Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Fakultə: Kafedra: İxtisas


Quyularda təkrar ölçmələr aparmaqla kəsilişdə



Yüklə 1,94 Mb.
səhifə10/13
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#40301
növüРеферат
1   ...   5   6   7   8   9   10   11   12   13
Kurs İşi - Nümunə 1

1.4 Quyularda təkrar ölçmələr aparmaqla kəsilişdə

kollektorların seçilməsi


Quyu kəsilişlərində karbonatlı kollektorları aşkar etmək, onların quruluşunu və kollektorluq xassələrini qiymətləndirmək üçün müqavimət üsulu ilə təkrar ölçmənin üç modifikasiyasından istifadə olunur:

1) zamana görə ölçmələr;

2) quyuda qazma məhlulunun xassəsini dəyişməklə aparılan ölçmələr;

3) laylara xarici təsir etməklə aparılan ölçmələr.

1.4.1 Zamana görə ölçmələr

Zamana görə ölçmələrin aparılmasının vacib şərtlərindən biri öyrənilən kəsilişlə qazıma məhlulunun təması zamanı bütün vaxt ərzində sonuncunun xassəsinin sabit qalmasıdır. Qazma məhlulunun xassəsindən asılı olaraq zamana görə ölçmələr üç variantda aparılır:

- duzlu : ρfilt ≥ ρsu ; şirin : ρfilt > ρsu və susuz: ρfilt =∞ qazıma məhlullar.

Qazıma prosesində zamana görə ölçmələrdən kollektor laylarda keçirmə zonasının xüsusi müqavimətinin zamana görə dəyişmə dinamikasını təyin etmək üçün istifadə olunur.

FXM əyrisinin ilkin ölçülməsi YK yaxud da böyük ölçülü qradiyent zondla (AO = 4- 8 m) qısa müddət ərzində yəni, lay quyu ilə açılandan 5 – 7 gündən gec olmayaraq yerinə yetirilir. Həmin zondla təkrar ölçmələr analoji qazıma məhlulunda müəyyən vaxt keçdikdən sonra, əsasən qazıma işləri qurtardıqdan sonra aparılır. FXM-in təkrar ölçmədə qiymətinin dəyişməsi kollektorun olmasına işarədir. Kəsilişin sıx, qeyri keçirici hissələri ρfxm - in sabit qiymətləri ilə səciyyələnir.

Zamandan asılı olaraq ρfxm -in qiymətinin dəyişməsi ρfiltsu nisbətinin böyük qiymətlərində daha çox nəzərə çarpır. Zəif minerallaşmış məhlula qazımada ( filt> su) kollektorun doyum xassələrini müəyyənləşdirmək həmişə mümkün olmur. Zamana görə ölçmələrlə neftli layların aşkar edilməsinin səmərəliliyini yüksəltmək üçün minerallaşma dərəcəsi yüksək olan qazıma məhlullarından

filt ρsu) istifadə etmək tövsiyə olunur. İstənilən tip sulu kollektorlarda

filt ρsu şərtində) quyu yanı zonada müqavimətin qiymətində dəyişiklik baş verir.

Neft əsaslı məhlul və su neft emulsiyası əsasında qazılan quyularda zamana görə müqavimətin ölçülməsində İK üsulundan istifadə edilir. Kəsilişin məhsuldar hissəsində kollektorun seçilməsi üçün müxtəlif vaxtlarda İK üsulu ilə aparılan ölçülər daha səmərəli olur.

1.4.2 İki məhlul üsulu

Bu metodikanın istifadəsi zamanı quyularda tədqiqat intervallarından müxtəlif minerallaşma dərəcəsinə malik məhlulda müqavimətin qiyməti təkrarən ölçülür. Üsulun mahiyyəti ona əsaslanır ki, qazıma prosesində keçirici laylara qazıma məhlulu hopur və quyu divarına yaxın hissədə layın xüsusi müqavimətini dəyişir. Bərk və az keçirici laylar qarşısında YK yaxud MYK ilə müqavimətin ölçülmüş qiyməti əməli olaraq dəyişmir. Kollektorların seçilməsinin səmərəliliyi əsasən qazıma məhlulunun müqavimətlərindəki müxtəlifliklə ( məh1, məh2) və ölçünün aparılma vaxtı ilə (t1, t2) müəyyən edilir. Qazıma məhlulunun xüsusi müqavimətlərinin qiymətləri bir-birindən 3 – 5 dəfə və daha çox fərqlənməlidir. Layın quyu ilə açılışından sonra ilk ölçü vaxtı (t1) ən kiçik, təkrar ölçü vaxtı (t2) isə əvvəlkindən 5 – 10 gün və daha çox olmalıdır. Beləliklə, müxtəlif vaxtlarda aparılan təkrar ölçmələr süxurun keçiriciliyi haqqında əlavə məlumatlar verir və kollektorun effektiv qalınlığının düzgün qiymətləndirməsinə imkan yaradır.



1.4.3 Karotaj – Sınaqalma – Karotaj ( KSK )

Bu üsulda quyularda YK ilə xüsusi müqavimətin ölçülməsi sınaqlamadan əvvəl və sonra yerinə yetirilir. Borularla sınaqlama zamanı laya edilən təsir nəticəsində layda təzyiq azalır və keçirmə zonası yaranır. Bu cür yanaşmada layın xüsusi elektrik müqavimətinin dəyişməsinə görə effektiv qalınlığı, layın flüid verən intervallarını və layların doyum xüsusiyyətini müəyyənləşdirmək olur. Belə tədqiqatlardan bir nümunə şəkil 3 - də verilmişdir.





Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin