Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Korporasiyaların icraedici orqanın funksiyaları



Yüklə 1,45 Mb.
səhifə29/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   25   26   27   28   29   30   31   32   ...   104
4.5. Korporasiyaların icraedici orqanın funksiyaları

DŞ və ya ümumi yığıncağın səlahiyyətlərinə daxil olan məsələlər istisna edilməklə, cəmiyyətin cari fəaliyyətinə rəhbərlik, DŞ və ümumi yığıncağın qərarlarının yerinə yetirilməsinin təşkili cəmiyyətin vahid icraedici orqanı (direktor, baş direktor) və ya cəmiyyətin və onun kollegial icraedici orqanının vahid icraedici orqanı (idarəetmə) tərəfindən həyata keçirilir.


İcraedici orqanlar aşağıdakılara tabedir (hesabat verirlər):

  1. Direktorlar şurasına (DŞ).

  2. Səhmdarların ümumi yığıncağına (SÜY).

Baş direktorun səlahiyyətləri idarə edən təşkilata ötürülə bilər (SÜY-nın qərarına əsasən). Cəmiyyətin nizamnaməsində nəzərdə tutularsa, baş direktor və icraedici SÜY və ya DŞ tərə­findən seçilə bilər.
Baş direktorun səlahiyyətləri:

  • vəkalətnamə olmadan cəmiyyət adından fəaliyyət göstərir, cəmiyyətin maraqlarını təmsil edir;

  • cəmiyyət adından müqavilələr imzalayır;

  • ştat cədvəlini təstiq edir;

  • cəmiyyətin bütün əməkdaşlarının öhdəliklərinə düşən işin yerinə yetirilməsi üçün məcburi əmr və sərəncamlar verir;

  • əgər cəmiyyətdə yaradılmışdırsa idarəetmənin katibi funksiyasını həyata keçirir.

Qanunla müəyyən olunmasına baxmayaraq idarəetmənin səlahiyyətlərinin cəmiyyətin nizamnaməsində öz əksini tapır. Korporativ menecment məcəlləsində menecmentin səlahiyyətlərinə aşağıdakıları daxil etmək tövsiyyə olunur: fəaliyyətin prioritet istiqamətlərinin maliyyə təsərrüfat planının işlənib hazırlanmasının təşkili, icraedici orqanların səlahiyyətlərinə daxil olan cəmiyyətin daxili sənədlərinin təsdiqi.
Qanun cəmiyyətin icraedici orqanlarının vəzifəsinin siyahısını əks etdirmir, yalnız qeyd olunmuşdur ki, baş direktor və idarəetmənin üzvlərinin vəzifələri onların hər biri ilə cəmiyyət arasında imzalanmış müqavilə ilə müəyyən edilir. Məcəllədə icraedici orqanların hər ay DŞ qarşısında öz fəaliyyətləri haqqında hesabat verməli olduqları nəzərdə tutul-muşdur.
İcraedici orqanların səlahiyyətləri aşağıda göstərilən sa-zişlər zamanı məhdudlaşdırılır:

  1. İri sazişlər:

  • cəmiyyətin aktivlərinin balans dəyərinin 25%-dən 50%-dək dəyərə malik sazişlər DŞ-nın bütün üzvlərinin razılığını tələb edir, cəmiyyətin öz nizamnaməsi vasitəsilə bu həddi azalda və ya vahid razılığı tələb edən əlavə saziş növlərinin siyahısını əlavə edə bilər (daxil edə bilər);

  • cəmiyyətin aktivlərinin balans dəyərinin 50%-dən çoxuna malik sazişlər, eləcə də, DŞ-nın vahid səs razılığına nail olmadığı 25-50%-ə (cəmiyyətin aktivlərinin balans dəyərinin) malik razılaşmalar SÜY-nın razılığını tələb edir.

  1. Müəyyən maraqların iştirak etdiyi sazişlər: DŞ-nın və ya SÜY-nın razılığını tələb edir.

Baş direktorun vəzifəyə başlaması prossesi aşağıdakı kimi həyata keçirilir:

  1. SÜY tərəfindən baş direktorun seçilməsi.

  2. Səsvermənin nəticələri haqqında hesabat komissiyasının protokulunun imzalaması.

  3. Əmək müqaviləsinin bağlanması.

  4. Şəxsin baş direktor vəzifəsinə təyin olunması haqqında əmr verilməsi.

DŞ istənilən vaxt baş direktorun səlahiyyətlərini dayandıra bilər.
İcraedici orqanlarının üzvləri üçün məhdudiyyətlər bun­lardır:

  1. Baş direktor eyni zamanda DŞ-nın sədri və yoxlama ko­misiyasının üzvü ola bilməz.

  2. Eyni zamanda, digər təşkilatların idarəetmə orqanlarında vəzifə tutmaq yalnız DŞ-nın razılığı əsasında həyata keçirilə bilər.

  3. Məcəllə cəmiyyətin digər vəzifələri icra edən şəxslə katibin funksiyalarının birləşdirilməsini tövsiyyə etmir.

Baş direktor və idarəetmə üzvləri aşağıdakı məsuliyyətləri daşıyırlar:
1. Vətəndaş-hüquqi. Öz fəaliyyəti və ya fəaliyyətsizliyi nəticəsində cəmiyyətə dəymiş zərəri üzrə məsuliyyət daşıyırlar, zərərə səbəb olan qərarların əleyhinə səsverən və ya səs-vermədə iştirak etməyən üzvlər bu məsuliyyətdən azaddırlar.
2. Maddi. Əmək münasibətləri ilə əlaqədardır. Təşkilatın rəhbəri onun qeyri-peşəkar fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini ödəməlidir.

  1. İnzibati. İnzibati diskvalifikasiyanı nəzərdə tutur, başqa sözlə, fiziki şəxsin hüquqi şəxslərin icraedici orqanında rəhbər vəzifə tutmaq, DŞ-a daxil olmaq və hüquqi şəxslərin idarə olunması üzrə sahibkarlıq fəaliyyətinin həyata keçirməsinin qadağan edilməsi. Hakim təyin olunur, 6-aydan 3 ilə qədər müddətə təsdiq olunur.

  2. Cinayət. Qiymətli kağızların emissiyası zamanı sui-istifadə. Emissiya prospektinə yalan informasiyanın daxil edilməsi, dövlət qeydiyyatından keçməyən qiymətli kağızların buraxılışı. Emitent və onun maliyyə-təsərrüfat fəaliyyəti haqqında məlumatları əks etdirən informasiyanın nəşr edilməsində qərəzli kənarlaşmalar və s.




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin