Arterial təzyiqin səviyyəsi, mm c.s.
Digər risk amilləri,
OZ (orqanların
simptomsuz
zədələnməsi) və ya
digər xəstəliklər
Normal AT
SAT 120-129
və ya
DAT 80-84
Yüksək normal AT
SAT 130-139
və ya
DAT 85-89
I AH
SAT 140-159
və ya
DAT 90-99
II AH
SAT 160-179
və ya
DAT 100-109
III AH
SAT≥180
və ya
DAT≥110
Risk amillərinin
olması
Əhəmiyyət kəsb
etməyən risk
Risk - 0
Əhəmiyyət kəsb
etməyən risk
Risk - 0
Aşağı əlavə risk
Risk - I
Orta əlavə risk
Risk – II
Yüksək əlavə risk
Risk - III
1-2 risk amili
Aşağı əlavə risk
Risk – I
Aşağı əlavə risk
Risk - I
Orta əlavə risk
Risk - II
Orta əlavə risk
Risk – II
Çox yüksək əlavə risk
Risk - IV
3 və daha çox risk
amilləri, metabolik
sindrom, OZ və ya
diabet
Orta əlavə risk
Risk - II
Yüksək əlavə risk
Risk - III
Yüksək əlavə risk
Risk - III
Yüksək əlavə risk
Risk – III
Çox yüksək əlavə risk
Risk – IV
Təsdiq olunmuş
ÜD və ya böyrək
xəstəlikləri
Çox yüksək əlavə
risk
Risk - IV
Çox yüksək əlavə
risk
Risk - IV
Çox yüksək əlavə
risk
Risk - IV
Çox yüksək əlavə
risk
Risk – IV
Çox yüksək əlavə risk
Risk - IV
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
14
DİAQNOSTİKA
Məqsədlər
►
AT səviyyəsinin müəyyənləşdirilməsi
►
İkincili AH səbəblərinin müəyyənləşdirilməsi
►
Aşağıdakı halların araşdırılması:
digər risk amilləri
orqanların subklinik zədələnmələri
yanaşı xəstəliklərin mövcudluğu
müşayiət olunan ÜD və böyrək fəsadları
Prosedurlar
►
Arterial təzyiqin təkrar ölçülməsi (AT-nin düzgün ölçülməsi qaydaları
Əlavə 1-də təsvir olunub)
►
Ailə anamnezi və klinik anamnezin toplanması
►
Fizikal müayinənin aparılması
►
Laborator və instrumental müayinələrin aparılması
Anamnez və fizikal müayinə (D)
Ailə anamnezi və klinik anamnez vasitəsilə aşağıdakılar
müəyyənləşdirilir:
1. Yüksək AT-nin davam etdiyi müddət və əvvəlki səviyyəsi
2. İkincili AT-nin əlamətlərinin mövcud olub-olmaması
3. Risk amillərinin olması
4. Orqanların zədələnməsi simptomlarının olması
5. Əvvəllər aparılan antihipertenziv müalicənin effektivliyi və dərman
preparatlarının əlavə mənfi təsirləri
6. Şəxsi amillər
7. Ailə amilləri
8. Ekoloji amillər
Fizikal müayinələr zamanı aşağıdakılar aydınlaşdırılır: (D)
1. İkincili AH-nin olmasına şübhə doğuran əlamətlərin olması
2. Orqanların zədələnməsinə şübhə doğuran əlamətlərin olması
3. Visseral piylənmənin olub-olmaması
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
15
LABORATOR-İNSTRUMENTAL MÜAYİNƏLƏR
Tövsiyə olunan müayinələr (D)
►
Qanın ümumi analizi
►
Sidiyin ümumi analizi
►
Qanın biokimyəvi analizi (kalium, natrium, sidik cövhəri, kreatinin və
qlükoza)
►
Acqarına lipid profili (ümumi xolesterin, yüksək sıxlıqlı lipoproteidlər)
►
Elektrokardioqrafiya
►
Exokardioqrafiya
►
Böyrəklərin və böyrəküstü vəzlərin USM-i
►
Fundoskopiya (göz dibinin yoxlanması)
Əlavə müayinələr
►
Kreatinin klirensinin hesablanması ( Cockroft-Gault formulunun
köməyi ilə)
►
Proteinuriyanın kəmiyyət göstəricisi (ölçü çubuğu testi müsbətdirsə)
►
Mikroalbuminuriyanın təyini
►
Qan zərdabında kalsiumun və sidik turşusunun təyini
►
Qan zərdabında aşağı sıxlıqlı lipoproteidlərin və triqliseridlərin təyini
►
Qan zərdabında qlikolizə olunmuş hemoqlobinin təyini
►
Qan zərdabında TTH təyini
►
Topuq-bazu indeksi
►
AT-nin 24-saatlıq monitorinqi
►
Nəbz dalğasının yayılma sürətinin ölçülməsi (imkan varsa)
►
Plazmada və/və ya sidikdə reninin, aldosteronun, kortikosteroidlərin,
katexolaminlərin miqdarının təyin edilməsi
►
Qan damarlarının rəngli Doppler USM-i
►
Kompüter tomoqrafiyası
►
Maqnit-rezonans tomoqrafiyası
►
Arterioqrafiya
Subklinik orqan zədələnməsinin araşdırılması (D)
Orqanların subklinik zədələnmələri müvafiq diaqnostik üsullarla
diqqətlə araşdırılmalıdır. Bunun ümumi ÜD riskinin təyin edilməsində və
damar xəstəlikləri inkişafının aralıq mərhələsində aşkar olunmasında
əhəmiyyəti vardır.
Böyük damarların sərtliyini müəyyən etmək üçün nəbz dalğasının
sürətini təyin etmək məsləhət görülür. Qeyd etmək lazımdır ki, damarların
sərtliyinin artması yaşlılarda TOSH-nin baş verməsinə səbəb olan amildir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
16
Periferik arteriyaların zədələnməsini öyrənmək üçün topuq-bazu arterial
indeksi təyin edilməlidir. Bu indeksin normadan aşağı olması periferik
arteriyaların xeyli zədələnməsindən xəbər verir.
AH ilə əlaqədar böyrək zədələnməsinin olması aşağıdakı üsullarla təyin
edilir:
1. Böyrəklərin funksiyasının azalmasının aşkar edilməsi
2. Sidikdə albumin ekskresiyasının artmasının təyini
Böyrək funksiyasının azalmasını aşkar etmək üçün aşağıdakı üsuldan
istifadə edilir:
Cockroft-Gault formulundan istifadə etməklə kreatinin klirensi
hesablanır, bu zaman xəstənin bədən kütləsi də ölçülməlidir.
Sidikdə albumin ekskresiyasının eliminasiyası AH-si olan
xəstələrdə yoxlanılmalıdır. Belə xəstələrdə albumin/kreatinin
əmsalı da hesablanmalıdır. Mikroalbuminuriyanın erkən aşkar
edilməsi və albumin/kreatinin əmsalının hesablanması çox
vacibdir.
Torlu qişada mötədil dəyişikliklər, gənc xəstələr istisna olmaqla, AH
üçün spesifik deyil. Göz dibinin müayinəsi – fundoskopiya AH olan ağır
xəstələrdə aparılmalıdır. Onlarda hemorragiya, ekssudasiya və görmə
sinirinin ödeminin olması aşkarlanır və bu artan ümumi ÜD riski ilə
müşayiət olunur.
AH olan yaşlı xəstələrdə müvafiq testlər (koqnitiv testlər) erkən beyin
pozuntularını təyin etməkdə kömək edə bilər.
Elektrokardioqrafiya və exokardioqrafiya
Yüksək AT olan xəstələrdə işemiya, aritmiya, SMH və SM
yüklənməsini aşkar etmək üçün EKQ müayinəsi aparılmalıdır. SMH və SM
sistolik funksiyasının pozulmasını aşkar etmək üçün exokardioqrafiya
müayinəsi aparılmalıdır. Bu üsul SMH-nin həndəsi formalarını da təyin
etməyə imkan verir. Konsentrik hipertrofiyanın olması proqnozun pis
olmasına dəlalət edir. SM diastolik disfunksiyası transmitral Doppler
ExoKQ üsulu ilə dəyərləndirilə bilər.
Böyrəklərin və böyrəküstü vəzlərin USM-i
USM qeyri-invaziv müayinə üsulu olub, böyrək və böyrəküstü vəzlərin
ölçüləri, forması, sidik yollarının obstruksiyası, böyrək daşlarının aşkar
olunmasında (böyrəklərin polikistozu, feoxromositoma, Konn sindromu,
böyrək daşı xəstəliyi, böyrək büzüşməsinin və s. diaqnostikasında) istifadə
olunur.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
17
Qan damarlarının rəngli Doppler USM-i
Damarlarda hipertrofiya və simptomsuz aterosklerozun olmasını təyin
etmək üçün renal arteriyaların və yuxu arteriyalarının ekstrakranial Doppler
müayinəsi məsləhət görülür.
Kompüter tomoqrafiya və maqnit-rezonans tomoqrafiya
Kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyası zamanı AH
olan xəstələrdə çox zaman aşağıdakı dəyişikliklər aşkar edilir: gizli beyin
infarktları, lakunar infarktlar, kiçik qansızmalar və beynin ağ maddəsinin
zədələnməsi.
Arterioqrafiya renovaskulyar AH-yə şübhə olduqda aparılır. Bu üsul
renal arteriyaların aterosklerotik zədələnməsi (əksərən yaşlılarda) və
fibromuskulyar displaziyanın diaqnostikasında istifadə olunur.
Cədvəl 2. Ümumi ürək-damar riskini müəyyənləşdirmək üçün
istifadə olunan göstəricilər
Risk amilləri
Subklinik orqan zədələnmələri
Sistolik və diastolik AT-nin
səviyyələri
Nəbz təzyiqinin səviyyələri
(yaşlılarda)
Yaş (K 55 yaş; Q 65 yaş)
Tütün çəkmək
Dislipidemiya
ÜXS 5,0 mmol (190mq/dl) və
ya;
ASLP-XS 3,0 mmol/l (115
mq/dl) və ya;
YSL-XS: K 1,0 mmol/l
(40 mq/dl)
Q 1,2 mmol/l (46 mq/dl)
və ya;
TQ 1,7 mmol/l (150 mq/dl)
Acqarına qan plazmasında qlükoza
5,6-6,9 mmol/l (102-125 mq/dl)
Qlükozaya qarşı tolerantlığın
pozulması
Elektrokardioqrafik SMH
(1)
Sokolov-Lion göstəricisi 38
mm və ya
Kornell göstəricisi 2440
mm/ms
(2,3)
və ya
Exokardioqrafik SMH
(4)
:
sol mədəciyin kütlə indeksi
(SMKİ)
K≥125 q/m²
Q≥110 q/m²
Yuxu arteriyalarının divar
qalınlığı (intra-media qalınlığı
(İMQ)): İMQ 0,9
Yuxu və bud arteriyalarında
nəbz dalğasının sürəti 12 m/s
Topuq-bazu AT indeksi 0,9
Qan plazmasında kreatinin
səviyyəsinin mülayim artması
K – 115-133 mkmol/l (1,3-1,5
mq/dl)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
18
Abdominal piylənmə
K – bel çevrəsi 102 sm
Q – bel çevrəsi 88 sm
Ailə anamnezində erkən ÜD
xəstəlikləri
K 55 yaş
Q 65 yaş
Q – 107-124 mkmol/l
(1,2-1,4 mq/dl)
Kreatinin klirensinin
(5)
azalması:
60 ml/dəq və aşağı
Mikroalbuminuriya:
30-300 mq/24 saat və ya
albumin-kreatinin nisbəti:
K – 22 mq/q və çox
Q – 31 m q/q və çox
Şəkərli diabet
Təsdiq olunmuş ÜD
və ya böyrək xəstəlikləri
Təkrar ölçülmələrdə acqarına qan
plazmasında qlükoza ≥7 mmol/l
(126 mq/dl və çox)
Şəkər yüklənməsindən sonra qan
plazmasında qlükoza ≥11,0 mmol/l
(198 mq/dl və çox)
Qeyd:
aşağıda göstərilən 5 risk amilindən
üçünün mövcud olması metabolik
sindromun olmasını göstərir
abdominal piylənmə
acqarına qan plazmasında
qlükozanın artması
arterial təzyiq 135/85 mm
c.s. və yuxarı
yüksək sıxlıqlı
lipoproteidlər (YSLP)
xolesterinin aşağı olması
triqliseridlərin (TQ)
səviyyəsinin artması
Beyin-damar xəstəlikləri
keçici kəskin işemik
pozulma
işemik insult
beyinə qansızma
Ürək xəstəlikləri
stenokardiya
miokard infarktı
koronar
revaskulyarizasiya
ürək çatışmazlığı
Böyrək xəstəlikləri
diabetik nefropatiya
böyrək çatışmazlığı (qan
zərdabında kreatininin
artması)
K – 133 mkmol/ və çox
Q – 124 mkmol/l və çox
proteinuriya ≥300 mq/24
saat
Periferik arteriyaların
xəstəlikləri
Ağır retinopatiya
hemorragiya və ya
ekssudatlar
görmə sinirinin ödemi
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
19
(140 - yaş) x BÇ (kq) x 0.85
814 x QZK (mmol/l)
(140 - yaş) x BÇ (kq)
814 x QZK (mmol/l)
Qeydlər:
(1)
Sokolov-Lion göstəricisi: Rv5+SV
1
və ya V
2
38 mm;
(2)
Kornell göstəricisi (Kornell voltajı):
kişilərdə = Ravl+SV
3
28 mm (2,8 mv)
qadınlarda =Ravl+SV
3
20 mm (2,0 mv)
(3)
Kornell indeksi: QRS davamı x Kornell voltajı 2440 msan x mv
(4)
SMH exokardioqrafiya üsulu ilə təyin edilərkən konsentrik SMH
aşkarlanarsa, risk maksimaldır
(5)
Kreatinin klirensi Cockroft-Gault formulu ilə təyin edilir:
Qadınlarda: YFS =
Kişilərdə:
YFS =
DİFERENSİAL DİAQNOSTİKA
İkincili AH-nin səbəbləri:
►
Böyrək mənşəli: renoparenximatoz (kəskin qlomerulonefrit, xronik
nefrit, polikistoz, diabetik nefropatiya, hidronefroz), renovaskulyar
(böyrək arteriyalarının stenozu, fibromuskulyar displaziyası), renin
ifraz edən şişlər, natriumun birincili ləngiməsi (Liddl sindromu,
Qordon sindromu)
►
Endokrin mənşəli: akromeqaliya, hipotireoidizm, hipertireoidizm,
hiperparatireoidizm, İtsenko- Kuşinq sindromu, birincili
hiperaldesteronizm, feoxromositoma
►
ÜD sistemi xəstəlikləri ilə əlaqədar meydana gələn (aorta koarktasiyası,
aortanın aterosklerozu, qeyri-spesifik aortoarterit, aortal qapağın
çatışmazlığı)
►
Mərkəzi sinir sisteminin zədələnməsi ilə əlaqədar meydana gələn
(şişlər, travmalar, ensefalit, poliomielit)
►
Dərman maddələrinin qəbulu və digər ekzogen amillərin təsiri ilə
əlaqədar meydana gələn (estrogenlər, qlükokortikoidlər,
mineralokortikoidlər, simpatomimetiklər, monoaminoksidaza
inhibitorları, kokain, qeyri-steroid iltihab əleyhinə maddələr,
tsiklosporin, eritropoetin)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
20
İkincili hipertenziyalar ilə diferensial diaqnostika
İlk dəfə aşkar olunmuş AH-li xəstələrin 95%-də hipertoniya xəstəliyi,
4%-də böyrək mənşəli AH, 1%-də digər mənşəli hipertenziyalar müəyyən
olunur.
Simptomatik hipertenziyanın olması haqqında aşağıdakı hallarda
düşünmək olar:
Xəstəliyin erkən başlanması
Qəflətən başlanması
Yaşlı şəxslərdə tez proqressivləşən AH
Çox yüksək AH (Konn sindromundan başqa)
Antihipertenziv müalicəyə rezistentlik
İrsi meylliliyin olmaması
Laborator-instrumental müayinələrdə dəyişikliklərin aşkar
olunması (sidiyin ümumi analizi, qan zərdabında kalium, kreatinin,
ExoKQ-də SMH)
Renovaskulyar hipertenziya zamanı
Başlanğıc 30 yaşdan aşağı və ya 50 yaşdan yuxarı dövrə təsadüf
edir
AT adi medikamentoz müalicəyə davamlıdır
Xəstələrdə arteriyaların aterosklerotik zədələnməsinin klinik
əlamətləri (məs. keçici axsaqlıq) vardır
Qəflətən ağır hipertenziya meydana çıxır və ya əvvəllər nəzarət
olunan hipertenziyanın gedişinin ağırlaşması müşahidə olunur
Tez proqressivləşən və ya bəd xassəli hipertenziya
Qarnın yuxarı nahiyəsində böyrək arteriyalarının proyeksiyasında
küy aşkar olunur (xəstələrin 1/3-də)
Belə xəstələrə angioqrafiya aparılmalıdır
Renoparenximatoz hipertenziya
Böyrəklərin kəskin xəstəliyi (kəskin qlomerulonefrit): hematuriya,
proteinuriya. Periorbital ödemlər, ayaqlarda ödemlər. USM zamanı
böyrəklərin ölçülərinin artması
Böyrəklərin xronik xəstəlikləri (xronik pielonefrit, diabetik
nefropatiya, amiloidoz və s.): kreatinin klirensinin azalması,
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
21
proteinuriya, hematuriya, həmçinin bakteriuriya, leykosituriya.
USM-də böyrək ölçülərinin azalması, exogenliyin artması
Qeyd:
AH zamanı böyrəklərin ikincili zədələnməsi xəstəliyin
gedişini ağırlaşdıra bilər (qüsurlu dövran).
Endokrin AH
1.
Peroral kontraseptivlər – 40 yaşa qədər olan qadınlarda oral
kontraseptivlərin qəbul edilib-edilməməsini aydınlaşdırmaq lazımdır
2.
Birincili hiperaldosteronizm (Konn xəstəliyi)
Spontan hipokaliemiya (3,5 mekv/l-dən az)
Sidikqovucularla provokasiya edilən hipokaliemiya
(3 mekv/l-dən az)
Hipernatriemiya (144-148 mekv/l)
Ailə anamnezi (hipokaliemiya)
Tez yorulma
Səbəbsiz paresteziyalar
Poliuriya
Spironolaktonun qəbulunun yaxşı effekt verməsi
3.
Hiperparatireoz
Böyrək funksiyasının pozulması, tez-tez sınıqların olması, bağırsaq
sancıları, psixi pozulmalar (yaşlı qadınlar üçün səciyyəvidir)
4.
İtsenko- Kuşinq sindromu
Çəkinin sürətlə artması, xəstəliyə səciyyəvi olan görünüş, qlükozaya
tolerantlığın pozulması, oliqomenoreya, amenoreya; xəstənin
qlükokortikoidlər qəbul edib-etməməsi aydınlaşdırılmalıdır
5.
Feoxromositoma
Klassik simptomlar triadası: güclü başağrıları, tərləmə və
ürəkdöyünmə. Həmçinin, çətin nəzarət olunan AH, ortostatik
hipotenziya, beta-blokatorlara pressor effekt, ailə anamnezi
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
22
Cədvəl 3. İkincili AH-nin diferensial diaqnostikasında
istifadə olunan müayinələr
Patologiya
Laborator-diaqnostik müayinələr
Böyrəklərin
xəstəliyi
Sidiyin ümumi analizi, Neçiporenko, Addis-
Kakovskiy, Amburje üsulları ilə sidiyin analizi,
Zimnitskiy sınağı; qan zərdabında kreatinin
səviyyəsi, kreatinin klirensi, sutkalıq sidikdə
proteinuriya səviyyəsi, qan zərdabında renin; mütləq
ortovəziyyətdə aparılan rentgenoqram ilə ekskretor
uroqrafiya, böyrək angioqrafiyası, radioizotop
rentgenoqrafiya; dinamik ssintiqrafiya; böyrəklərin
USM-i.
Ürək-damar
xəstəlikləri
Ürəyin və damarların Doppler ExoKQ müayinəsi,
angioqrafiya.
Qalxanvari vəzin
xəstəliyi
Qan zərdabında TTH, T
3
(sərbəst), T
4
(sərbəst)
səviyyəsi; tireoqlobulinə və mikrosomal fraksiyaya
qarşı anticisimlər.
İtsenko-Kuşinq
sindromu
Qan zərdabında AKTH və kortizol, sutkalıq sidikdə
sərbəst kortizolun səviyyəsi; deksametazon ilə sınaq;
beynin və böyrəküstü vəzlərin MRT.
Birincili
hiperaldosteronizm
Kaliumun qan zərdabında, renin və aldosteronun
plazmada səviyyəsi, sağ və sol böyrək və böyrəküstü
damarlarda ayrı-ayrılıqda renin və aldosteronun
qanda müayinəsi; deksametazon ilə sınaq.
Hiperparatireoidizm Kalsiumun və parathormonun qan zərdabında
səviyyəsi; əlin rentgenoqrafiyası.
Feoxromositoma
Metanefrinin sutkalıq sidikdə səviyyəsi,
katexolaminlərin (adrenalin, noradrenalin,
normetanefrin), həmçinin qanın plazmasında
dopamin miqdarının yüksəlməsi (xəstə arxası üstə,
qanın götürülməsindən əvvəl ən azı 20 dəqiqə
ərzində sakit vəziyyətdə qalmalıdır), KT, NMR
Dostları ilə paylaş: |