Səhiyyə sistemindəki
inkişafına görə dünyanın
ən qabaqcıl ölkələrindən
sayılan İsrailin mütəxəssisləri
Azərbaycan Tibb Universitetində
mühazirə deyiblər.
Tədbirdə ATU-nun beynəlxalq işlər
üzrə prorektoru Rəhimə Qabulova giriş
nitqi ilə çıxış edərək İsraildən təşrif
buyurmuş qonaqları auditoriyaya təqdim
etdi. Qeyd olundu ki, Ben-Gurion
Universitetinin təmsilçiləri 2 gündür
ATU-nun qonağıdırlar. Onlar universi-
tetin tədris binaları, klinikaları, tələbə
şəhərciyini gəziblər, ATU nəzdindəki
tibbi müəssisələrin fəaliyyəti ilə yaxın-
dan tanış olublar.
Sonra Ben-Gurion Universitetinin
Tibb elmləri fakültəsinin rəhbəri, kardi-
ologiya üzrə professor Amos Katz təmsil
etdiyi institut haqqında qısa təqdimatla
çıxış etdi.
İştirakçılarda böyük maraq doğuran
prezentasiyada universitet haqqında
ümumi məlumatla yanaşı, Ben Gurio-
nun tibb elmləri fakültəsinin fəaliyyəti,
burada aparılan strateji planlaşdırma
barəsində geniş məlumatlar yer almışdı.
Qonaq çıxışının sonunda Ben-Gurion
Universitetində mövcud təhsil və tədris
sistemi, kurikulum vəziyyətindən da-
nışdı.
Daha sonra ATU-nun tədris hissə
müdiri, dosent Nəsimi Qasımov
Azərbaycanda tibb təhsili verən yeganə
universitetin tədris sistemi haqqında
geniş mühazirə ilə çıxış etdi. ATU-nun
tədris-metodik innovasiyalar şöbəsinin
müdiri, professor Akif Qurbanov isə
universitetdə imtahanlara hazırlıq, sınaq
prosesinin gedişi və bu il ilk dəfə dövlət
imtahanlarında tətbiq edilən OSKİ
sistemi haqqında tədbir iştirakçılarını
məlumatlandırdı.
Sonda qonaqlar tədbir iştirakçılarını
maraqlandıran sualları da cavablandır-
dılar.
Dostları ilə paylaş: |