Ü N V A N I M I Z:
Mərdanov qardaşları - 98
c
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@amu.edu.az
tabibqazeti@gmail.com
Lisenziya Н - 022633
İndeks -0269
Sayı 3000
Sifariş: 317
ADP parlementi 1919-cu il sentyabrın
1-də Bakı Dövlət Universitetinin təsis
edilməsi haqda qərar qəbul edib. Uni-
versitetin ən böyük fakültələrindən biri
tibb fakültəsi olub.
* * *
1920-ci ildə Azərbaycan Dövlət Uni-
versitetinin tibb fakültəsinin heyətində
12 professor, 2 dosent və 27 assistent
çalışmışdır.
* * *
Universitetdə tədris işlərinə ilk
azərbaycanlı kadrlar M.Topçubaşov və
M.Mirqasımov dəvət edilmişlər.
* * *
1922-ci ildə universitetin ilk buraxılı-
şında 30 nəfər həkim diplomu almışdır.
Onlardan yalnız 3 nəfəri azərbaycanlı
olmuşdur.
* * *
Azərbaycan Tibb İnstitutunda uzun
müddət kafedra müdiri işləyən Adilə xa-
nım Şaxtaxtinskaya (1894-1951) elmlər
doktoru adını alan ilk azərbaycanlı ma-
ma-ginekoloq qadındır.
* * *
Azərbaycanın ilk qadın elmlər dok-
toru da tibb mütəxəssisi olmuşdur. Bu,
1929-ci ildə oftalmologiya sahəsində
elmlər doktoru adını almış Sona xanım
Vəlixandır.
* * *
BDU-nun tibb fakültəsində 10 il
ərzində 1407 həkim hazırlanmışdır.
* * *
Azərbaycan Dövlət Tibb İnstitutu
Azərbaycan SSR Xalq Komissarları So-
vetinin 19 iyun 1930-cu il tarixli qərarı
ilə yaradılmışdır.
* * *
Fəaliyyətdə olduğu 10 il ərzində
ADTİ-yə (1930-1940) 4733 tələbə qəbul
olunmuşdur.
* * *
ATDİ-yə tələbə qəbulu artırılaraq
1970-1980-ci illərdə 1300 nəfərə çat-
mışdır.
* * *
1980-ci ilin 22 avqusunda yaradılma-
sının 50 illiyi münasibətilə ADTİ SSRİ
Ali Sovetinin fərmanı ilə «Qırmızı Əmək
Bayrağı Ordeni» ilə təltif edilmişdir.
* * *
Azərbaycan SSR Nazirlər Sovetinin
qərarı ilə 1991-ci ildə ADTİ Azərbaycan
Dövlət Tibb Universiteti statusunu al-
mışdır.
* * *
Universitet 1996-cı ildə dünya ali
təhsil müəssisələrinin Beynəlxalq
Reyestrinə daxil edilmişdir.
* * *
Öz fəaliyyəti dövründə Tibb
Universitetində 10 minlərlə həkim
və provizor hazırlanmışdır. ATU ali
təhsil sahəsində Avropa İttifaqı,
Mərkəzi və Şərqi Avropa ölkələri ilə
Şərqi Asiya Ölkələri arasında Tem-
pus Tasis əməkdaşlıq proqramına
görə Transavropa əməkdaşlığının
üzvüdür.
* * *
25 may 2000-ci ildə Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Ko-
mandan cənab Heydər Əliyevin 425
saylı tarixi Fərmanına uyğun olaraq
Azərbaycan Tibb Universitetində hərbi-
tibbi kadrların hazırlanması məqsədilə
Hərbi Tibb Fakültəsi təsis edilmişdir.
* * *
2002-ci ildə ATU Avropa Universitetlər
Assosiasiyasına tam hüquqlu üzv qəbul
edilmişdir.
* * *
2002-ci ilin sentyabrında ATU-nun ilk
klinikası - Stomatoloji Klinika fəaliyyətə
başlayıb.
* * *
Azərbaycan Respublikasının Prezi-
denti cənab İlh a m Əliyevin Sərəncamı
əsasında Nazirlər Kabinetinin 23 no-
yabr 2006-cı il tarixli 250 saylı qərarı ilə
Azərbaycan Tibb Universitetinin Onko-
loji Klinikası yaradılıb.
* * *
2007- ci ildə Azərbaycan Respublika-
sının Prezidenti cənab İlham Əliyevin
11 sentyabr tarixli Sərəncamı ilə
Azərbaycan Tibb Universitetinin Tədris
- Terapevtik Klinikası yaradlımışdır.
* * *
2008-ci ildə Azərbaycan Respublika-
sının Prezidenti cənab İlham Əliyevin 13
mart tarixli Sərəncamı ilə Azərbaycan
Tibb Universitetinin Tədris-Cərrahiyyə
Klinikası yaradlımışdır.
* * *
18 mart 2010-cu ildə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin
50 saylı qərarı ilə Azərbaycan Tibb
Universiteti rezidentura pilləsinə ke-
çib. Fəaliyyətə başladığı 2011-ci ildən
indiyədək 255 nəfər gənc həkim-
rezidenturanı bitirib.
Dostları ilə paylaş: |