Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə72/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   68   69   70   71   72   73   74   75   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

Çağdaş Azərbaycan postmodern romanı 
79 
(yardımçı) qəhrəman kimi təsviri maraq doğurur. Dastan 
variantından fərqli olaraq, Koroğlunun «Çənlibel tülküsü» 
adlandırdığı Həmzə romanda hörmətli adamdır. 
Postmodern əsərlərdə ümumi arxitektonikasındakı bəzi 
daxili komponentlər reallığın qırılması, situasiyaların səpə-
lənməsi kimi yanaşmalar, konseptualizm, strukturalizm
destruktuvizm, dekonstruktivizm, pastiş, intertekstuallıq, 
hipertekstuallıq, müəllifin obrazı və onun qəhrəmanının 
tutaşdırılmasında ənənəvi üslubun deformasiyası, müəlli-
fin ölümü və s. kimi əlamətləri ilə yanaşı bəzi patoloji tip-
lərin (fahişə, sutenyor, əyyaş, avara, xəstə, fiziki və mənə-
vi şikəst insanlar, divanə) istifadə edilməsi özünü göstərir. 
Kamal Abdullanın «Yarımçıq əlyazma» romanında qadın 
surətlərinə diqqət yetirmək olar. Kamal Abdulla Burla Xa-
tunu mənfi obraz kimi vermişdir. Təpəgözü öldürən Basata 
bütün Oğuz qızları kimi Burla xatun da aşiq olmuşdu. La-
kin atası onu Basata ərə vermir. Burla Xatun da, Basat da 
evli olmaqlarına baxmayaraq, gizlində görüşürlər. Təbii ki, 
evli qadın və kişinin görüşləri mənəviyyatsızlıq kimi təsvir 
edilir. Müəllif isə bu obrazı dekonstruksiyaya uğratmaqla 
cəmiyyətdəki nöqsanları açmağa cəhd göstərir. 
Postmodern romanlarda metanəsrə toxunaraq qeyd et-
mək olar ki, postmodernistlər romanın necə əmələ gəlmə-
sinin hekayəsi olan metanəsr xüsusiyyətindən istifadə edir-
lər. Postmodern əsərin müəllifi romanın təhkiyəçisinə baş-
qa bir təhkiyəçidən bəhs etdirir. Bunun üçün əsərdə reallıq 
ilə təqlid əlaqəsini üzə çıxartmaq, mətnin quruluş və yazıl-
ma prosesini faktlaşdırmaq, başqa üslubda qələmə alınmış 
romanda arxa plana keçən təhkiyəçini aktiv fiqur kimi qa-
bartmaq, başqa qurama mətnləri mətndə yerləşdirmək və s. 
istifadə edir. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin