Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari


MÖVZU 19 ELMİ VƏ PUBLİSİSTİK ÜSLUB



Yüklə 254,08 Kb.
səhifə44/67
tarix12.10.2023
ölçüsü254,08 Kb.
#154255
1   ...   40   41   42   43   44   45   46   47   ...   67
Az rbaycan diL V N tq m D N YY T M vzu 1 az rbaycan diL V N

MÖVZU 19
ELMİ VƏ PUBLİSİSTİK ÜSLUB
Elmi üslub. Fikrin elmi şəkildə ifadə olunması ədəbi dilin elmi funksinal üslubu adlanır. Elmi üsluba, eyni zamanda, elmi dil də deyildiyinə rast gəlmək olar. Bu məqsədlə anlayış dəqiqliyi tələbinə müvafiq olaraq “elmi üslub” terminindən istifadə edilməsi məqsədə daha müvafiqdir.
Azərbaycan ədəbi dilinin elmi funksional üslubu bədii üslubdan sonra formalaşmağa başlamışdır. Bu üslub tarix boyu geniş təkmilləşmə və zənginləşmə yolu keçmişdir. Hazırda elmin bütün sahələrinə dair mükəmməl elmi əsərlər yaradılmış və bu üslubda yazılar, əsərlər yaradılmaqdadır.
İstifadə dairəsi. Ədəbi dilin elmi-funksional üslubundan insanların bütün elmi fəaliyyəti dairəsində istifadə olunur.
Elm təbiət və cəmiyyət qanunlarını aydınlaşdırır. Buna görə də elm mövcud anlayışlara dair dəqiq izah tələb edir; müəyyən məsələ şərh olunarkən elmi təfəkkür əsas götürülür. Müasir dövrdə elm sürətlə inkişaf edir. Bu proses isə ona aid ünsiyyət formasının daha da təkmilləşməsini tələb edir. İndiki elmi ünsiyyət özünün yığcamlığı, məntiqliyi və dəqiqliyi ilə səciyyələnir. Elmi üslub bədii üslub qədər kütləvi xarakter daşımır. Belə ki, bədii üslubda yazılan hər bir parçanı oxuyanda və ya eşidəndə hamı başa düşür. Lakin elmi üslubda müxtəlif sahələrə aid yazılan əsərləri xalqın bütün üzvləri dərk edə bilmir.
Janrları. Ədəbi dilin elmi funksional üslubunun aşağıdakı janrları vardır:

  1. monoqrafiya;

  2. dərslik;

  3. tədris vəsaiti;

  4. elmi və metodiki jurnal məqaləsi və s.

Elmi üslubda meydana çıxan bu növ əsərlərdə yazılı monoloq forması daha üstün olur.
Mikroüslubları. Yazı ənənəsinə malik olan dünya dilləri yüzillər ərzində özünün ümumi elmi üslubunu yaratmışdır. İllər keçdikcə bu ümumi üslubun tərkibi mikroüslublarla, üslub variantları ilə genişlənib inkişaf etmişdir.
İnkişaf etmiş ədəbi dillərdə elmi üslubun iki növ mikroüslubu meydana gəlmişdir. Birinci növ mikroüslublar bunlardır:

  1. ictimai elmlər üslubu;

  2. təbiət elmləri üslubu;

  3. texniki elmlər üslubu.

Bu mikroüslubların hər birinin konkret elm sahəsi ilə bağlı üslubları mövcuddur. Məsələn, riyaziyyat elminin üslubu, tibb elminin üslubu, tarix elminin üslubu, kimya elminin üslubu və s. Bunların heç biri müstəqil deyildir. Ümumi üslub fonunda üslubi variantlardır.
İkinci növ mikroüslublar aşağıdakılardır:

  1. xüsusi elmi üslub;

  2. elmi-tədris üslubu;

  3. elmi-kütləvi üslub;

Ədəbi dilin elmi fnksional üslubunun bu göstərilən variantları da müəyyən üslubi vəzifələr yerinə yetirir. Xüsusi elmi üslub – elmi nəzəri ədəbiyyat (monoqrafiyalar), elmi-tədris üslubu, elmi-metodik ədəbiyyat (dərsliklər), elmi-kütləvi üslub isə geniş oxucu üçün nəzərdə tutulan əsərlər üçün xarakterik hadisələrdir.
Ədəbi dilin elmi funksional üslubunun tərkibinə aid olan mikroüslubların meydana çıxması və differensiallaşması prosesi davam etməkdədir. Bu proses elmin inkişafı ilə davam edir və edəcəkdir.

Yüklə 254,08 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin