Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 254,08 Kb.
səhifə47/67
tarix12.10.2023
ölçüsü254,08 Kb.
#154255
1   ...   43   44   45   46   47   48   49   50   ...   67
Az rbaycan diL V N tq m D N YY T M vzu 1 az rbaycan diL V N

Epistolyar üslub. Epistolyar üslub ədəbi dilin funksional üslubları sistemində xüsusi mövqeyə malikdir. Bu üslub tarixən müxtəlif növ məktubların meydana çıxması əsasında yaranıb formalaşmışdır.
İstifadə dairəsi. Məktublaşma sənədləri ədəbi dilin epistolyar funksional üslubunda yazılır. Buna şəxsi yazışma üslubu da deyilir.
Məktublaşma, əsasən, ikitərəfli olur. Hər hansı bir məktub adresata göndərilir və onun cavabı da gözlənilir.
Janrları. Epistolyar üslubun bir neçə janrı meydana çıxmışdır. Həmin janrları bunlardır:
1)Ailə-məişət məktubları. Ailə üzvləri və qohumları arasındakı yazışmalar bu janra aid olur. Bu növ məktubların məzmununda hal-əhval bilməklə yanaşı, informasiya vermək də xüsusi yer tutur.
2)Dostluq məktubları. Dostlararası yazışma, bir növ, birinci qrup məktubları çox yaxın olur. Dost məktubu da vəziyyətlə tanışlıq və zəruri informasiya üzərində qurulur.
3)Rəsmi məktublar. Bu, əsasən, dövlət xadimlərinin bir-birinə olan yazışmalarına məxsus məktublardır. Belə yazışmalarda son dərəcə zəruri olan siyasi, iqtisadi və digər məsələlərə toxunulur. Məsələn, 1991-ci il iyul ayının 31-də Azərbaycan Respublikası Prezidentinin ABŞ Prezidentinə məktubunda olduğu kimi (“Həyat” qəzeti).
4)Açıq məktublar. Bu növ məktublar, adətən, mətbuatda dərc edilir. Bunun məzmunu tənqid və müraciətlə bağlı olur. Açıq məktublar, digərlərindən fərqli olaraq, həm şəxsi, həm də kollektiv şəkildə yazıla bilir.
Dil əlamətləri. Ədəbi dilin epistolyar funksional üslubu aşağıdakı dil əlamətlərinə malikdir:
1)Hadisənin I şəxs tərəfindən nəql edilməsi və buna müvafiq I şəxs əvəzliyinin işlənilməsi;
2)Nəzərdə tutulan adresata müraciət və II şəxs əvəzliyinin tək və ya cəminin varlığının mövcud olması;
3)Tərkiblər və söz birləşmələri kimi dil vahidlərinin, xüsusən məktubların əvvəlində və sonunda özünü göstərən (ştamplar) standartların olması;
4)Müxtəlif quruluşlu xitabların işlənməsi.
Bu və ya başqa bir məktubun hansı janrına aid olmasını məktub müəllifinin fərdi yaradıcılıq xüsusiyyətləri müəyyənləşdirir.
Epistolyar mətnlərin (məktubların) tərkibi, əsasən, üç komponentdən ibarət olur:

  1. Başlanğıc hissə;

  2. əsas hissə;

  3. sonluq.

Başlanğıc hissədə, əksər hallarda, adresata müraciət edilir və bundan sonra ötəri olaraq hal-əhval soruşulur. Məktubda adresata müraciət epistolyar monoloqun dialoqlaşdırılması əlamətidir.
Əsas hissə ortada verilir. Burada adresata hər hansı bir informasiya məlum edilir, yaxud adresatı düşündürən məsələlər barədə mühakimə yürüdülür, yaxud da hər hansı hadisə nəql olunur və s.
Məktubun sonluğu yekunlaşdırıcı xüsusu, xarakterik ifadə və cümlələrlə tamamlanır.
Ümumiyyətlə, deməliyik ki, bu və ya başqa bir üslubun yaranma tarixi müəyyən zamanla - əsrlə bağlıdırsa, onun formalaşması və inkişafı xalqın əsrlər boyu əldə etdiyi nailiyyətlərin nəticəsidir.



Yüklə 254,08 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin