Qabil ABDULLAYEV
Azərbaycan ordusu
- varislik ənənəsi
26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günüdür!
D.Mahmudova 1953-cü ildə
Bakı şəhərində anadan olub.
N.İ.Piroqov adına II Moskva
Dövlət Tibb İnstitutunu 1976-cı
ildə bitirib. 1976-1980-ci illərdə 2
saylı tibbi sanitariya hissəsində
nevropatoloq, 1980-1982-ci illərdə
ATU-da klinik ordinator, 1983-
1987-ci illərdə aspirant olub,
1987-ci ildə Moskva Dövlət Tibb
İnstitutunda “Beynin erkən qan
– damar xəstəlikləri zamanı ney-
rooftalmoloji müayinələr” mövzu-
su üzrə namizədlik dissertasiya-
sını müdafiə edib. 1982-1990-cı
illərdə 2 saylı BŞX-da nevroloq,
1990-2005-ci illərdə ATU-nun
Nevrologiya və tibbi genetika
kafedrasında assistent, 2005-ci
ildən ömrünün sonuna kimi do-
sent vəzifəsində işləyib. 2005-ci
ildə “Avisenna” medalı ilə təltif
olunaraq “Beynəlxalq Loğman”
və 2009-cu ildə “Leybnic” medalı
və “Avropanın fəxri alimi” adını
alıbdır.
Dosent D.Mahmudova doktorluq
dissertasiyası üzərində işləyirdi.
2007-ci ildən Avropa (Hanno-
ver) Təbii Elmlər Akademiyası-
nın həqiqi üzvü, 1999-cu ildən
İnsultla Milli Mübarizə Assossia-
siyasının rəhbəri olubdur. 3 me-
todik tövsiyənin, 78 məqa lənin
(onlardan 9-u xaricdə), müəl-
lifidir. Ölkədə və xaricdə (Türkiyə
və Rusiya) keçirilmiş seminar və
konfranslarda iştirak və çıxış edib.
Dosent Dilarə xanım bacarıqlı
və səriştəli pedaqoq kimi bütün
tələbələrin, uzun illər onunla çi-
yin – çiyinə işləyən həmkarlarının,
gənc həkimlərin və onu tanıyanla-
rın yaddaşında daimi yaşayacaq-
dır.
Dostları ilə paylaş: |