Az ərbaycan Respublikası Sə hiyy ə Nazirliyi Kollegiyasının



Yüklə 0.54 Mb.
PDF просмотр
səhifə1/5
tarix13.03.2017
ölçüsü0.54 Mb.
  1   2   3   4   5

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 



Az



ərbaycan Respublikası Sə

hiyy

ə

 Nazirliyi  

Kollegiyasının 

3 fevral 2009-cu il tarixli  



saylı qərarı ilə

 t

əsdiq edilmişdir

 

 

 



 

ARTERİAL HİPERTENZİYANIN 

DİAQNOSTİKA VƏ MÜALİCƏSİ ÜZRƏ 

 

KLİNİK PROTOKOL

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Bakı 



- 2009 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

 



54.10 

A 86 


 

 

 



 

 

 



 

 

 



 

 

A  86  



Arterial  hipertenziyanin  diaqnostika  və  müalicəsi  üzrə 

klinik protokol – 64 səh. 

Klinik  protokol  Azərbaycan  Respublikası  Səhiyyə 

Nazirliyinin  səhiyyə  islahatları  çərçivəsində  ictimai 

səhiyyə kadrlarının hazırlanması üzrə Tədbirlər proqramı 

əsasında tərtib və çap edilmişdir. 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


  3 

 

 



Klinik protokolun redaktoru: 

C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və 

İslahatlar Mərkəzinin direktoru 

 

Klinik protokolun tərtibçilər heyəti: 

F.Quliyev – Səhiyyə Nazirliyinin baş kardioloqu, Ə.Əliyev ad. 

ADHTİ-nin I Daxili xəstəliklər kafedrasının müdiri, t.e.d., 

professor 

İ.Mustafayev – Ə.Əliyev ad. ADHTİ-nin II Daxili xəstəliklər 

kafedrası, t.e.d., professor 

İ.Ələkbərov – ET Tibbi Bərpa İnstitutu, terapiya şöbəsinin 

böyük elmi işçisi, t.e.d. 

R.Daşdəmirov – ET Kardiologiya İnstitutunun direktor 

müavini, böyük elmi işçi, t.e.n. 

Z.Musayev – Respublika Kardioloqlar Cəmiyyətinin məsul 

katibi, t.e.n. 

R.Qabulova – ATU-nun Daxili xəstəliklərin propedevtikası 

kafedrasının assistenti, t.e.n.  

F.İbrahimov – Mərkəzi Klinik Xəstəxananın kardiologiya 

şöbəsi, həkim-kardioloq 

N.Əzizova – ET Kardiologiya İnstitutunun reanimasiya şöbəsi, 

həkim-reanimatoloq 

N.Mövsümova – İctimai Səhiyyə və İslahatlar Mərkəzi, 

səhiyyə iqtisadiyyatı və tibbi sığorta şöbəsinin həkimi 

 

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsi tərəfindən 



rəy verilmişdir. 

 

Protokolun tərtib olunmasında göstərdiyi ekspert dəstəyinə görə 



Seçenov  ad.  1-ci  Moskva  Tibb  Akademiyasının  professoru, 

Tibbi  Xidmətlərin  Keyfiyyətinin  Menecmenti  və  Sübutlu 

Təbabət üzrə tədqiqat bölməsinin müdiri, M.V. Avksentyevaya 

təşəkkür edilir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 



Sübutların etibarlılıq dərəcəsi 



və elmi tədqiqatların tipləri 

Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri 

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış tədqiqatdan 

alınmışdır 



IIb 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların 

öyrənilməsi) alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 



Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların 

etibarlılıq dərəcəsi 

 

RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 



sistematik icmalı və ya nəticələri uyğun 

populyasiyaya şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



 

Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 



yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 



keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən



sistematik səhv riski yüksək olmayan (+) RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 



 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil 



edilə bilməyən, sistematik səhv riski çox aşağı olan 

və ya yüksək olmayan (++ və ya +) RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi IIb. 



 

Klinik hallar seriyasının təsviri, yaxud  



 

Nəzarət edilməyən tədqiqat, yaxud  

 

Ekspertlərin rəyi.  



 

Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


  6 

 

İxtisarların siyahısı: 



 

AB 

- alfa-blokatorlar 



AÇFİ 

- angiotenzin çevirici fermentin inhibitorları 



AH 

- arterial hipertenziya 



AKTH 

- adrenokortikotrop hormon 



ASLP  

- aşağı sıxlıqlı lipoproteidlər 



ARB 

- angiotenzin reseptorlarının blokatorları 



AT 

- arterial təzyiq 



AV 

- atrio-ventrikulyar 



BB 

- beta-blokatorlar 



BÇ 

- bədən çəkisi 



BXSM 

- böyrək xəstəliklərinin son mərhələsi, böyrək çatışmazlığı 



DAT 

- diastolik arterial təzyiq  



ExoKQ SMH  - exokardioqrafik sol mədəciyin hipertrofiyası 

XBÇ 

- xronik böyrək çatışmazlığı  



XS 

- xolesterin 



İMQ 

- intima-media qalınlığı 



- kişi 


KA 

- kalsium antaqonistləri 



KT 

- kompüter tomoqrafiyası 



- qadın 


QZK 

- qan zərdabında kreatinin 



MS 

- metabolik sindrom 



MRT 

- maqnit-rezonans tomoqrafiyası 



NMR 

- nüvə-maqnit rezonansı 



OZ 

- orqanın zədələnməsi 



SAT 

- sistolik arterial təzyiq 



SM 

- sol mədəcik 



SMH 

- sol mədəciyin hipertrofiyası 



SMKİ 

- sol mədəciyin kütlə indeksi 



ŞD 

- şəkərli diabet 



TD 

- tiazid diuretikləri 



TQ 

- triqliseridlər 



TOSH  

- təcrid olunmuş sistolik hipertenziya 



TTH 

- tireotrop hormon 



USM 

- ultrasəs müayinəsi 



ÜD 

- ürək-damar 



ÜXS 

- ümumi xolesterin 



ÜST 

- Ümumdünya Səhiyyə Təşkilatı 



YSLP 

- yüksək sıxlıqlı lipoproteidlər 



YFS 

- yumaqcıq filtrasiya sürəti 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 



Protokol ümumi praktika həkimləri, terapevtlər, kardioloqlar və 



arterial hipertenziyanın idarə olunmasına cəlb olunmuş bütün həkimlər 

üçün nəzərdə tutulmuşdur. 

Pasiyent qrupu: arterial hipertenziyası olan böyük yaşlı şəxslər. 

 

Protokolun məqsədləri: 

 



AH-nin müasir diaqnostika və müalicə üsullarını təqdim etmək 

 



Müasir  müalicə  üsullarını  tətbiq  etməklə  hipertenziyanın  fəsadlarını 

azaltmaq 

 

 

TƏRİF VƏ TƏSNİFAT 

Sistolik  arterial  təzyiq  140  mm  c.s.  və  daha  çox  və/və  ya  diastolik 

arterial  təzyiq  90  mm  c.s.  və  daha  çox  olan  hala  arterial  hipertenziya 

deyilir, lakin aşağıdakı şərtlər nəzərə alınmalıdır: 

1)   arterial təzyiq (AT) müxtəlif vaxtlarda, sakit şəraitdə, ən azı üç dəfə 

ölçülməlidir; 

2)   həmin müddətdə xəstə AT-yə təsir göstərən dərman vasitəsi qəbul 

etməməlidir. 

Arterial  hipertenziya  (AH)  termini  gündəlik  təcrübədə  istifadə  olunur. 

Bəzən “yüksək qan təzyiqi” termini də işlədilir. Lakin “yüksək qan təzyiqi” 

termininə  tərif  vermək  çətindir,  çünki  ürək-damar  (ÜD)  sistemindəki  riski 

nəzərə  aldıqda  arterial  təzyiqin  müəyyən  səviyyəsi  bəzi  şəxslər  üçün 

yuxarı,  bəzi  şəxslər  üçün  aşağı  hesab  edilə  bilər  (B).  Qan  təzyiqinin 

səviyyəsinə görə pasiyentlər aşağıdakı kateqoriyalara bölünürlər (Cədvəl 1). 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 



Cədvəl 1. Qan təzyiqi səviyyələrinin təyini  



və təsnifatı (mm c.s.) (D) 

 

 



Qeyd:  

sistolik  arterial  təzyiq  (SAH)  bir  dərəcədə,  diastolik  arterial 

təzyiq 

(DAH) 

digər 

dərəcədə 

olarsa, 

risk 

qrupu 

formalaşdırılarkən yüksək göstərici götürülür.  

Təcrid  olunmuş  sistolik  hipertenziya  (TOSH)  qeyd  olunan  dərəcələrə 

uyğun olaraq I, II, III kimi təsniflənməlidir, bu zaman   diastolik təzyiq 90 

mm c.s.-dan aşağı olmalıdır. 

 

TOSH – I – SAT – 140-159 mm c.s., DAT <90 mm c.s. 



TOSH – II – SAT – 160-179 mm c.s., DAT <90 mm c.s. 

TOSH – III – SAT – ≥180 mm c.s., DAT <90 mm c.s. 



 

Kateqoriyalar 

sistolik 

 

diastolik 

Optimal 


<120 

və 


<80 

Normal 


120-129 

və/ya 


80-84 

Yüksək normal 

130-139 

və/ya 


85-89 

I – Hipertenziya 

140-159 

və/ya 


90-99 

II – Hipertenziya 

160-179 

və/ya 


100-109 

III – Hipertenziya 

≥180 

və/ya 


≥110 

Təcrid olunmuş 

sistolik hipertenziya 

≥140 


və 

<90 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


  9 

 

XBT-10 ÜZRƏ TƏSNİFATI 

 



10



 

 

Essensial (birincili) hipertenziya 



11

 



 

Başlıca  olaraq  ürəyin  zədələnməsi  ilə  gedən  hipertoniya 

xəstəliyi 

11.0 



   

(Durğunluq)  ürək  çatışmazlığı  ilə  müşayiət  olunan, 

başlıca  olaraq  ürəyin  zədələnməsi  ilə  gedən  hipertoniya 

xəstəliyi  

11.9


 

   


(Durğunluq)  ürək  çatışmazlığı  olmadan  başlıca  olaraq 

ürəyin zədələnməsi ilə gedən hipertoniya  xəstəliyi  

12

 



      

Başlıca  olaraq  böyrəklərin  zədələnməsi  ilə  gedən 

hipertoniya xəstəliyi  

12.0 



 

 

Böyrək  çatışmazlığı  ilə  müşayiət  olunan,  başlıca  olaraq 



böyrəklərin zədələnməsi ilə gedən hipertoniya xəstəliyi  

12.9



    

Böyrək  çatışmazlığı  olmadan,  başlıca  olaraq  böyrəklərin 

zədələnməsi ilə gedən hipertoniya xəstəliyi 

13



 

      


Başlıca  olaraq  ürəyin  və  böyrəklərin  zədələnməsi  ilə 

gedən hipertoniya xəstəliyi 

13.0


 

   


(Durğunluq)  ürək  çatışmazlığı  ilə  müşayiət  olunan, 

başlıca  olaraq  ürəyin  və  böyrəklərin  zədələnməsi  ilə 

gedən hipertoniya xəstəliyi 

13.1



 

   


Böyrək  çatışmazlığı  ilə  müşayiət  olunan,  başlıca  olaraq 

böyrəklərin zədələnməsi ilə gedən hipertoniya  xəstəliyi 

13.2


    

Başlıca olaraq ürəyin və böyrəyin zədələnməsi ilə gedən, 

(durğunluq)  ürək  çatışmazlığı  və  böyrək  çatışmazlığı  ilə 

müşayiət olunan hipertoniya  xəstəliyi 

13.9


 

   


Başlıca  olaraq  ürəyin  və  böyrəyin zədələnməsi  ilə  gedən 

dəqiqləşdirilməmiş hipertoniya xəstəliyi 

15

       



İkincili hipertenziya 

15.0



   

Renovaskulyar hipertenziya 

15.1


 

   


Böyrəyin  digər  zədələnmələri  nəticəsində  baş  verən 

ikincili hipertenziya 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



  10 

 

Epidemiologiya 

Ümumdünya  Səhiyyə  Təşkilatının  (ÜST)  verdiyi  məlumata  görə  orta 

inkişaf  etmiş  ölkələrdə  hipertoniya  xəstəliyi  ölüm  səbəbləri  arasında  8-ci 

yeri tutur və 2,5% təşkil edir (2004). 

Arterial  hipertenziya  əhali  arasında  geniş  yayılmaqla  bərabər,  ÜD 

xəstəliklərində başlıca risk amilidir. 

 

ÜMUMİ ÜRƏK-DAMAR RİSKLƏRİ (D) 

 



Bütün xəstələr təkcə AH-nin dərəcələrinə görə deyil, həm də müxtəlif 

risk  amillərinin  olmasına,  orqanların  zədələnməsinə  və  yanaşı 

xəstəliklərin  mövcudluğuna  görə  və  bunlardan  asılı  olan  ÜD    riskinin 

olmasına görə müxtəlif siniflərə bölünürlər.  

 

Müalicə  strategiyaları  haqqında    qərarların    verilməsi  əhəmiyyətli 



dərəcədə  ilkin  risk  səviyyəsindən  asılıdır.  Müalicə  strategiyaları 

dedikdə aşağıdakılar nəzərdə tutulur: dərmanla müalicənin başlanması, 

qan  təzyiqinin  səviyyəsi,  müalicə  nəticəsində  qan  təzyiqinin  müəyyən 

hədəf  səviyyəsinə  endirilməsi,  kombinə  olunmuş  müalicədən  istifadə 

olunması,  statinlərin  və  antihipertenziv  təsiri  olmayan  başqa 

dərmanların istifadəsi. 

 

ÜD  riskini  qiymətləndirmək  üçün  bir  neçə  üsul  mövcuddur.  Bu 



üsulların hər birinin həm üstünlükləri, həm də məhdudiyyətləri vardır. 

Ümumi  ÜD  risklərinin  aşağı,  orta,  yüksək  və  çox  yüksək  dərəcəli 

kateqoriyalara  bölünməsi    məsləhət  görülür.  “Əlavə  risk”  termini  orta 

götürülən riskə əlavə olan risk deməkdir. 

 

Ümumi  risk  dedikdə,  10  il  ərzində  mütləq  olaraq  ÜD  patologiyasının 



baş  verə  biləcəyi  ehtimalı  nəzərdə  tutur.  Mütləq  ÜD  riski  yaşdan  çox 

asılıdır.  Gənc  xəstələrdə,  hətta  yüksək  AT  və    əlavə  risk  amilləri 

mövcud  olduğu  halda  belə  ümumi  risk  aşağı  ola  bilər.  Lakin  bu 

vəziyyət kifayət qədər müalicə edilməzsə, bir neçə ildən sonra qismən 

geridönməyən  yüksək  riskli  hal  baş  verə  bilər.  Daha  gənc  şəxslərdə 

müalicəyə  dair  qərarlar  nisbi  riskin  hesablanması  ilə  daha  yaxşı 

müəyyən  edilə  bilər,  bu  da  riskin    populyasiyada  orta  hesablanmış 

səviyyəsinə nisbətən  artmasına əsaslanır. 

 

Müalicə  barədə  qərarın  qəbul  olunmasında  mütləq  riskin  qəti 



göstəricilərindən (məsələn 10 il  ərzində 20 %-dən çox) istifadə etmək 

məsləhət görülmür. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



  11 

 

Ümumi ürək-damar riskinin kateqoriyalara bölünməsi 

Şəkil 1-də ümumi ÜD riskinin kateqoriyalara bölünməsi göstərilmişdir. 

Aşağı,  orta,  yüksək  və  çox  yüksək  dərəcəli  risk  dedikdə  10  il  ərzində 

ölümlə  nəticələnən  və    nəticələnməyən  ÜD  patologiyasının  baş  vermə 

ehtimalı  nəzərdə  tutulur.  Risk  kateqoriyalarına  “əlavə”  sözü  də 

qoşulmuşdur.  Bu  söz  onu  göstərir  ki,  bütün  kateqoriyalarda  risk  orta 

səviyyədən yuxarıdır.  

AH-nin  müəyyən  edilməsi  və    beləliklə  də  müalicənin  başlanması 

barədə qərarın verilməsi dəyişkəndir və ÜD riskinin səviyyəsindən asılıdır 

(şəkil 1-də punktirli xətt ilə göstərilmişdir). 

Ümumi ÜD riskinin aşağıdakı dərəcələri ayırd edilir: 

 

risk – 0 – əhəmiyyət kəsb etməyən risk; 



 

risk – I – aşağı dərəcəli əlavə risk; 



 

risk – II – orta dərəcəli əlavə risk; 



 

risk – III – yüksək dərəcəli əlavə risk; 



 

risk – IV – çox yüksək dərəcəli əlavə risk. 



Risklərin  dərəcələri  müəyyən  edilərkən  iki  əsas  göstərici  nəzərə 

alınmalıdır: 

1)   sistolik və diastolik AT səviyyəsi; 

2)   risk amillərinin olması. 



Risk – 0 – əhəmiyyət kəsb etməyən risk: 

1)   SAT  –  120-129,  DAT  –  80-84  mm  c.s.  (normal  təzyiq).  Risk 

amilləri yoxdur. 

2)   SAT  –  130-139,  DAT  –  85-89  mm  c.s.  (yüksək  normal  təzyiq). 

Risk amilləri yoxdur. 

Risk – I – aşağı dərəcəli əlavə risk: 

1)   SAT – 140-159, DAT – 90-99 mm c.s. (I dərəcə AH). Risk amilləri 

yoxdur. 

2)   SAT  –  120-129,  DAT  –  80-84  mm  c.s.  (normal  təzyiq).  1-2  risk 

amili vardır. 

3)   SAT – 130-139, DAT – 85-89 mm c.s. (yüksək normal təzyiq). 1-2 

risk amili vardır. 

Risk – II – orta dərəcəli əlavə risk: 

1)   SAT  –  160-179,  DAT  –  100-109  mm  c.s.  (II  dərəcə  AH).  Risk 

amilləri yoxdur. 

2)   SAT – 140-159, DAT – 90-99 mm c.s. (I dərəcə AH). 1-2 risk 

amili vardır. 

3)   SAT – 160-179, DAT – 100-109 mm c.s. (II dərəcə AH). 1-2 risk 

amili vardır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

12 


4)   SAT – 120-129, DAT – 80-84 mm c.s. (normal təzyiq). 3 və daha 

çox risk amili vardır (metabolik sindrom, orqanların simptomsuz 

zədələnməsi və ya diabet). 

Risk – III – yüksək dərəcəli əlavə risk: 

1)  SAT  –  130-139,  DAT  –  85-89  mm  c.s.  (yüksək  normal  təzyiq).  3 

və  daha  çox  risk  amili  vardır  (metabolik  sindrom,  orqanların 

simptomsuz zədələnməsi və ya diabet). 

2)  SAT  –  140-159,  DAT  –  90-99  mm  c.s.  (I  dərəcə  AH).  3  və  daha 

çox  risk  amili  vardır  (metabolik  sindrom,  orqanların  simptomsuz 

zədələnməsi və ya diabet). 

3)  SAT – 160-179, DAT – 100-109 mm c.s. (II dərəcə AH). 3 və daha 

çox  risk  amili  vardır  (metabolik  sindrom,  orqanların  simptomsuz 

zədələnməsi və ya diabet). 



Risk – IV – çox yüksək dərəcəli əlavə risk: 

1)  SAT  ≥  180,  DAT  ≥  110  mm  c.s.  (III  dərəcə  AH).  1-2  risk  amili 

vardır. 

2)  SAT  ≥  180,  DAT  ≥  110  mm  c.s.  (III  dərəcə  AH).  3  və  daha  çox 

risk  amili  vardır  (metabolik  sindrom,  orqanların  simptomsuz 

zədələnməsi və ya diabet). 

3)  SAT  –  120-129,  DAT  –  80-84  mm  c.s.  (normal  təzyiq).    Təsdiq 

olunmuş ÜD və ya böyrək xəstəlikləri vardır. 

4)  SAT  –  130-139,  DAT  –  85-89  mm  c.s.  (yüksək  normal  təzyiq). 

Təsdiq olunmuş ÜD və ya böyrək xəstəlikləri vardır. 

5)  SAT  –  140-159,  DAT  –  90-99  mm  c.s.  (I  dərəcə  AH).  Təsdiq 

olunmuş ÜD və ya böyrək xəstəlikləri vardır. 

6)  SAT  –  160-179,  DAT  –  100-109  mm  c.s.  (II  dərəcə  AH).  Təsdiq 

olunmuş ÜD və ya böyrək xəstəlikləri vardır. 

7)  SAT ≥ 180, DAT ≥ 110 mm c.s. (III dərəcə AH). Təsdiq olunmuş 

ÜD və ya böyrək xəstəlikləri vardır. 

 

Diaqnozun formalaşdırılması nümunəsi: 

Xəstənin  AT  160/95  mm  c.s.  səviyyəsindədir.  Anamnezdə  xəstənin 

miokard infarktı keçirdiyi aydınlaşır.  

Diaqnoz: Arterial hipertenziya II dərəcə, əlavə risk IV  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



  13 

 

 



Şəkil 1. Ürək-damar riskinin 4 əlavə risk kateqoriyasına bölünməsi 
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə