İsrailli mütəxəssislər Tibb Universitetində tədris
kurikulumu barədə təqdimatla çıxış etdilər
u Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyinin
mü tə xəssisləri Türkiyənin Sosial
Güvənlik Qurumunun dəvəti ilə
Ankarada səfərdə olublar.
Agentliyin mətbuat xid-
mə tindən AZƏRTAC-a veri-
lən məlumata görə, səfər
müddətində Tür kiyə nin sə-
hiyyə naziri Rəcəp Akdağ
Azərbaycan
nümayəndə
heyətini qəbul edib. Na-
zir görüşdə icbari tibbi sı-
ğortanın Türkiyədə uzun
müddətdir tətbiq olunduğu-
nu bildirib. O, icbari tibbi sı-
ğortanın ölkə ərazisində tam
şəkildə əhatə olunmasının 2013-cü
ildə yekunlaşdığını, bu müddətdə
meydana çıxan çətinliklər, icbari
tibbi sığortanı tətbiq etmiş digər
ölkələrdən üstünlüklər barədə ge-
niş məlumat verib.
İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin direktoru Zaur Əliyev
Azərbaycanda icbari tibbi sığorta-
nın tətbiqi ilə bağlı görülən işlər,
gələcək planlar barədə söhbət
açıb. R.Akdağ Agentliyə gələcək
işlərində dəstək verməyə daim ha-
zır olduqlarını bildirib.
Zaur Əliyevin rəhbərlik etdiyi
Azərbaycan nümayəndə heyəti So-
sial Güvənlik Qurumunun rəhbərliyi
və nümayəndələri ilə də görüşüb.
Nümayəndə heyətimiz görüşdə So-
sial Güvənlik Qurumu ilə əhali, eləcə
də tibb müəssisələri arasında qu-
rulmuş münasibətlərlə tanış olub,
Türkiyənin tibbi sığortanın tətbiqi
sahəsində təcrübəsini, habelə tibbi
sığortanın təşkili sahəsində infor-
masiya texnologiyalarının tətbiqi
imkanlarını araşdırıb. Agentliyin
mütəxəssisləri ölkəmizdə icbari
tibbi sığortanın həyata keçirilməsi
üçün müvafiq sahələrdə Türkiyə
təcrübəsini öyrəniblər.
Dostları ilə paylaş: |