Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari


MÖVZU 21 RƏSMİ-KARGÜZARLIQ ÜSLUBU



Yüklə 254,08 Kb.
səhifə48/67
tarix12.10.2023
ölçüsü254,08 Kb.
#154255
1   ...   44   45   46   47   48   49   50   51   ...   67
Az rbaycan diL V N tq m D N YY T M vzu 1 az rbaycan diL V N

MÖVZU 21
RƏSMİ-KARGÜZARLIQ ÜSLUBU

Rəsmi-kargüzarlıq üslubu "əməli üslub", "rəsmi-əməli üslub", "ictimai-siyasi üslub", "işgüzar üslub" adları ilə də işlənir. Rəsmi sənədlər, təlimatlar, qanunvericilik aktları və s. rəsmi-kargüzarlıq üslubuna uyğun tərtib olunur, yazılır. Bu üslubun əsas xüsusiyyəti ifadə düzgünlüyü, fikir dəqiqliyi və yığcamlıqdır. Rəsmi sənədlərin dilində artıq, mətləbdənkənar sözlərə, təkrarlara, bədii ifadələrə yer verilmir, dəqiq söz və terminlər işlədilir, qrammatik normalara riayət edilir, ştamp xarakterli standart sözlərdən, basmaqəlib (trafaret) ifadə və cümlələrdən istifadə olunur. Bu üslub öz forma və məzmunu etibarilə kütləvi mahiyyət daşıyır, ixtisasından, peşəsindən, həyatda tutduğu vəzifəsindən asılı olmayaraq insanlar əməli yazılara müraciət edirlər. Rəsmi-əməli üslub, adından göründüyü kimi, həyatın praktik tələbləri ilə bağlıdır. O, dövlət və ictimai idarələrin bir-biri ilə, vətəndaşların idarə, müəssisə və təşkilatlarla əlaqəsini təmin edir. Rəsmi-kargüzarlıq üslubunu inzibati idarə üslubu, dəftərxana üslubu da adlandırırlar. Dəftərxana sənədləri rəsmi xarakterdə olduğu üçün özünəməxsus cəhətləri ilə seçilir. Bu üslubun onlarla sənəd növü vardır: qanun, fərman, sərəncam, qətnamə, viza, nota, ittihamnamə, təlimat, protest, etimadnamə, hökm, qərar, göstəriş, əmr, akt və s. Dövlət əhəmiyyətli rəsmi sənədlər xüsusi ayrılmış adamlar tərəfindən hazırlanır, dövlət başçısı tərəfindən imzalanır. Rəsmi-kargüzarlıq sənədləri yazışma məqsədi daşıyan (teleqram, anket, təliqə, ərizə, raport və s.), müəyyən faktı təsdiqləyən (vəsiqə, arayış, vəkalətnamə və s.), hər hansı hadisə və faktı əks etdirən (akt, protokol, müqavilə və s.) və iclas, toplantı, yığıncaq, konfransların qərarları-protokol, hesabat və s. formasında olur. Tələbə və məzunlarımıza lazım ola biləcəyini nəzərə alaraq əməli üslubun tələblərini özündə əks etdirən əsas rəsmikargüzarlıq sənəd növlərini aşağıda əlifba sırası ilə veririk.


1. AKT. "Akt" latınca "aktos", "aktum" sözündən olub "hadisə", "sənəd", "cinayət işi" deməkdir. Akt məzmununa görə cinayət aktı, dövlət aktı, bu və ya digər bir faktı açmaq üçün tərtib edilən akt növlərinə bölünür. Mahiyyəti – hər hansı bir iş və ya hadisəni qanuniləşdirib ona hüquqi sənəd statusu verməkdir. Məzmunu - Akt imzaları ilə təsdiq edilən bir neçə nəfər tərəfindən tərtib edilir. Müəyyən bir həqiqəti üzə çıxarmaq üçün aktı tərtib edənlərdən ibarət komissiya yaradılır. Xüsusi təftiş komissiyasının hazırladığı akt aidiyyati ali orqana təqdim edilir. Aktın forması:

  1. Akt sözü vərəqin yuxarı hissəsində ortada, böyük hərflə yazılır.

  2. Sonrakı sətirdə solda ayın tarixi-gün, ay, il, sağda aktın tərtib olunduğu yer göstərilir.

  3. Aktı tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının adı yazılır.

  4. Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir:

  5. Yoxlamanın müddəti həm rəqəmlə, həm də sözlə qeyd olunur.

  6. Aktın sonunda nəticə verilir və məsuliyyət daşıyan şəxs göstərilir.

  7. Sonda aktı tərtib edənlər onu imzaları ilə təsdiqləyirlər.

Nümunə:



Yüklə 254,08 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin