Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Fakultə: Kafedra: İxtisas


Məhsuldar kollektorların effektiv qalınlıqlarının ( hef ) təyini



Yüklə 1,94 Mb.
səhifə12/13
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#40301
növüРеферат
1   ...   5   6   7   8   9   10   11   12   13
Kurs İşi - Nümunə 1

1.5 Məhsuldar kollektorların effektiv qalınlıqlarının ( hef ) təyini

Bircinsli məhsuldar kollektor layın qalınlığı geofiziki üsulların diaqramlarına görə mövcud qaydalar əsasında təyin edilir.

Kollektorluq xassələrinə görə bircinsli, lakin doyma xüsusiyyəti müxtəlif olan kollektor layların qalınlığı doyma xüsusiyyətinə görə məhsuldar olan hissə üçün müəyyənləşdirilir. Bu növə su neft kontaktı (SNK) yaxud qaz su kontaktı (QSK) zonasında yerləşən kollektorlar aid edilirlər. Belə halda kollektorun neft və ya qazla doymuş hissəsi məhsuldar hesab olunur. Kontaktdan aşağıda yerləşən hissə isə sulu yaxud sənaye əhəmiyyətli olmayan qalıq neftli və ya qazlı kollektor kimi qiymətləndirilir. Bu cür obyektlərin effektiv qalınlıqları kollektorun tavanı ilə SNK yaxud QSK səviyyəsi arasındakı intervala bərabər qəbul edlir.

Doyum xüsusiyyətcə bircinsli, lakin qeyri kollektor təbəqələri ilə təmsil olunan böyük qalınlıqlı kollektor layın effektiv qalınlığı layın bütün qalınlığından qeyri kollektor təbəqələrin cəm qalınlığını çıxmaqla təyin edilir:


hef = hüm - Ʃ htəb
Nazik qalınlıqlı kollektor təbəqələrin və gillərin (təbəqəli gilliliyə malik gilli kollektorlar ) növbələşdiyi lay dəstəsində ayrı-ayrı qeyri-keçirici təbəqələri, hətta şaquli istiqamətdə maksimal ayird etmə qabiliyyətinə malik olan mikroelektrik üsulları məlumatları ilə də seçmək olmur. Ona görə də, bu halda məhsuldar kollektorun cəm effektiv qalınlığı, bütövlükdə lay dəstəsinin inteqral xarakteristikası üzrə aşağıdakı kimi təyin olunur:

a) YKZ yaxud YK üsulları kompleksi diaqramlarına görə lay dəstəsinin xüsusi müqaviməti təyin edildikdən sonra gillərin və məhsuldar təbəqələrin xüsusi müqavimətləri müəyyənləşdirilir və qalınlıq üzrə lay dəstəsinin nisbi gilliliyi ( gil ) aşağıdakı düsturla hesablanır:

1/ lay = gil / gil + 1- gil / neft
gil = Kgil /1- Km

Adətən gil -in qiyməti lay dəstəsinin ətrafındakı gil layının xüsusi müqaviməti kimi götürülür. neft -in qiyməti isə süxur nümunəsində ölçülmüş parametrlərə əsasən təyin edilir, yaxud da kəsilişdə ən təmiz məhsuldar kollektorun xüsusi müqavimətinə bərabər qəbul edilir, sonra isə lay dəstəsinin effektiv qalınlığı hesablanır:


hef = h(1- gil)
b) QP = f ( gil ) asılılığıdan gil parametri təyin edilir. Bu asılılıq neft/ gilneft/ kz parametrlərinin məlum qiymətləri üçün Dollun təklif etdiyi düstur vasitəsilə qurulur. Burada kz – məhsuldar kollektor təbəqələrində keçirmə zonasının xüsusi müqavimətidir. Əvvəlki bənddə olduğu kimi neft,kz -nin təyinində təmiz kollektorun xüsusi müqavimətinə müvafiq olan qiymətlərdən istifadə edilir. gil -isə ətraf gillərin xüsusi müqavimətinə bərabər götürülür. QP -QP diaqramlarından təyin edilir. gil parametri hesablandıqdan sonra sonuncu düstura görə h ef kəmiyyəti hesablanır.

c) İki növ (gilli və sement maddəsi az olan bərk süxur) nazik qalınlıqlı qeyri kollektor təbəqəsi ilə təmsil olunan lay dəstəsinin orta xüsusi müqaviməti ilə kollektor təbəqələrin, gillərin və bərk süxurların xüsusi müqavimətləri arasındakı asılılıq aşağıdakı şəkildə ifadə olunur.


1 / dəstə orta = gil/ gil + lay/ lay+(1- gil - lay)/ neftli.lay
Burada lay–lay dəstəsindəki bərk təbəqələrin qalınlığa görə nisbi miqdarıdır. Gilli təbəqələrdən fərqli olaraq lay dəstəsində bərk təbəqələrin mövcudluğu dəstə-nin qiymətinə zəif təsir edir.

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin