ATU-nun mətbuat xidməti
Professor Jecklin dünyanın bir çox
ölkələrində mövcud olan ictimai
səhiyyə proqramının özəlliklərindən
danışıb, ictimai səhiyyənin inkişaf yol-
larından söz açıb. Amerikalı professor
Azərbaycan səhiyyəsi üçün aktual olan
sahələr, o cümlədən epidemiologiya-
nın inkişafı naminə birgə layihələrin
hazırlanıb işlənməsinə hazır olduğunu
bildirib.
Öz növbəsində, prorektor Rəhimə
Qabulova da ATU-da bu sahədə möv-
cud olan praktika haqqında məlumat
verib. Onun sözlərinə görə, ictimai
səhiyyə proqramı sahəsində xarici
ölkələrdə təhsil almış yüksək ixtisaslı
azərbaycanlı kadrlar var, lakin onların
təlim-tədris prosesinə daha yaxından
cəlb edilməsinə ehtiyac duyulur. Xanım
prorektor bildirib ki, bu sahədə yeni
kadrların yetişdirilməsi üçün mübadilə
proqramları çərçivəsində Azərbaycan
gənclərinin Avropa universitetləri ilə
yanaşı, həm də ABŞ-da təhsil almasın-
da, həm də amerikalı mütəxəssislərin
ATU-da ixtisaslaşmış təlimlər apar-
masında maraqlıyıq.
Görüş zamanı bu sahədə qarşılıqlı
əməkdaşlığın istiqamətləri müzakirə
olunub, bir sıra məsələlər üzrə ilkin
razılaşmalar əldə edilib.
Görüşdə ATU-nun xarici tələbələrlə iş
üzrə dekanı, dosent İsmayıl Əfəndiyev,
ATU-nun beynəlxalq əlaqələr üzrə
şöbə müdiri Nadir Zeynalov və ATU-
nun patoloji anatomiya kafedrasının
baş müəllimi Müşfiq Orucov da iştirak
ediblər.
İsraildən olan qonaqların, həm-
çinin, Azərbaycan Tibb Univer-
sitetinin rəhbərliyi ilə də görü-
şü baş tutub. Tanışlıq xarak-
terli görüşdə qarşılıqlı əməkdaşlıq
məsələləri, təhsil-tədris planında də-
yiş ikliklər sahəsində təcrübə ilə bağlı
müzakirələr aparılıb.
Ben-Gurion Universitetinin Tibb elm-
ləri fakültəsinin rəhbəri, kardiologiya
üzrə professor Amos Katz təmsil et-
diyi institutun fəaliyyəti, İsraildə tibb
təhsili sisteminin quruluşu haqqında
məlumat verib. Qeyd olunub ki, bu-
rada tibb tələbələri arasında 7 illik
baza təhsilindən sonra ixtisas seçi-
mi aparılır. İkinci növ tibbi təhsil isə
4 illik proqram üzrə keçirilir. İngilis
dilində olan proqram üzrə təhsil alan
tələbələr dünyanın istənilən ölkəsində
praktikadan keçə bilərlər.
A.Katz bildirib ki, onlar tərəfindən ic-
timai səhiyyə və səhiyyənin idarəolun-
ması üzrə məzun proqramları da
təşkil olunur: “Bundan əlavə, bizim
komandamız təhsil-təlim formasını,
tədris planını dəyişdirmək sahəsində
də fəaliyyət göstərir”. Professor Katz
bu məsələlər üzrə Azərbaycan Tibb
Universiteti ilə əməkdaşlıqda maraqlı
olduqlarını bildirdi.
ATU-nun rektoru, professor Gəray
Gəraybəyli İsrail və Azərbaycan tibb
təhsili sistemləri arasındakı oxşar-
lıqlardan danışıb. Azərbaycanda
tibb sahəsində ali təhsilin struktu-
ru haqqında məlumat verən rektor
qeyd edib ki, rəhbərlik etdiyi uni-
versitet xarici əlaqələrin, tələbə və
rezidentlərin mübadiləsinin daha da
genişləndirilməsində maraqlıdır.
Professor Gəray Gəraybəyli ATU-
da mövcud rezidentura sistemi haq-
qında məlumat verərək bildirib ki,
əsas diqqət rezidentlərin praktiki
biliklərinin artırılmasına yönəldilir:
“İndiyədək Azərbaycan Tibb Univer-
sitetinin tələbə və rezidentləri bir sıra
xarici ölkələrdə müxtəlif proqramlar
üzrə təhsil alıblar, işləyiblər. Lakin bu
əlaqələrin daha da genişləndirilməsinə,
təcrübə mübadiləsinin artırılmasına
ehtiyac var”. Rektor bəzi sahələrdə
tibb təhsilinə daha modern yanaşma
tələb olunduğunu da deyib.
Görüşün sonunda qonaqlara hədiy-
yələr təqdim olunub, xatirə şəkli
çəkilib.
Qeyd edək ki, israilli qonaqlar ATU-
nun Stomatoloji, Tədris Terapevtik və
Onkoloji Klinikaları ilə də tanış olub,
anatomiya muzeyini gəziblər.
1969-cu ildə yaradılan Ben-Gurion
universiteti hazırda İsrailin ən böyük
təhsil və tədqiqat mərkəzlərindən biri
sayılır. Universitetin nəzdində bü-
tün dünya üzrə məşhur olan İrvinq
Qoldman adına tibbi məktəb fəaliyyət
göstərir. Burada dünyanın hər yerindən
tələbələr təhsil alır.
Qeyd edək ki, Azərbaycanda səfərdə
olan nümayəndə heyətinin tərkibinə
dr. Davıdoviç, dr. Aleks Geffer daxildir.
Görüşdə ATU-nun xarici əlaqələr üzrə
prorektoru Rəhimə Qabulova və ATU-
nun beynəlxalq əlaqələr üzrə şöbə
müdiri Nadir Zeynalov iştirak ediblər.
Dostları ilə paylaş: |