığından və onların roma etnik mənşəyinə görə çətin
tərbiyə olunan uşaqlar üçün nəzərdə tutulan “xüsusi” məktəblərə
yerləşdirildiyindən şikayət edirdi
266
. Roma uşaqların “xüsusi” mək-
147
Ayrıseçkiliyə yol verilməməsi hüququnda sübutlar problemi
_____________________________________
263. AƏM, Hilde Schönheit v. Stadt Frankfurt am Main and Silvia Becker v. Land Hessen, Birləşdirilmiş
işlər C-4/02 və C-5/02 [2003] ECR I-12575, 23 oktyabr 2003.
264. AƏM, Gerster v. Freistaat Bayern, İş C-1/95 [1997] ECR I-5253, 2 oktyabr 1997.
265. AƏM, R v. Secretary of State for Employment, ex parte Seymour-Smith and Perez, İş C-167/97
[1999] ECR I-623, 9 fevral 1999.
266. AİHM, D.H. və Başqaları Çex Respublikasına qarşı (D.H. and Others v. the Czech Republic) [GC]
(57325/00 saylı ərizə), 13 noyabr 2007.
təblərə göndərilməsi intellektual bacarığı qiymətləndirmək məqsədi
güdən testin tətbiqinə əsaslanırdı. Bu kimi “neytral” təcrübəyə bax-
mayaraq, testin təbiəti roma uşaqlara mahiyyətcə qənaətbəxş nəticə
əldə etməyi və əsas təhsil sisteminə qoşulmağı daha da çətin etmişdi.
AİHM bunu “xüsusi” məktəblərə roma mənşəli şagirdlərin xüsusi ilə
yüksək nisbətinin yerləşdirildiyini nümayiş etdirən statistik sübutlara
istinad etməklə sübuta yetirildiyini müəyyən etmişdi. Ərizəçilər
tərəfindən təqdim edilən konkret coğrafi əraziyə aid məlumatlar
təhsilə cəlb edilən ümumi əhalinin 2%-ni təşkil etməsinə baxmayaraq,
xüsusi məktəbdəki şagirdlərin 50-56 %-nin roma mənşəli şagirdlərin
təşkil etdiyini nümayiş etdirmişdi. Hökumətlər arası mənbələrdən əldə
edilən məlumatlarda ölkədə ümumilikdə romaların 50%-dan 90%-a
qədərinin xüsusi məktəblərə getdiyi göstərilmişdir. AİHM məlumatın
dəqiq olmamasına baxmayaraq, onun yenə də təsirə məruz qalmış
roma uşaqların əhalinin ümumi tərkibinə nisbətdə “qeyri-mütənasib
dərəcədə yüksək” olduğunu nümayiş etdirdiyi qənaətinə gəlmişdi.
267
Elə görünür ki, müdafiə olunan qrupun qeyri-mütənasib şəkildə təsirə
məruz qaldığını statistik məlumat olmadan da sübut etmək olar, amma
mövcud mənbələr etibarlıdır və bu təhlili dəstəkləyir.
Nümunə: Opuz Türkiyəyə qarşı işdə məişət zorakılığı zəminində şəxs
dəfələrlə həyat yoldaşını və onun anasını döymüş və nəticədə
yoldaşının anasını qətlə yetirmişdi.
268
AİHM Dövlətin ərizəçi və onun
anasını və sonuncunun həyatını qeyri-insani və ləyaqəti alçaldan
davranışdan qoruya bilmədiyini müəyyən etmişdi. Məhkəmə Dövlətin
adekvat müdafiə təklif etməsinin ərizəçilərin qadın olması faktına
söykəndiyinə görə ərizəçiləri ayrıseçkiliyə məruz qoyduğunu da
müəyyən etdi. Məhkəmə qismən məişət zorakılığı qurbanlarının
əsasən qadın olması faktına və milli məhkəmələr tərəfindən evdə
zorakılıq qurbanlarını müdafiə etməyə yönəlmiş qərar vermək
səlahiyyətinin nisbətən məhdud sayda olduğunu göstərən rəqəmlərə
əsaslanaraq bu qənaətə gəldi. AİHM-də məişət zorakılığının qurban-
larının əsasən qadın olmasını göstərən statistik məlumatların olma-
148
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
267. AİHM, D.H. və Başqaları Çex Respublikasına qarşı (D.H. and Others v. the Czech Republic) [GC]
(57325/00 saylı ərizə), 13 noyabr 2007, 18, 196-201-ci bəndlər.
268. AİHM, Opuz Türkiyəyə qarşı (Opuz v. Turkey) (33401/02 saylı ərizə), 9 iyun 2009.
ması və Amnesty İnterneyşnl təşkilatı tərəfindən bu barədə etibarlı
məlumatın olmamasını qeyd etməsi maraq doğurur. Bunun əvəzinə
AİHM nüfuzlu milli QHT olan Amnesty İnterneyşnl (Amnesty Interna-
tional) təşkilatının və BMT-nin Qadınlara qarşı bütün növ ayrı-seçk-
iliyin qadağan edilməsi Komitəsinin Türkiyədə qadınlara qarşı
zorakılığın ciddi problem olduğunu qeyd edən qiymətləndirməsini
qəbul etməyə meyilli idi.
Nəzərə almaq lazımdır ki, statisik məlumatlar dolayı ayrı-seçkiliyin olmasını
sübut etmək üçün heç də həmişə gərəkli deyil. İddianı sübut etmək üçün
statistik məlumatların lazım olub-olmaması işin faktlarından asılı olacaq.
Misal üçün, başqalarının müdafiə olunan kateqoriyaya mənsub olmasına
dair təcrübənin və ya inamın olmasını göstərən dəlil yetərli ola bilər.
Nümunə: Orsus və Digərləri Xorvatiyaya qarşı işdə bəzi məktəblər
adi siniflərlə müqayisədə qısaldılmış kurrikulum üzərində qurulmuş
siniflər yaratmışdı. Bu siniflərdə roma (qaraçı) şagirdlərin sayının
qeyri-mütənasib dərəcədə yüksək olması və bu səbəbdən etnik
mənşəyə əsaslanan dolayı ayrı-seçkiliyə bərabər olması iddia edilirdi.
Hökumət tərəfi bu siniflərin Xorvat dilini bilmə meyarı əsasında
qurulduğunu və lazımı dil səviyyəsinə çatdıqda şagirdlərin əsas
siniflərə köçürüldüyünü qeyd etmişdi. AİHM D.H işindən fərqli olaraq
müəyyən etdi ki, tək statistika ayrı-seçkiliyin olması ehtimalına əsas
vermir. Məktəbin birində 44% şagirdlər roma idi və yalnız 73% tək ro-
malar olan sinifə gedirdi. Digər məktəbdə 10% roma idi və onların
36%-i tək romalar olan sinfə gedirdi. Bu onu təsdiq edir ki, romaları
avtomatik olaraq ayrı sinfə salınmasına dair ümumi qayda mövcud
deyil. Bununla belə, AİHM dolayı ayrı-seçkiliyin statistik məlumatlara
əsaslanmadan da sübuta yetirilməsinin mümkün olduğunu qeyd etdi.
Burada, Xorvat dilini yaxşı bilməməsinə görə uşaqları ayrı siniflərə
yerləşdirmə tədbiri təkcə roma şagirdlərə tətbiq edilirdi. Beləliklə, bu
hal fərqləndirici davranışın ehtimalı üçün əsas olmuşdu.
269
Nümunə: Sloveniyanın Bərabərlik Prinsipi üzrə Vəkili tərəfindən
baxılan işdə işəgötürən işçilərə adətən donuz əti və ya piyli
məhsullardan nahar verirdi. Müsəlman işçi səhhəti ilə əlaqədar alter-
nativ yemək ehtiyacını sübut edən işçilərə işəgötürən tərəfindən belə
149
Ayrıseçkiliyə yol verilməməsi hüququnda sübutlar problemi
_____________________________________
269. AİHM, Orsus və Başqaları Xorvatiyaya qarşı (Oršuš and Others v. Croatia) [GC] (15766/03 saylı
ərizə), 16 mart 2010, 152-153-ci bəndlər.
imkanın verildiyi üçün özünə yemək almağa görə alternativ aylıq
yemək ödənişi xahiş etmişdi.
270
Səthi olaraq neytral görünən təcrübə
donuz əti yeməyən müsəlmanlara faktiki olaraq mənfi təsir göstərdiyi
üçün bu dolayı ayrıseçkiliyə aid iş idi. Müsəlmanlara bu qaydanın
mənfi təsir etdiyini göstərmək üçün bu işin hallarına dair statistik
sübutların gətirilməsi zəruri deyildi, çünki dini baxışlarına görə
müsəlmanların donuz əti yemədiyi hamıya məlumdur.
Nümunə: Birləşmiş Krallıq məhkəmələrində baxılan bir işdə
işəgötürən işçinin uniforma üzərində zinət əşyaları (o cümlədən dini
baxışlarına görə) geyməsini qadağan etmişdi.
271
Xristian işçi xaç
taxmağın qadağan edilməsini onun dini əsasla ayrıseçkiliyə məruz
qalmasına bərabər olduğunu iddia edirdi. İşə baxılarkən və sonrakı
apellyasiya dinləmələrində də məhkəmələr bunun dini əsasla dolayı
ayrı-seçkilik olmasını qəbul etməyə hazır idi, o halda ki, xaçın taxılma-
sının Xristian dininin tələbi olması sübuta yetirilsin. Bu məqsədlə
Məşğulluq Tribunalı işdə dini simvollar taxan xristianların sayına dair
statistik sübutlar əvəzinə Xristian dini üzrə ekspertdən sübut istədi.
Dostları ilə paylaş: |