ərzində dozanı üç qəbula bölməklə 2 həb qəbul etmək lazımdır: 1
həb səhər,
gündüz və axşam 0,5 həb.
1.8.8. Psixogen şok.
Məhv olan gəmini tərk etmək insanda böyük təəssüratlar – qarşıda
gözlənilən çətinliklərə olan emosional reaksiya yaradır, hansıların ki, rəf edilməsini
və onun əmin-amanlığı, sağlamlığı və həyatın özü üçün ağır nəticələrin ehtimalının
qiymətləndirməsini tələb edir. Böyük təəssüratlar həyəcan, qorxu, məhkumluq
hissi kimi özünü göstərə bilər.
Güclü emosional həyəcanlanma və ya əsəb sisteminin artıq yüklənməsi
nəticəsində psixogen şok – kəskin inkişaf edən və həyatı təhlükə altında qoyan
vəziyyət yaranır, hansı ki, orqanizmin bütün funksional sistemlərinin fəaliyyətinin
proqressiv pozulması ilə xarakterizə olunur.
Müxtəlif intensivli qıcıqlara orqanizm stress reaksiyası ilə cavab verir.
Stress, qıcığın fiziki təbiətdən asılı
olmayaraq, orqanizmin, ona qoyulan tələbə
qeyri-spesifik cavabını özündə təmsil edir. Stressin
bioloji mexanizmi ondan
ibarətdir ki, daxili sekresiya vəzləri - böyrəküstü vəzlər qana adrenalin - arterial
təzyiqi və nəbzin vurulma tezliyini artıran hormon ifraz edir.
Stressorların – stressə səbəb olan amillərin təsirinin birinci fazasında
orqanizm öz imkanlarını səfərbər edir, lakin onun zəif müqaviməti və son dərəcə
güclü reaksiyası artıq bu mərhələdə ürəyin sıxılma fəaliyyətinin, arterial və venoz
damarlarının tonusunun, kapillyarların funksiyasının pozulmasına və müxtəlif ruhi
pozuntulara, sağlamlığı zəif olan insanlarda isə – ürək tutmasına və ya beyinə qan
sızmasına gətirib çıxara bilər.
Əgər stressorun təsiri orqanizmin imkanları və onun müqaviməti ilə
uyğunlaşırsa, ikinci fazada orqanizmin reaksiyası ondan ibarətdir ki, müqavimət
səviyyəsi adətən olduğundan əhəmiyyətli dərəcədə yuxarı qalxır.
Müqavimətin
davamiyyəti orqanizmin fitri uyğunlaşmasından, psixogen təsir zamanı isə
həmçinin qazanılmış uyğunlaşmasından, yəni təcrübədən və stressorun gücündən
asılıdır.
Stressorun uzunmüddətli təsiri nəticəsində orqanizmin reaksiyası tədricən
üçüncü fazaya - uyğunlaşma enerji ehtiyatının tükənmə fazasına keçir. Orqanizmdə
qayıtmaz dəyişikliklər baş verir və fərd ölür. Ölümün fizioloji səbəbi məhz nədir –
ürəyin, beynin, böyrəklərin, mədə-bağırsaq traktının zədələnməsidirsə, bu təsadüfi
amillərdən: irsiyyətdən, yaşdan, xəstəliklərin varlığından, piylənmədən və s.
əhəmiyyətli dərəcədə asılıdır.
92
Emosional-stress qıcıqlandırıcılarının (vahimə hissiyyatı, baş verənləri
anlamamaq, xilas olmağa inanmamaq) təsiri nəticəsində əmələ gələn psixogen şok,
gəmi qəzasına uğrayanları digər stressorların (ağrı, soyuq, susuma və s.) təsirindən
olduqca əvvəl ölümə gətirib çıxara bilər.
Emosional-stress qıcıqlandırıcılarının məhvedici
təsirinə fərdin dözmə
imkanı iki amillər qrupundan asılıdır. Birinci qrup şəxsin mənəvi-iradə
xüsusiyyətlərini - soyuqqanlılığını, yaşamaq istəyini,
diqqətini və səylərini
başlıcaya cəmləşdirmək bacarığını, məqsədə çatmaq inadını və qətiyyətini əhatə
edir. Qorxu hissiyyatını aradan qaldırmağa yönəldilmiş bu keyfiyyətlərin büruzə
verilməsi orqanizmin sağ qalmağa səfərbər olunmasına kömək edir.
İkinci amillər qrupu – təlim və məşq prosesində işlənilmiş vərdiş və
bacarıqdır. Onların olmamasını orqanizmin yalnız sağ qalmaya yönəltmək və
səfərbər etməklə əvəzləmək mümkün deyil. Məşqlər nəticəsində insanda ekstremal
vəziyyətlərdə sağ qalma imkanları barədə təsəvvür
qalaraq möhkəmlənir və ona
daha düzgün münasibət yaranır. Bu emosional gərginliyi azaldır və psixogen
şokun əmələ gəlməsinə əks təsir göstərir.
Dostları ilə paylaş: