5.2. Sübutetmə yükünün paylaşılması
Adətən iddia ilə çıxış edən şəxs qərar qəbul edən orqanı ayrıseçkiliyin baş
verməsinə inandırmalıdır. Lakin, tətbiq edilən fərqli davranışın müdafiə ol-
unan xüsusiyyətlərin birinin əsası olduğunu göstərmək olduqca çətin ola
bilər. Bu, fərqli davranışın səbəbi yalnız ayrı-seçkiliyi törədən tərəfin
ağlında mövcud olmasıdır. Beləliklə, ayrı-seçkiliklə bağlı iddialar adətən
mübahisə edilən qaydaya və ya təcrübəyə aid obyektiv müdaxilələrə
söykənir.
Digər
sözlə
desək,
məhkəməni
inandırmaq lazımdır ki, fərqli davranışın
ağlabatan izahı qurbana çevrilmiş şəxsin
müdafiə edilən irqi və ya cinsi əla-
mətləridir. Bu prinsip birbaşa və ya dolayı
ayrı-seçkiliyə dair işlərdə bərabər şəkildə
tətbiq edilir.
Ayrı-seçkiliyi törətdiyi güman edilən tərəf iddianı sübut etmək üçün lazım
olan məlumata sahib olduğu üçün, ayrıseçkiliyə yol verilməməsi hüququ
sübutetmə yükünün ayrı-seçkiliyi törətdiyi güman edilən tərəflə
paylaşılmasına imkan verir. Sübutetmə yükünün paylaşılması AİHK-da və
Avropa İttifaqı hüququnda nəzərdə tutulub.
249
140
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
Birgə sübutetmə yükü: iddiaçı
ayrı-seçkilik xarakterli davranışın
baş verməsini göstərən tutarlı
sübut təqdim etməlidir. Bu,
ayrıseçkiliyin olmasına dair ehti-
mal yaradacaq və ayrı-seçkiliyi
törətdiyi güman edilən tərəf
sonra bunu rədd etməlidir.
Digər regional və qlobal insan hüquqları müdafiə mexanizmləri kimi Avropa
İnsan hüquqları Məhkəməsinin (AİHM) presedent hüququ da sübutetmə
yükünün paylaşılmasının insan haqları pozuntularına dair iddiaların sübuta
yetirilməsində daha geniş tətbiq olduğunu qəbul edib. AİHM-in təcrübəsi
iddianı sübut etmək üçün məlumatın əksəriyyəti üzərində nəzarətə malik
olan tərəfin adətən Dövlət olduğunu kənara qoyaraq mövcud sübutlara
ümumilikdə baxmaqdır. Buna görə də əgər iddiaçı tərəfindən təqdim edilən
faktlar etibarlı və mövcud sübutlara uyğundursa, AİHM onları Dövlət
tərəfindən ona alternativ inandırıcı izahat verilənə qədər sübut kimi qəbul
edəcək. AİHM-in sözləri ilə desək, o, fakt kimi elə mülahizələri qəbul edir
ki, onlar ‘bütün dəlillərin, o cümlədən faktlardan və tərəflərin ifadələrindən
irəli gələn nəticələrin sərbəst qiymətləndirilməsi ilə dəstəklənsin... [S]übut
yetərincə güclü, anlaşılan və uzlaşan nəticələrin uyğun olmasından və ya
faktın rədd edilməyən oxşar olan fərziyyələrindən irəli gələ bilər. Bundan
başqa, konkret nəticəyə gəlmək üçün lazım olan inandırmanın dərəcəsi və
bununla əlaqədar sübutetmə yükünün paylaşılması, əslində faktların
xüsusiyyətləri, edilən bəyanatın təbiəti və [İHAK-dakı] sözügedən hüquq
ilə bağlıdır.’
250
Nümunə: Timişev Rusiyaya qarşı (Timishev v. Russia) işdə iddiaçı
onun Çeçen etnik mənşəli olduğu üçün konkret rayonun yoxlama
məntəqəsindən keçməsinə icazə verilmədiyini iddia edirdi.
251
AİHM
bunun etnik Çeçenlərin hərəkətinin məhdudlaşdırılmasına dair
qaydanın olmasını qeyd edən rəsmi sənədlərlə təsdiqləndiyini
müəyyən etmişdi. Qurbanın onun növbədən kənar keçməsindən
imtina edildikdə könüllü olaraq çıxıb getməsi fərziyyəsində
uyğunsuzluq olması səbəbindən dövlətin buna verdiyi izahat
inandırıcı hesab edilməmişdi. Beləliklə, AİHM iddiaçının etnik
mənsubiyyəti əsasında ayrıseçkiliyə məruz qalmasını qəbul etmişdir.
141
Ayrıseçkiliyə yol verilməməsi hüququnda sübutlar problemi
_____________________________________
249. Aşağıda qeyd edilən işlərlə yanaşı, bax: İrqi bərabərlik Direktivası (maddə 8), Məşqulluqda
bərabərlik Direktivası (maddə 10), Gender bərabərliyi Direktivası (yenilənmiş versiya) (maddə 19), Gen-
der mallar və xidmətlər Direktivası (maddə 9). Bax, həmçinin, Sosial Hüquqlar haqqında Avropa
Komitəsinin presedent hüququ: SUD Travail Affaires Sociales v. France (Ərizə No. 24/2004), 8 noyabr
2005, və Mental Disability Advocacy Centre (MDAC) v. Bulgaria (Ərizə No. 41/2007), 3 iyun 2008.
250. AİHM, Naçova və Başqaları Bolqarıstana qarşı (Nachova and Others v. Bulgaria) [GC] (43577/98
və 43579/98 saylı ərizələr), 6 iyul 2005, 147-ci bənd.Bu digər AİHM qərarında təkrar olunur, Timişev
Rusiyaya qarşı (Timishev v. Russia) (55762/00 və 55974/00 saylı ərizələr), 13 dekabr 2005, 39-cu bənd,
və AİHM, D.H. və başqaları Çexiyaya qarşı (D.H. and Others v. the Czech Republic) [GC] (57325/00
saylı ərizə), 13 noyabr 2007, 178-ci bənd.
251. AİHM, Timişev Rusiyaya qarşı (Timishev v. Russia) (55762/00 və 55974/00 saylı ərizələr), 13
dekabr 2005, 40-44-cü bəndlər.
Nümunə: Brunhofer (Brunnhofer) işində qadın iddiaçı eyni vəzifədə
olan kişi həmkarından daha az maaş aldığı üçün cinsi ayrıseçkiliyə
məruz qaldığını iddia edirdi.
252
Avropa Ədalət Məhkəməsi qeyd
etmişdi ki, məhz ərizəçi, birincisi, onun kişi həmkarından daha az
maaş aldığını və, ikincisi, ərizəçinin eyni həcmdə işi yerinə yetirdiyini
sübut etməlidir. Fərqləndirici davranışın yalnız cinsi faktorla əlaqədar
olduğunu ehtimal kimi irəli sürmək üçün bu yetərli sayıla bilər.
İki məsələni diqqətdə saxlamaq vacibdir. Birincisi, yerli orqanlar qarşısında
hansı sübutların qəbul edilən olmasını milli qanunvericilik müəyyən edir və
bu AİHM və ya AƏM tərəfindən istifadə edilən qaydalardan daha da sərt ola
bilər. İkincisi, sübutetmə yükünün ləğv edilməsi qaydası adətən Dövlətin
ayrı-seçkiliyi törədən tərəfin irqi zəmində qərəz olduqda “nifrət cinayəti”
kimi adlanan cinayətə görə mühakimə etdiyi cinayət işlərinə şamil edilmir.
Bunun səbəbi bir tərəfdən cinayət məsuliyyətinin yaranması üçün
sübutetmənin daha yüksək standartının lazım olması və digər tərəfdən
ayrı-seçkiliyi törədən tərəfdən onların rasist motivinin olmadığını sübut
etməyi, ki bu tamamilə subyektiv olacaq, tələb etməyin çətinliyi ilə
əlaqədardır.
253
Güman edilən ayrı-seçkiliyi törədən tərəf ehtimalı iki yolla rədd edə bilər.
Onlar 2.2.2-ci Fəsildə müzakirə edildiyi kimi iddiaçının əslində “müqayisə
edilən şəxslə” eyni və ya müqayisə edilə bilən vəziyyətdə olmadığını və ya
fərqli davranış müdafiə olunan əsasa deyil, 2.6-cı Fəsildə müzakirə edilən
digər obyektiv fərqlərə söykəndiyini sübut edə bilər. Ayrı-seçkiliyi törədən
tərəf ehtimalı rədd edə bilməsə, onlar müdafiəni fərqləndirici davranış
üzərində qurmalı və görülən tədbirin obyektiv olaraq əsaslı və mütənasib
olduğunu nümayiş etdirməlidir.
Nümunə: yuxarıda qeyd edilən Brunhofer işində, AƏM ayrıseçkiliyin
olmasına dair fərziyyənin işəgötürən tərəfindən necə rədd edilməsinə
dair istiqamət təklif etmişdi. Birincisi, bunu kişi və qadın işçilərin
142
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
252. AƏM, Susanna Brunnhofer v. Bank der österreichischen Postsparkasse AG, İş C-381/99 [2001]
ECR I-4961, 26 iyun 2001, 51-62-ci bəndlər.
253. AİHM-nin irqi zorakılıq kontekstində sübutetmə yükünün ləğv edilməsi məsələsinə dair yanaşması,
bax: AİHM, Nachova and Others v. Bulgaria [GC] (43577/98 və 43579/98 saylı ərizələr), 6 iyul 2005,
144-159-cu bəndlər. Avropa İttifaqınin ayrıseçkiliyin qadağan edilməsi hüququ cinayət hüququ
kontekstində sübutetmə yükünün ləğv edilməsinin tətbiqini tələb etmir.
bərabər həcmdə olmayan iş yerinə yetirdikləri üçün müqayisə edilə
bilən vəziyyətdə olmadıqlarını nümayiş etdirməklə etmək olar. Bu
onların işində təbiətinə görə kifayət qədər fərqli öhdəliklərin olduğu
hallarda baş verə bilər. İkincisi bunu maaşdakı fərqin cinsə görə deyil,
obyektiv faktorlara görə olmasını nümayiş etdirməklə etmək olar.
Buna kişi işçinin gəlirinin uzaq məsafədən gəlib iş həftəsi ərzində
mehmanxanada qalmasına görə aldığı yol xərci hesabına artması
kimi hallarda rast gəlmək olar.
Nümunə: yuxarıda qeyd edilən Ferin işində AƏM ayrı-seçkiliyi törədən
tərəfindən edilən elan və bəyanatların birbaşa ayrı-seçkilik ehtimalına
yol açdığını müəyyən etmişdi. Lakin, AƏM eyni zamanda bildirmişdi
ki, ayrı-seçkiliyi törədən şəxs, işə götərmə praktikasında ağ dərili ol-
mayan şəxslərə fərqli münasibət bəslənmədiyini, məsələn, ağ dərili
olmayan işçilərin daim işə alındığını göstərməklə sübuta yetirə
bilsəydi, bu ehtimalı təkzib edə bilərdi.
Dostları ilə paylaş: |