Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə63/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   59   60   61   62   63   64   65   66   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

Çağdaş Azərbaycan postmodern romanı 
69 
nanca. poieo – edirəm, yaradıram) ilə yanaşı təqlid (yunan-
ca mimesis - nəzirə) istifadə edir. Aristotelin fikrincə, hər 
bir poeziya nəzirə və təhkiyə üsulları ilə fərqlənir 
38
. Plato-
nun növlərə bölgüsündə poetik şərhin üsulu əsas kimi çıxış 
edir ki, o hekayənin inkişafını nəzirəyə aid edir. Ən Yeni 
dövrdə təqlid yaradıcılıq amili qismində itməyərək bədii 
prinsipi kimi yerini bədii orijinallıq prinsipinə verir. 
Müasir rus ədəbiyyatında əkstəqlidin ən parlaq bədii 
nümunələrindən biri tədqiqatçılar rus andeqraunduna aid 
etdikləri V. Makaninin «Qafqaz əsiri» əsəridir. Əsərin adı 
özündə müasir yazıçının rus klassik ənənələrinə müraciət 
etməsini göstərir. Əsəri mütaliə etdikcə, V. Makaninin 
yeni səpkidə «qafqaz problemini» açıqladığını müşahidə 
edirik. Müəllif «əsirlik» metaforik məzmunu genişləndirə-
rək rusiya cəmiyyətində fərdi insanın azadlığı probleminə 
diqqəti cəlb edir. Nəticədə «Qafqaz əsiri» hekayəsinin sü-
jetinin qurulması A.S. Puşkin, M.Y. Lermontov, L.N. Tol-
stoy əsərlərinin süjetlərinin antisxemi ilə qurulur. 
Azərbaycan ədəbiyyatında Elxan Qaraqanın «A» ro-
manının plagiat olması ətrafında mübahisələr bu gün də 
davam etməkdədir. Elxan Qaraqanın bu romanını məşhur 
portuqal yazıçısı Paulo Koelyonun «Portobello cadugəri» 
(A Bruxa de Portobello) romanından, Çak Palanikin «Dö-
yüşçü klubu» (Fight Club) romanından plagiat olduğu id-
dia edildi. Qeyd etmək istərdim ki, Çak Palanikin «Döyüş-
çü klubu» (Fight Club) romanı əsasında bədii film çəkil-
mişdir (kinossenarist Cim Uls, rejissor Devid Finçer). 
Yazar bədii əsər qələmə alarkən, hər hansı bir əsərdən 
təsirlənə bilib ona nəzirə yaza bilər. Azərbaycan ədəbiyya-
38
Аристотель. Об искусстве поэзии. – М., 1957. С. 45. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin