Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti


Didaktik oyunlar və əyləncəli çalışmalar metodu



Yüklə 175,75 Kb.
səhifə43/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   39   40   41   42   43   44   45   46   ...   59
riyaziyyat 11

Didaktik oyunlar və əyləncəli çalışmalar metodu
Riyaziyyatın ibtidai siniflərdə tədrisi prosesində şagirdlərdə tədris mate-
rialına emosional münasibət və onu öyrənməyə həvəs yaradılması əsas şərtlər-
dən biridir. Bunun əsas vasitəsi didaktik oyunlar və müxtəlif növ əyləncəli ça-
lışmalardır.
Pedaqogikada və psixologiyada oyunların uşağın yaradıcı məqsədəuyğun
fəaliyyətində rolu xüsusi qiymətləndirilir. Oyun prosesində uşaq ətraf mühiti,
həyatı əyləncəli şəkildə bir qədər dərindən və asandan dərk edir. Bununla da
o, real aləmin fəza formaları və miqdarı münasibətlərini öyrənir.
Riyaziyyat dərslərində oyun və əyləncəli çalışmaların daxil edilməsi təlimi
canlı və maraqlı edir. Təcrübə və psixoloji tədqiqatlar göstərir ki,
riyaziyyatdan əyləncəli məsələ və misalların təqdim edilməsi onların həlli
effektivliyinin artmasını təmin edir.
Məktəb təcrübəsində didaktik oyunlar və əyləncəli çalışmalar riyaziyyat
təlimində metodik priyom kimi tətbiq olunur, bu şərtlə ki, onlar didaktik
tələblərə cavab versin. Həmin çalışmalar elə seçilməlidir ki, onların həlli və
hesablama üsulları şagirdlər üçün çətinlik törətməsin. Hazırda riyaziyyatdan
kifayət qədər didaktik oyunlar və əyləncəli çalışmalar mövcuddur. Məsələn,
hesab rebusları, əyləncəli hesab məsələləri, sehrli ədədlər, sehrli kvadratlar,
labirintlər, səhnələşdirilmiş oyunlar, hesab lotosu, domino, dinməcə oyunu,
dairəvi misallar və məsələlər, «kim düz, kim tez», fikirdə tutulmuş ədədin
tapılması, kibrit çöpləri ilə oyun və s.
Təlim prosesində adi misallara da əyləncə xarakteri vermək olar. Məsələ
həllində sualları elə qoymaq olar ki, şagirdlər daha çox həvəs göstərsinlər.
Lakin hər çalışmaya əyləncəli xarakter vermək məqsədə müvafiq deyildir. Əks
halda, dərsin, tədris materialının ciddiliyi şagirdlərin nəzərində itə bilər.
Deməli, tədris prosesində ciddi material ilə əyləncəli material arasında düzgün
münasibət göstərilməlidir. Böyük rus pedaqoqu K.D.Uşinskinin [50; 2571
dediyi kimi: «Təlimdə hər şey maraqlı ola bilməz, maraqsız şeylər də var və
olmalıdır. Şagirdləri təkcə maraqlı olan şeyləri deyil, maraqsız olan şeyləri də
öyrənməyə alışdırın... Siz onları həyata hazırlayırsınız, həyatda isə hər vəzifə
maraqlı deyildir»


73





Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin