108
http://www.orientalstudies.az/az/structure/analysis_and_publication_of_writt
en_monuments.html
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
87
Ədəbiyyat
Adilov M., Məmmədbağıroğlu Ə. Azərbaycan əlyazmalarında
filiqranlar. - Bakı: Tural-Ə, 2001, 56 s.
Adilov M. Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiya məsələlə-
ri. -Bakı: Nurlan, 2002, 199 s.
Adilov M. Türk mətninin transfoneliterasiya problemləri. – Bakı:
Nurlan, 2003, 118.
Adilov M. Azərbaycan paleoqrafiyası. - Bakı: Elm, 2010, 223 s.
Azərbaycan mətnĢünaslığı məsələləri. – Bakı: Elm, 1979, 187 s.
Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar Ġnstitutu
nəĢrlərinin biblioqrafiyası (1950-2006) / Tərtib edən. A.Xəlilov. –
Bakı: Nurlan, 2007, 34 s.
Çeltik H. Tenkitli neĢirlerinde nazım Ģekli problemleri // Turkish
Studies / Türkoloji AraĢtırmaları Volume 2/3 Summer 2007, s. 190-
199.
Mengi M. Metin incelemesi aĢamaları, terimler ve bunlardan biri:
metin tahlili // Turkish Studies / Türkoloji AraĢtırmaları Volume 2/3
Summer 2007, s. 408-417.
Musayeva A. Əlyazma kitabı və XV-XVI əsrlər Azərbaycan
ədəbiyyatı: problemlər, araĢdırmalar. - Bakı: Nurlan, 2002, 340 s.
Musayeva A. MətnĢünaslığın nəzəri və təcrübi əsasları. – Bakı:
Elm, 2007, 200 s.
Orta əsr Azərbaycan kitab mədəniyyəti /Mətnin müəllifi və tərtibçi
C.Qəhrəmanov.- Bakı: ĠĢıq, 1991, 35 s.
ġərifli K. Əbdülqəni Nuxəvi Xalisəqarızadə. - Bakı: Nurlan, 2002,
158 s.
ġərifli K. MətnĢünaslığın nəzəri əsasları. – Bakı: Nurlan, 2011, 345
s.
Лихачев Д. Текстология (краткий очерк). - Москва: 1964.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
88
Прохоров Е.И. Текстология: Принципы издания классической
литературы. - Москва: Высш. шkола, 1966.
Редактирование отдельных видов литературы / Под ред. Н. Си-
корского. – Москва: Книга, 1987.
Рейсер С.А. Основы текстологии: Учеб. пособие. - Л.: Просве-
щение, 1978.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
89
V FƏSĠL
DÖVRĠ NƏġRLƏRĠN TĠPOLOJĠ ƏLAMƏTLƏRĠ VƏ
NÖVLƏRĠ
*
Konkret nəĢr üzərində redaktor iĢinin forma və metodları bu
nəĢrin tipoloji xüsusiyyətlərindən asılıdır. NəĢrin tipoloji xüsusiy-
yətlərini bilmədən keyfiyyətli nəĢr ortaya qoymaq mümkün deyil.
Hər bir nəĢrin müxtəlif əlamətləri vardır. Bunlar informasiyanın
xarakteri (məzmunu, predmeti), məqsəd təyinatı, oxucu ünvanı
(tərtibat xarakteri, nəĢrin strukturu, dövriliyi) və s.
Məlumdur ki, aparılmıĢ tədqiqatlar ictimaiyyətə müxtəlif
formalarda çatdırıla bilər. Mövcud üsullardan biri, bəlkə də birin-
cisi elmi məqalədir. Müxtəlif sahələr üzrə ixtisaslaĢmıĢ jurnallarda
çap edilmiĢ məqalələr müəlliflərlə yanaĢı onların çalıĢdıqları uni-
versitet və institutların, təmsil etdikləri ölkələrin elmi nüfuzunu
birbaĢa müəyyən edən və son nəticədə, ölkənin inkiĢaf səviyyəsini
göstərən amillərdəndir. Bura elmi dərəcə və adların verilməsində
çap olunmuĢ məqalələrin vacibliyini də əlavə etsək, jurnalların
əhəmiyyətinə görə qiymətləndirilməsinin müxtəlif qurumlar və
ictimaiyyət qarĢısında duran mühüm vəzifələrdən biri olduğu ay-
dınlaĢar
109
.
Dövri nəĢrlər müəyyən edilmiĢ vaxtda çıxan, standart forma-
da tərtib olunan ardıcıl nömrələnmiĢ nəĢrlərdir. Dövri nəşrlərin
məqsədi müəyyən olunmuş müddət ərzində hər hansı oxucu qru-
puna ünvanlanmış informasiyanın operativ şəkildə yayılmasından
ibarətdir. Dövri nəĢrlərin fasiləsiz sürətdə çıxması real gerçə-
kliyi daim və ardıcıl olaraq təsvir etməyə imkan yaradır. Beləliklə,
nəĢrin hər bir sonrakı buraxılıĢı mövzu, məzmun və forma cə-
*
Qeyd: Monoqrafiyanın bu fəsli Bakı Dövlət Universitetinin “Universitetdaxili
50+50 qrantlar proqramı” (2012-2013-cü tədris ili üçün) layihəsi çərçivəsində
hazırlanmıĢdır.
109
Əliyev F., Ağayev ġ. Azərbaycanda elmin problemləri və inkiĢaf pers-
pektivləri. – Bakı: 2011, s. 13.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
90
hətdən bağlı olduğu əvvəlki nəĢrlərin davamı kimi nəzərdən
keçirilir. Dövri nəĢrin tematik profilinin, mövzu dairəsinin çərçi-
vələri ilə müəyyənləĢdirilmiĢ informasiyanın xarakteri onun oxucu
ünvanı ilə də bağlıdır. Ġnformasiyanın xarakteri və oxucu ünvanı
sərlövhəyə, tərtibatın xarakterinə və nəĢrin dövriliyinə təsir edir.
Dövri nəĢrlər gündəlik, həftəlik, aylıq, rüblük kimi zaman in-
tervalında çap olunur. Dövri nəĢrlərin aĢağıdakı növləri vardır:
Qəzet - müəyyən edilmiĢ vaxt intervalı ilə çıxan, rəsmi ma-
terialı əhatə edən aktual, siyasi, elmi və operativ dövri nəĢrdir. Ti-
pindən və təyinatından asılı olaraq, nəĢr həftədə 1-7 dəfə müx-
təlif tiraj və formatda çıxır. Qəzetlərin xüsusi buraxılıĢları olur.
Bülleten – hər hansı bir təĢkilatın rəsmi materiallarını əhatə
edir. Dövri bülletenlərin daimi rubrikasiyası olur. Bülletenlərin
normativ, soraq, reklam, bülleten - xronika, bülleten-cədvəl, statis-
tik növləri var.
Təqvim – müxtəlifliyi ilə seçilir. Dövriliyinə görə həftəlik,
aylıq, illik ola bilər. Bundan əlavə, kəsilən, aĢırma və kitab tipli
təqvimlər var.
Referatda hər hansı bir problem yazılı, yaxud kütləvi Ģəkildə
məruzə ilə qısa Ģərh olunur.
Ekspress informasiya – cari aktual məqalələrin referatını və
analoji hadisələri özündə əks etdirən operativ məlumat nəĢridir.
Jurnal ictimai, siyasi, elmi və digər məsələlərə dair məqalə
və referatları əhatə edən, daimi rubrikasiyası olan rəsmi təsdiq-
lənmiş dövri nəşrdir.
Müasir nəĢriyyat praktikasında jurnalları aĢağıdakı növlərə
ayırırlar: elmi, elmi-kütləvi, istehsalat-praktiki, kütləvi, ədəbi-
bədii, referativ.
Jurnalların oxucu ünvanı geniĢdir. Bu, oxucunun peĢəsindən,
fəaliyyət sahəsindən, ixtisasından, yaĢından, cinsindən, ümumi
mədəni səviyyəsindən asılıdır.
Oxucu ünvanına görə jurnallar iki qismə bölünür:
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
91
1.
Kütləvi oxuculara istiqamətlənmiş jurnallar
2.
Mütəxəssislərə yönəldilmiş xüsusi ixtisas jurnalları.
Kütləvi jurnallara elmi-kütləvi, ictimai-siyasi, ədəbi-bədii
jurnalları aid edirlər. Prinsipcə, onların kifayət qədər geniĢ ünvanı
konkret oxucu qrupları üzrə, məsələn, yaĢ, cins və hər hansı baĢqa
əlamətlər nəzərə alınmaqla fərqləndirilə bilər. Lakin kütləvi jur-
nalların oxucularını həmiĢə belə bir cəhət birləĢdirir ki, onlar jur-
nalın məzmununa münasibətdə mütəxəssis olmurlar
110
.
Elmi-kütləvi jurnallar elm, mədəniyyət və təcrübi fəaliyyət
sahələrində nəzəri və ya eksperimental araĢdırmalar haqqında mə-
qalə və materialları əhatə edir. Bu tip jurnalların funksional təyi-
natı elmi dünyagörüĢünün təĢəkkülünə təkan vermək, oxucunun
bilik səviyyəsini geniĢləndirmək, elmin, texnikanın, mədəniyyə-
tin, incəsənətin nailiyyətlərini kütləviləĢdirməkdir. Elmi-kütləvi
jurnallarda praktik, əyləncə və ədəbi-bədii xarakterli materiallar
da nəĢr olunur.
Kütləvi jurnallar elmi-kütləvi jurnalara yaxındır. Kütləvi jur-
nallarda idman, məiĢət, mədəniyyət və s. məsələlərə dair material-
lar verilir və geniĢ oxucu auditoriyası üçün nəzərdə tutulur. Bu tip
jurnallar həyatın müxtəlif sahələrini əhatə edir və tematikası geniĢ
məsələlər dairəsini əks etdirir.
İctmai-siyasi jurnal aktual ictimai-siyasi tematikalı material
və məqalələri əhatə edir. GeniĢ oxucu kütləsi üçün nəzərdə tutu-
lur. Bu jurnallarda satirik və yumoristik əsərlər, habelə müəyyən
sahələrə aid olan məlumatlar, elmi-kütləvi informasiya da dərc
oluna bilər.
110
Соловьев В.И., Рябинина Н.З.Редакторская подготовка периодических
изданий: Учебное пособие. - М.: 1993.
http://www.hi-edu.ru/e-books2/RedPodgotPeriodIzd/index.htm
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
92
Ədəbi-bədii jurnallarda əsasən müxtəlif janrlara aid olan
bədii ədəbiyyat əsərləri, publisistik və tənqidi məqalə və material-
lara yer alır.
Kütləvi jurnalların təsvir olunmuĢ növləri nəinki kütləvi
oxucunun müxtəlifliyi baxımından, habelə regional, milli təsisatı,
həm də nəĢr edən təĢkilatın mənsubiyyət əlamətləri üzrə fərqlən-
dirilə bilər.
Mütəxəssislərə yönəldilmiĢ xüsusi (ixtisas) jurnallarının da-
irəsi geniĢ deyil. Bu cür jurnalların tipoloji sərhədlərinin müəy-
yənləĢdirilməsi növlərin yayğınlığının qeyri-müəyyənliyi üzün-
dən mühüm çətinliklər ortaya çıxır. Xüsusi rəsmi informasiyanı
yaymaq bu jurnalların məqsədini təĢ-kil edir.
Xüsusi jurnal qrupunda elmi jurnallar ayrıca fərqləndirilir.
Elmi jurnallar nəzəri tədqiqatlar haqqında məqalə və materialları,
eləcə də, elmi iĢçilər üçün nəzərdə tutulmuĢ tətbiqi xarakterli ma-
terialları əhatə edir.
Məqsəd təyinatından asılı olaraq, elmi jurnallar elmi-nəzəri,
elmi-praktik və elmi-texniki növlərə ayrılır.
Elmi-nəzəri jurnallar fundamental və tətbiqi elmlərin ən ye-
ni nailiyyətlərini əks etdirir. Bunlar MEA-nın, onun filiallarının,
sahə akademiyalarının, akademik elmi-tədqiqat qurumlarının, elmi
cəmiyyətlərinin, ali təhsil müəssisələrinin jurnallarıdır. Onların
tərkibinə özündə ümumelmi, fundamental xarakterli informasiyanı
əhatə edən jurnallar, müxtəlif sinifləri təĢkil edən çoxsaylı jurnal-
lar da daxildir. Demək olar ki, bütövlükdə jurnalların bu qrupu-
nun oxucuları baĢlıca olaraq alimlər və yüksək ixtisaslı mütəxəs-
sislərdir.
Elmi-praktik jurnal elmi jurnalların xüsusi növünü təĢkil
edir. Bu jurnallar peĢəkar fəaliyyəti elmi araĢdırmaların nəticələ-
rinə istinadlanan mütəxəssislər üçün nəzərdə tutulur, praktik təcrü-
bənin nəzəri səviyyədə anlaĢılmasını tələb edir və elmi nailiyyətlə-
rin praktikaya tətbiqi ilə bağlıdır. Sözügedən jurnallar özlərində
həm də tətbiqi səciyyəli nəzəri materialları, həm də sırf təcrübi
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
93
məzmunlu materialları əhatə edir. Belə jurnallarda istehsal tema-
tikasına aid olan məlumatlar, metodik məsləhətlər, yeni texniki
həll yolları, texnologiyalar haqqında informasiya dərc olunur.
Təcrübi xarakterli elmi jurnalların təyinatı müxtəlif peĢələr-
dən olan mütəxəssislərə praktiki məsələlərin həllinə və onların ix-
tisasını artırmasına yardım etməkdən ibarətdir.
Elmi-texniki jurnallar müstəqil qrup təĢkil edir. Bu jurnalla-
rın profili texniki elmlərlə bağlıdır. Meydana gəlməsi və inkiĢafı
təbiət elmlərinə, texnikanın və isthesalın müxtəlif sahələrindən əl-
də olunan empirik biliklərə istinadlanan texniki elmlər vasitəsilə
elm bilavasitə məhsuldar qüvvəyə çevrilir. Məhz buna görə də,
elmi-texniki jurnallar cəmiyyətin sivilizasiyasına mühüm təsir
göstərən nəĢrlərə aiddir. Bu jurnalların məqsəd təyinatı elmin tex-
nika ilə əlaqəsinin konkret məsələləri ilə bağlıdır
111
.
Elmi jurnallar elmi ictimaiyyət üçün daha çox əhəmiyyət
kəsb etdiyindən, onlardan daha ətraflı bəhs etməyi məqsədəuyğun
hesab edirik. Mətbəənin icadından 200 il sonra 1665-ci ildə ilk el-
mi jurnallar nəĢr olunmağa baĢlamıĢdır. Ġlk elmi jurnal Parisdə
nəĢr olunan “Journal de Scavans” hesab olunur
112
. Elmi jurnallar
XVII əsrdən etibarən nəĢr olunmağa baĢlasa da, yalnız XIX əsrdə
elmi tələblərə tam cavab verəcək Ģəkildə nəĢr edilmiĢdir. XX əsrdə
isə müasir standartlar əsasında elmi jurnalların nəĢri geniĢ vüsət
almıĢdır.
Türkiyədə iĢıq üzü görən ilk elmi jurnal “Cəmiyyəti- Elmiy-
yeyi-Osmaniyyə” adlı qurum tərəfindən nəĢr olunan “Ülum və
maarif, Ticarət və sənayə dair Məcmueyi-fünun”dur.
111
Соловьев В.И.Рябинина Н.З.Редакторская подготовка периодических
изданий: Учебное пособие. - М.: 1993.
http://www.hi-edu.ru/e-books2/RedPodgotPeriodIzd/index.htm
112
Ağır A. Elektronik akademik dergi yayıncılığı ve bir model çalıĢması.
Marmara Üniversitesi, SBE, Qazetecilik anabilim dalı. Yüksek lisans tezi,
Ġstanbul, 1997, s. 31.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
94
Azərbaycanda ilk elmi jurnal Bakı Dövlət Universitetinin or-
qanı olan və 1921-ci ildən nəĢr olunmağa baĢlayan “Azərbaycan
Universiteti xəbərləri” hesab olunur
113
.
Ənənəvi olaraq, elmi jurnalların nəĢri prosesini 4 mərhələyə
ayırırlar:
hazırlıq – məqalə müəllifi məqaləsini jurnal redaksiyasına
göndərir;
məqalənin dəyərləndirilməsi – redaksiya heyətindəki rəyçi-
lər tərəfindən məqalənin qiymətləndirilməsi, qəbul olun-
ması, uyğun görülməməsi; düzəliĢlərin aparılması üçün
müəllifə göndərilməsi;
jurnalın nəĢr və abunəçilərə göndərilməsi;
arxivləmə və indeksləĢmə - kitabxanalar jurnalın əvvəlki
saylarını arxivlərinə göndərirlər. Xülasələndirmə və in-
deksləĢmə ilə məĢğul olan qurumlar isə əvvəllki nömrələri
indekslərinə qoyurlar
114
.
Qeyd olunan ikinci və üçüncü mərhələnin müddəti 6-18 aydır.
Beləliklə, demək olar ki, dövri nəĢrlərin növlərinin diapazo-
nu geniĢ və çoxcəhətlidir: gündəlik kütləvi qəzetdən illik kütləvi
təqvimədək; kütləvi jurnaldan peĢəkarlara ünvanlanmıĢ xüsusi jur-
nala qədər.
Jurnal janrları
Jurnallarda nəĢrin forması məsələsi, informasiyanın çatdı-
rılması dövi nəĢrlərin informativlik məsələləri ilə birbaĢa bağlıdır.
Janrın təĢəkkülü hər Ģeydən öncə məzmunun hansı yaradıcılıq
metodları və vasitələrlə ifadə olunmasından asılıdır, bu isə öz növ-
113
Bax: Bakı Dövlət Darülfünunun təsisi (sənədlər toplusu). Tərtib edəni və ön
sözün müəllifi S.Ġbrahimov. – Bakı: Azərbaycan Universitetinin NəĢriyyatı,
1989, 88 s.; Алимирзоев Х. О. Азербайджанский Государственный Уни-
верситет за 50 лет: Исторический очерк. – Баку: Азернешр, 1969, 467 с.
114
Denning P. The ACM Electronic Publishing plan. 1994. www.acm.org
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
95
bəsində aparılan iĢin məqsədi və yaxud əsərin məqsəd təyinatı ilə
Ģərtlənir.
Beləliklə, janr haqqında nəinki əsərin formasını, habelə onun
təĢəkkülünün ilkin Ģərtlərini nəzərdə tutaraq, bu zaman janrın
hansı istiqamətə (analitik-təhlil, informativ, publisistik, bədii və
yaxud hər hansı bir qarıĢıq istiqamətə) mənsub olması mövqeyin-
dən nəzərdən keçirərək bəhs etmək olar. Bütövlükdə jurnal
nəĢrlərində jurnalistikada, elmi və ədəbi-bədii yaradıcılıq-da
istifadə olunan təqribən bütün janrlar tətbiq edilir.
Nəzəriyyədə janrların təsnifatı onların 3 qrupa bölünməsini
nəzərdə tutur: informativ, analitik, bədii-publisistik.
İnformativ janr xronika, qeyd, müsahibə, reportaj, informa-
siya, hesabat kimi növlərə ayrılır. Ġnformativ materialların ümumi
məqsədi – fakt, hadisə, hal, haqqında məlumat verməkdir. Ġnfor-
mativ janrlar, bir qayda olaraq, dərin təhlilə varmadan, sadə, ilkin
informasiyadan istifadə edirlər. Operativlik, aktuallıq, informativ
janrlara münasibətdə irəli sürülən ümumi tələblərdir. Lakin infor-
masiya üçün əsas götürülmüĢ fakt əsassız ola bilməz. Jurnallarda
informativ janrlar peĢəkar informasiyanın lakoniklik tələbinin ger-
çəkləĢdirilməsini təmin edir. Mütəxəssislər tematikası sahənin ak-
tual istiqamətlərini əks etdirən ən mühüm peĢəkar tədbirlər –
konfranslar, simpoziumlar, seminarlar haqqında məlumat alırlar.
Ən lakonik (qısa və aydın) informativ janr məhz informasiyanın
özüdür. O, bir qayda olaraq “xronika”, “informasiya” rubrikaları
ilə təqdim edilir. Bu janrın baĢlıca fərqləndirici cəhəti ondan
ibarətdir ki, onun məqsəd təyinatı 3 sualla məhdudlaĢır: Nə? Ha-
rada? Nə zaman?
Bu xarakterli jurnallarda informasiyanın məzmunu müxtəlif
xarakterli olur: ümumdövlət və bölgə (regional) əhəmiyyətli təd-
birlər, hər hansı bir obyektin istifadəyə verilməsi, baxıĢların keçi-
rilməsi, ictimai komissiyaların yaradılması və s.
Hesabat hadisələri ciddi ardıcıllıqla nəzərdən keçirən hər
hansı bir tədbir haqqında məlumat verən informativ janrdır. Hesa-
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
96
batda tədbirin bütün mərhələlərinin, qəbul olunmuĢ qərarların iĢıq-
landırılması nəzərdə tutulur. Bu janra informasiyanın elə cəhətləri
xasdır ki, redaksiyalara - “xüsusi” hesabat, “elmi” hesabat an-
layıĢlarından istifadə etməyə imkan verir.
İntervü mətbuatda çap edilmək üçün müxbirin bir və ya bir
neçə Ģəxslə apardığı müsahibədir. Müsahibə materialının Ģərhi
(ifadəsi, xülasəsi) verilmiĢ suallara cavablar Ģəklində təqdim olu-
nur.
Reportaj mühüm informativ janrlardan biridir. Reportajlar-
dan baĢ vermiĢ hadisə sənədlərlə, faktlarla, Ģahid ifadələr ilə real
Ģəkildə əks edilir.
Analitik - təhlili janrlar aĢağıdakı növlərlə təmsil olunur: mə-
qalə, korrespondensiya (müxbir məlumatı, məktubu), Ģərh, resen-
ziya, icmal.
Analitik janrlar daha miqyaslı və əsaslı olaraq jurnallarda
aparıcı mövqe tutur. Onların məqsədli istiqamətlənməsi eynitipli
hallara mənsub olan faktlar məcmusunun dərin tədqiqini, hərtərəf-
li təhlilini verməkdir.
Analitik materiallarda faktların Ģərhi, müqayisəsi, qarĢılıqlı
əlaqəsi və qarĢılıqlı asılılığı, məntiqi nəticələrin, nəzəri ümumiləĢ-
dirmələrin, təcrübi məsləhətlərin mövcudluğu mütləqdir. Elmi mə-
qalənin konkret növündən və elmi araĢdırmanın sahəsindən asılı
olmayaraq, məna aspektlərinin aĢağıdakı stukturu üzə çıxır: təd-
qiqatın predmeti və yaxud mövzusu, tədqiqatın aparıldığı elm sa-
həsi, tədqiqatın məqsədi, predmetə baxıĢ tərzi və yaxud predmetin
nəzərdən keçirildiyi tərəf, tədqiqat obyektinin təyinatı, tədqiqatın
növü, tədqiqatın metodu, istifadə olunan materiallar, tədqiqatın
aparıldığı Ģərait, konkret nəticələr, tədqiqat nəticəsində təklif
olunmuĢ obyektin texniki səmərəliliyi, tədqiqatın iqtisadi cəhəti
(tərəfi), əsaslandırılmıĢ obyektin dəyəri.
Resenziya (tənqidi rəy) müxtəlif profilli jurnallar üçün geniĢ
yayılmıĢ analitik janrdır. Resenziyalar üzərində iĢləyərkən redak-
tor bu anaitik qrupun bütün janrlara münasibətdə irəli sürülən
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
97
ümumi tələbləri rəhbər tutmalıdır. Resenziya yalnız nəĢri təĢkil
edən hissələrin sadalanması və yaxud məzmunun əsas aspektləri-
nin Ģərhini deyil, habelə nəĢrin ümumi xarakteristikasını və qiy-
mətləndirilməsini özündə əks etdirməlidir.
Bədii publisistik janrlar jurnal janrlarının ən mürəkkəblərin-
dəndir. Bu qrupa oçerk (hekayə Ģəklində qısa bədii əsər), felyeton,
rəsm, pamflet (həcv) daxildir.
Müəllif əlyazması üzərində redaktor işi
Hər bir materialın redaktə olunması prosesində redaktor hər
Ģeydən öncə müəllifin mövzu seçimini, bu mövzunun iĢlənməsi
səviyyəsini və materialın ədəbi cəhətdən iĢlənməsini qiymətləndir-
məlidir. Redaktor müəllifin mövzu seçimini qiymətləndirərkən
onun aktuallığına diqqət yetirir, bu zaman həll olunan məsələnin
nəzəri və təcrübi əhəmiyyətini, orijinallığını, yeniliyini, habelə
jurnalın profilinə uyğunluğunu nəzərə alır. Konkretlik elmi nəĢrlə-
rə münasibətdə irəli sürülən əsas tələblərdən biridir. GeniĢ, kifayət
qədər konkret olmayan mövzu, onun dərindən iĢlənilməsini çətin-
ləĢdirir, oxucu ünvanının dəqiq müəyyənləĢdirilməsi imkanlarını
aradan qaldırır.
Məqalələrdə, xüsusilə elmi məqalələrdə təqdim olunan in-
formasiyanın müxtəlifliyi, çoxcəhətliliyi səbəbindən redaktor
onun qiymətləndirilməsinə fərqləndirici yanaĢma nümayiĢ etdir-
məlidir. Hər bir faktın, hər bir elementin elmi, obyektiv izaha ma-
lik olması baĢlıca, əsas tələb olmalıdır. Bu, informasiyanın oxucu
tərəfindən həqiqi və dəqiq qəbul olunması üçün zəruri Ģərtdir. La-
kin unutmaq olmaz ki, çatdırılan məlumatların həqiqiliyinə və də-
qiqliyinə baxmayaraq, onlar hadisəni, problemi bütövlükdə səciy-
yələndirmək üçün kifayətedici olmaya bilər. Bu faktlar yetərincə
etibarlı olmalıdır və material məzmunun predmetini hərtərəfli əha-
tə etməlidir. Bununla yanaĢı, informasiyanın köhnəlməsi xüsusiy-
yətlərini də nəzərə almaq lazımdır.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
98
Faktik material üzərində iĢ zamanı müəllifin həll etdiyi əsas
vəzifələr aĢağıdakılardan ibarətdir:
1.
Faktik materialın davamlılığının, onun mühümlüyünün,
yeniliyi baxımından qiymətləndirilməsi;
2.
Faktiki materialın kifayət qədər tam təmsil olunub-olun-
mağının qiymətləndirilməsi;
3.
Faktların dəqiqliyinin və həqiqiliyinin qiymətləndirilməsi.
Sitatlar faktik materialın xüsusi formalarındandır. Elmi
məqalənin, xüsusilə icmal məqaləsinin redaktoru qarĢısında adətən
onların prinsipial zəruriliyi haqqında məsələ durmur. Elm varislik
əsasında inkiĢaf etdiyi üçün sələflər tərəfindən aparılmıĢ araĢ-
dırma nəticələrinin iqtibas məqalə olunması çox zaman labüddür.
Ġqtibaslar məqalə müəllifi üçün öz nəzəri müddəalarını inkiĢaf
etdirməkdə istinad, dayaq rolunu oynayır. Bu iqtibasların məz-
munundan çıxıĢ edərək, nəzərdən keçirilən halın və yaxud hadisə-
nin obyektiv surətdə səciyyələndirilməsi və nəticələrin formalaĢdı-
rılması üçün zəruri olan inandırıcı sübutlar sistemini qurmaq olar.
Müəllifin gətirdiyi ayrı-ayrı mühakimələrin, habelə güman olunan
nəticələrin əsaslandırılması sübutu üçün də iqtibaslardan istifadə
oluna bilər. Bütün hallarda istifadə olunan iqtibasların sayı
optimal olmalıdır.
Əsərin qurulması hər Ģeydən öncə onun məqsədli təyinatının
yerinə yetirilməsini, çatdırılan informasiyanın oxucu tərəfindən
asanlıqla və dəqiq qavranılmasını təmin etməlidir. Əsərin kom-
poziyası nəzərdən keçirilərkən onun tərkib hissələrə ( giriş, əsas
hissə və nəticə) ayrılması məqsədəuyğundur. Təbiidir ki, baĢlıca
vəzifələrdən biri əsas hissənin qurulmasının qiymətləndi-ril-mə-
sindən ibarətdir. Onun həlli zamanı redaktor mətnlərin struktur xü-
susiyyətlərini (təhkiyəvi, təsviri və mühakimələr üzərində qurul-
muĢ) nəzərə almalıdır. Təhkiyələrin və təsvirlərin qiymətləndiril-
məsi zamanı baĢlıca diqqəti aĢağıdakılara yönəldirlər: əsas faktlar
nə dərəcədə uğurla seçilmiĢdir, mahiyyət aydındırmı, Ģərhin zəruri
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
99
ardıcıllığına əməl olunurmu, bir hadisənin digəri ilə bağlılığı baĢa
düĢülürmü?
Mühakimələr nəzərdən keçirilərkən mühakimə və nəticə ara-
sındakı struktur asılılığına istinad edilir. Əgər mühakimədə nə isə
sübut olunursa, dəlillərin dəqiqliyi yoxlanılır. Təsviri səciyyəli
mətnlərdə tərkib hissələrin faktiki materiallının yoxlanılması, mü-
hakimələrdə isə bir fikrin digərindən törəməsinin qiymət-lən-diril-
məsi həlledici əhəmiyyət kəsb edir.
Qeyri bədii ədəbiyyat əsərlərinin strukturu materialın ifadə
olunmasının ardıcıllığı, onun müxtəlif hissələrinin qarĢılıqlı müna-
sibətlərinin məntiqiliyi və mütənasibliyi ilə fərqlənir. Bu struktur
predmetin inkiĢafının xarakteri və daxili məntiqi, əsərin janr xü-
susiyyətləri, eləcə də, müəllifin ifadə tərzi ilə Ģərtlənir.
Qeyd etdiyimiz kimi, janrından, həcmindən asılı olmayaraq
məqalələri üç tərkib hissəyə ayırmaq olar: giriĢ, əsas hissə və nəti-
cə.
Əsərin giriş qismi oxucunu materialı qavramağa hazırlamalı-
dır. Burada müəllif əsərin məzmununu, onun nəzərdən keçirilmə-
sinin aspektlərini qeyd etməlidir. Redaktor bu hissənin yığcam
halda əsərin əsas məzmununu təkrar etməməsinə nəzarət etməli-
dir. Əsərin bu hissəsi oxucuda əsərə məqsədyönlü maraq oyatma-
lıdır.
Əsərin əsas hissəsinin vəzifəsi müəllif konsepsiyasını tam
həcmdə əks etdirmək, əsərin məzmununu bütövlükdə açmaq, onun
ideyasını gerçəkləĢdirməkdir. Bu struktur hissəsi predmet və
yaxud hadisə haqqında material müəllifinin ifadə etdiyi tədqi-qatın
təhlili və sintezi əsasında yeni biliyin formalaĢmasına xidmət
edir.
Əsərin nəticə qismi oxucu qavrayıĢının məntiqi və psixologi-
yası baxımından zəruri olan sonluq rolunu oynayır. Burada araĢ-
dırmanın nəticəsinə yekun vurulur, əsas nəticələr qısaca və dürüst
ifadə olunur, məsləhətlər verilir, məsələnin bundan sonra da araĢ-
dırılmasının mümkün yolları göstərilir.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
100
Bəzən elmi jurnallarda nəzərə çatdırılması önəm kəsb edən
hər hansı bir fikir, ifadə və ya cümlə səhifənin kənarında verilərək
fərqləndirilir (Əlavə 30).
Əsərin stukturunun redaktor tərəfindən qiymətləndirilməsi-
nin baĢlıca meyarları məzmunun ifadə olunmasının bütövlüyü, sis-
temliliyi, tələblərə uyğunluğu və əlaqəliliyidir. Tamlılıq prinsipi
əsərin strukturunun qiymətləndirilməsinin dialektik vəhdəti kimi
yanaĢılmasını, onların qırılmaz Ģəkildə və qarĢılıqlı əlaqədə nə-
zərdən keçirilməsini tələb edir. Bu baxımdan elmi məqalənin
strukturu onu təĢkil edən bütün komponentlərin vəhdəti, struktu-
run hər bir elementi isə bütövlükdə məqalənin bir qismi kimi təm-
sil olunmalıdır. Bu prinsipin pozulması materialın ifadə olunma-
sında sistemsizliyə gətirib çıxarır.
Sistemlilik meyarı məqalənin vahid məntiqi strukturunu ay-
dınlaĢdırmaq, onun ayrı-ayrı fraqmentlərini sistemin qarĢılıqlı əla-
qədə və qarĢılıqlı hərəkətdə olan elementləri kimi təqdim etmək
imkanı verir. Həmin meyar ciddi qüsuru elmi məqaləni təĢkil edən
müxtəlif elementlərin formal, mexaniki cəhətdən birləĢdirilməsini
görmək və vaxtında aradan qaldırmaq imkanı yaradır.
Uyğunluq meyarı bu və ya digər mətn fraqmentinin həcmi-
nin onun məna əhəmiyyətinə, dərk olunma həcminə uyğunluğunun
müəyyənləĢdirilməsini nəzərdə tutur. Bu prinsip əsərin struktu-
runu onun mətnin oxucu tərəfindən qavrayıĢı xüsusiyyətlərinə uy-
ğunluğu baxımından qiymətləndirmək imkanı verir.
Bağlılıq meyarı materialın sistemləĢdirilməsinin müəllif
prinsipini, mətnin müxtəlif hissələrinin mütənasibliyinin xarakteri-
ni, müəllif tərəfindən seçilmiĢ ifadə olunma ardıcıllığının səmərə-
liliyini aydınlaĢdırmaqda redaktora yardım edir.
Redaktor əsərin strukturu üzərində iĢləyərkən müəllifə mate-
rialın təqdim olunması ardıcıllığına, ayrı-ayrı fraqmentlərin nisbə-
tinə dəyiĢikliklər etməyi təklif edə bilər. DüzəliĢ zamanı mətnin ti-
pinin nəzərə alınması vacibdir. Belə ki, ifadənin təsviri tipi məz-
muna xələl gətirmədən mətnin müxtəlif hissələrinin yerinin dəyiĢ-
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
101
dirilməsini mümkün hesab edir. Hekayə səciyyəli mətndə yerdə-
yiĢmələri yalnız ifadədə xronologiyanı qorumaq Ģərtilə etmək olar.
Əlyazmanın ədəbi səviyyəsi onun kommunikativ dəyəri,
müəyyən üsluba və dil normalarına uyğunluğu mövqelərindən qiy-
mətləndirilir.
Təhlil gediĢində dil-üslub normalarının və üslubun müəllifə
xas olan fərdi üsullarının pozulmasını fərqləndirmək lazımdır. Bu,
redaktoru fərdi zövqlərinə uyğun olan düzəliĢlərdən çəkindirər,
müəllif ifadəsinin redaktor ifadəsi ilə əvəzlənməsi təhlükəsini ara-
dan qaldırar.
Elmi məqalədə istifadə olunan leksik vasitələrin fərqləndirici
xüsusiyyəti ondan ibarətdir ki, bu vasitələr böyük məna tutumu
olan, semantik cəhətdən yüklənmiĢ sözlərin yüksək faizinə malik-
dir. ÜmumiləĢdirici sözlərdən də istifadə olunması səciyyəvidir.
Bu cür sözlər tədqiqatın gediĢini və nəticələrini xülasə etmək üçün
lazım olur. Mətnlərdə terminlər və terminoloji söz birləĢmələri
mühüm yer tutur. Bunlar informasiyanın tutumlu, aydın və lako-
nik tərzdə ifadə olunmasına, bu informasiyanın birmənalı surətdə
baĢa düĢülməsinə yardım edir. Redaktordan terminologiyanın
standartlaĢmasına, dövriyyəyə ilk dəfə daxil olunan, lakin mətnin
kontekstindən anlaĢılmayan terminlərin izahına nail olunması tə-
ləb edilir.
Terminoloji məntiq xeyli dərəcədə çoxmənalılıq xüsusiyyəti-
nə malik olduğuna görə yalnız yeni deyil, habelə hamı tərəfindən
qəbul olunmuĢ terminləri də, izah etmək, onların müəllif tərəfin-
dən hansı mənada iĢlədildiyini sübut etmək zərurəti meydana çıxa
bilər.
Ġfadənin qrammatik - üslubi vasitələrinin qiymətləndirilməsi
redaktordan böyük diqqət tələb edir. Ġnformasiyanın tezliklə və
adekvat surətdə qavrayıĢına adətən düzgün qrammatik formaya
malik olan sadə bitmiĢ cümlələr yardım edir. Daxili əlaqələrin
xeyli sayı ilə seçilən mürəkkəb, yüklənmiĢ, ağır cümlələr mətnin
baĢa düĢülməsini çətinləĢdirir. Oxucu bu cür mətni nəzərdən keçi-
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
102
rərkən vaxtını qeyri-məhsuldar Ģəkildə onun mənasının təhlilinə
və izahına sərf etməli olur. Buna görə də, mürəkkəb cümlələri, bir
qayda olaraq, sadə cümlələrə parçalamaq məqsədəuyğundur. Təbi-
idir ki, bunu cümlələr arasında məntiqi qarĢılıqlı əlaqəni saxlamaq
Ģərti ilə etmək lazımdır.
Dilin lakonikləĢdirilməsi və informasiyanın sıxlaĢdırılması
baxımından “qeyri-mətni” adlandırılan müxtəlif vasitələrin də bö-
yük əhəmiyyəti vardır. Formullar (düsturlar), cədvəllər, illüstrasi-
yalar bu cür vasitələrdəndir.
Formullar, bir qayda olaraq, dəqiq və texniki elmlərə aid
olan məqalələrdə vacib element hesab olunur. Bu formullar infor-
masiyanın yazılmasının unifikasiya olunmuĢ forması kimi müəy-
yən qanunauyğunluqları izah edir, hesablamaların müxtəlif cür
üsullarını nümayiĢ etdirir, nəzəri nəticələri və texniki həll yollarını
əsaslandırır, sübut vasitəsi kimi çıxıĢ edir. Hər Ģeydən öncə re-
daktordan konkret bir formulun lazım olub-olmadığını, bu formul-
lardan mətnin həddindən artıq elmi Ģəklə salınması məqsədilə isti-
fadə olunub-olunmadığını müəyyən etmək tələb edilir.
Məqalədə informasiyanın təqdim olunmasının rahat, əlveriĢli
vasitəsi elmi məqalənin daha mürəkkəb elementi olan cədvəldir.
Cədvəllər müxtəlif məlumatların sistemləĢdirilməsinə, bu məlu-
matların təhlili üçün rahat olan müqayisəli Ģəklə salınmasına yar-
dım edir, ayrı-ayrı parametrlər arasındakı asılılığı müəyyənləĢdir-
məyə imkan verir. Cədvəllərdə məlumatlar üfüqi və Ģaquli qrafa-
larda yerləĢir, yəni biri digərindən üfüqi və Ģaquli xətlərlə ayrılmıĢ
sütunlarda qruplaĢdırılır. Cədvəlin əsas elementləri bunlardır:
nömrələnmiĢ sərlövhə (baĢlıq), tematik baĢlıq, baĢlıq, yan tərəf,
“quyruq” hissə, qrafalar bölgü, qeyd.
Cədvəl mənimsənilmə üçün sadə və əlveriĢli olmalı, qavra-
yıĢ üçün əngəl ola biləcək artıq ünsürə malik olmamalıdır. Cədvə-
lin düzgün qurulması üçün mübtəda və xəbərləri dəqiq ayırmaq
zəruridir. Mübtəda cədvəlin sərlövhəsinə dəqiq cavab verməlidir.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
103
Cədvəl qurularkən elementlərin ciddi məntiqi tabeliliyinə əməl et-
mək labüddür.
NömrələnmiĢ sərlövhə cədvəlin mətnlə əlaqəsini sadələĢdir-
mək üçün zəruridir. Mətndə cədvələ istinad bu Ģəkildə tərtib olu-
nur: 1-ci cədvəldə və yaxud göstərilən cədvəldə gördüyümüz kimi.
Məqalədə olan yeganə cədvəlin nömrələnmiĢ sərlövhəsi ol-
mur. Tematik sərlövhə cədvəlin məzmununun obyektini müəyyən
edir və mətndən asılı olmayaraq cədvəldən istifadəni təmin etmək
üçün lazımdır.
Ġnformasiyanın təqdim olunmasının kifayət qədər səmərəli
vasitəsi illüstrasiyalardır. Cədvəldən daha çox əyaniliklə fərqlənən
illustrasiyalar informasiyanın qavranılmasına yardım edir, ma-
terialı daha baĢa düĢülən və kütləvi Ģəklə salır. Ġllüstrasiyanın büt-
ün növlərindən istifadə oluna bilər: çertyojlar, sxemlər (cizgi və
Ģtrixlərlə çəkilmiĢ rəsmlər və s.). Belə ki, qrafiklər və diaqramlar
hər hansı bir həcmin bölgüsünü nümayiĢ etdirmək, ayrı-ayrı gös-
təriciləri müqayisə etmək, hər hansı bir prosesi təsvir etmək, diq-
qəti bu prosesdə dəyiĢikliyin xarakterinə yönəltmək üçün lazım
olur.
Ġllustrasiyaların redaktə olunmasına nəĢrdə onların yerləĢdi-
rilməsi zərurətinin prinsipial qiymətləndirilməsindən baĢlamaq la-
zımdır. Hər bir illustrasiya müəllif düĢüncəsinin inandırıcı təsdiqi
kimi çıxıĢ etməli, mətni tamamlamalı, prosesin gediĢinin oxucu tə-
rəfindən daha aydın surətdə təsəvvür olunmasına yardım etməli-
dir.
Növbəti mərhələ illustrasiya süjetlərinin redaktə olunması-
dır. Ġllustrasiyada bu nəĢr üçün xüsusilə vacib olan cə-həti aĢkara
çıxarmaq və qeyd etmək lazımdır. FotoĢəkillər mətnə aid olma-
yan, oxucunu yayındıran detallardan azad edilməlidir. Ġllustrasiya-
lar üzərində mətni yazılardan çəkinmək lazımdır, bu yazıları rə-
qəmli iĢarələr əvəz etməlidir, həmin iĢarələr rəsmaltı yazılarda
izah olunmalıdır.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
104
Son mərhələ - illüstrasiyalar və müĢayətedici mətnin redaktə
olunmasıdır. Bütün illüstrasiyalar vahid sıra nömrələnməsi ilə
nömrələnir və Ģəkilaltı yazılarla təchiz edilir. Ġllüstrasiyaaltı yazı-
lar qısa və dəqiq olmalı, illüstrasiyaların məzmununu izah etməli-
dir.
Elmi jurnalların aparatının redaktəsi
Dostları ilə paylaş: |