Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


Elektrik cərəyanından zərərçəkənlərə ilk yardım



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə68/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   64   65   66   67   68   69   70   71   ...   84
Dənizdə təhlükəsizlik

4.4. Elektrik cərəyanından zərərçəkənlərə ilk yardım
Əksər hallarda elektrik cərəyanından zərərçəkmişin xilas olunması onun
cərəyandan nə qədər tez azad olunmasından, ona nə qədər tez və düzgün ilk
yardımın göstərilməsindən asılıdır. 
Zərərçəkmişə ilk yardımın göstərilməsindən heç vaxt imtina etmək və
yalnız nəfəsalma, ürək vurması, nəbz kimi həyat əlamətlərini olmayan halda onu
ölmüş hesab etmək olmaz. Elektrik cərəyanından zədələnən zaman ölüm əksər
hallarda zahiri olur və zərərçəkənin özünə gətirilməsi üzrə sonrakı tədbirlərin
məqsədəuyğunluğu və ya faydasızlığı barədə məsələni yalnız həkim həll edə və
ölüm haqqında rəy verə bilər.
Bununla əlaqədar, elektrik qurğularına xidmət göstərən heyət elektrik
cərəyanından zədələnmənin qarşısını almaq və elektrik cərəyanının təsirindən azad
etdikdən sonra ilk yardımı göstərmək üzrə mütəmadi olaraq təlimatlandırma
keçməlidirlər. Təlimatlandırmanı tibb heyəti keçirməlidir.
4.5. Elektrik cərəyanının təsirindən azad etmə
Gərginlik altında olan cərəyanaparıcı hissələrə toxunmaq əksər hallarda
əzələlərin qeyri-düzgün titrək sıxılmalarına səbəb olur. Bunun nəticəsində (əgər
zərərçəkən naqili əlində saxlayırsa) barmaqlar elə möhkəm sıxılır ki, naqili onun
əlindən azad etmək mümkün olmur. 
Əgər zərərçəkənin cərəyanaparıcı hissələrə toxunması davam edirsə, hər
şeydən əvvəl onu elektrik cərəyanının təsirindən azad etmək lazımdır. Bu zaman
148


yadda saxlamaq lazımdır ki, zəruri ehtiyatlılıq tədbirləri tətbiq etmədən cərəyan
altında olan insana toxunmaq həyat üçün təhlükəlidir.
İlk hərəkət qurğunun zərərçəkənin toxunduğu hissəsini elektrik
cərəyanından ayırmaqdır. Bu zaman nəzərə almaq lazımdır ki, zərərçəkən
yüksəklikdə ola bilər, qurğunun söndürülməsi və zərərçəkənin cərəyanının
təsirindən azad edilməsi onun yüksəklikdən yıxılmasına səbəb ola bilər. Bu halda
zərərçəkənin təhlükəsiz düşməsini təmin edən tədbirlər görülməlidir.
Qurğunu söndürərkən elektrik işıqlandırılması da eyni zamanda sönə
bilər. Bu zaman əl altında hazır vəziyyətdə digər işıqlandırma mənbələri ( “uçan
siçan” fənəri, məşəl, şamlar, qəza işıqlandırması, akkumulyator fənərləri və s.)
olmalıdır ki, qurğunun söndürülməsi və zərərçəkənə yardımın göstərilməsi
ləngidilməsin.
Əgər qurğunun söndürülməsi kifayət qədər tez edilə bilmirsə, o zaman
zərərçəkəni, onun toxunduğu cərəyanaparıcı hissələrdən tez ayırmaq üçün
tədbirlər görmək lazımdır.
a) 1000 V-a qədər gərginlik zamanı
Zərərçəkəni cərəyanaparıcı hissələrdən və ya naqillərdən ayırmaq üçün
elektrik cərəyanı keçirməyən quru paltardan, quru əşyadan istifadə etmək lazımdır.
Bu hallarda metal və nəm əşyalardan istifadə etmək olmaz. Əgər zərərçəkənin
paltarı qurudursa və bədənə yapışmayıbsa, ətrafdakı metal hissələrə və paltar ilə
örtülməmiş bədən hissələrinə toxunmaqdan qaçaraq, məsələn, onun paltarının
ətəklərindən yapışaraq zərərçəkəni cərəyanaparıcı hissələrdən ayırmaq olar.
Zərərçəkəni ayaqlarından tutub dartarkən əlllər yaxşı izolyasiya edilmədən onun
ayaqqabılarına toxunmaq olmaz, çünki, ayaqqabı nəm ola bilər və orada olan
mismar və ya qaytan üçün qırmaqlar elektrik cərəyanının keçiriciləridir.
Xilasetmə zamanı, xüsusən də, zərərçəkənə geyimlə örtülməmiş yerlərdə
toxunmaq zəruriyyəti yarandıqda, əllərin izolyasiyası üçün dielektrik əlcəklər və
qaloş geymək və ya əlləri şarfla dolamaq, ələ mahud furajka geymək, əlin üstünə
paltarın qolunu salmaq və s. və yaxud zərərçəkənin üstünə rezin, rezinləşdirilmiş
parça (plaş), yaxud sadəcə olaraq quru parça atmaq lazımdır. Həmçinin, quru
taxtanın və ya cərəyan keçirməyən hansısa quru altlığın, paltarın yığımının və s.
üstünə çıxmaq olar. 
b) 1000 V-dan yuxarı gərginlik zamanı
Zərərçəkəni cərəyanaparıcı hissələrdən ayırmaq üçün dielektrik botlar,
əlcəklər geymək və müvafiq cərəyan üçün təyin olunmuş izolyasıyalı kəlbətin və
149


ştanqla fəaliyyət göstərmək lazımdır. Həmçinin yadda saxlamaq lazımdır ki, xətti
ayırdıqdan sonra da kifayət qədər həcm varsa, həyat üçün təhlükəli elektrik yükü
saxlanıla bilər və yalnız etibarlı torpaqlama onu təhlükəsiz edə bilər.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin