Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə73/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   69   70   71   72   73   74   75   76   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
80 
Anar «Ağ qoç, qara qoç» romanında Məlik obrazı şifa-
hi xalq ədəbiyyatına aid «Məlikməmmədin nağılı» ilə in-
tertekstual əlaqələrə işarə edir. Romanda işıqlı və qaranlıq 
dünyaların rəmzi kimi verilmiş ağ və qara qoçlar təsvir 
edilmişdir. 
Şərif Ağayarın «Haramı» 
46
romanının Qoç Səməndər 
qədim obrazı yunan mifologiyasına aid miflər ilə inter-
tekstual əlaqəlidir. Əsərdə əsas hadisələri əks etdirən 
mətndən əlavə Səməndər haqqında on iki əhvalatın nəql 
edilməsi ilə yanaşı, onun nağıl, dastan qəhrəmanları (yu-
nan mifologiyası, Azərbaycanda ilk yazılı mənbə sayılan 
«Əhməd harami dastanı» və digər mətnlər) ilə müqayisə 
edilməsi diqqəti cəlb edir. Arvadı Xalidə tərəfindən öldü-
rülmüş Səməndərin yunan mifologiyasında arvadı tərəfin-
dən zəhərlənmiş Herakl ilə müqayisə edilməsi (Rüstəmin 
Səməndər haqqındakı romanın kompüterdəki parolu – 
«Herakl» idi, o, itirdiyi romanın variantını xeyli şifrəni sı-
nayandan sonra «Herakl» şifrəsi ilə açır) romanda diqqət-
dən yayınmır. 
Əsərin qəhrəmanının adının Səməndər adlandırılması 
maraqlıdır. Bu adın əfsanə və nağıllarda sehrli qüvvəyə sa-
hib olan quş adı olması faktı hamımıza bəllidir. Bəzən Si-
murq və ya Ənqa adlandırılan bu quşun folklor nümunələ-
rimizdə xeyirxah qüvvəyə malik olaraq, qaranlıq dünyaya 
düşmüş qəhrəmanları işıqlı dünyaya çıxarması ilə yaddaşa 
həkk olunub. Ancaq, Ş. Ağayarın «Haramı» romanında 
Səməndər xeyirxahlıqdan uzaq olan bir surət kimi təsvir 
edilir. 
46
Ağayar Ş. Haramı. Bakı, ―Qanun‖ nəşriyyatı. 2011. 304 səh. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin