Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 175,75 Kb.
səhifə45/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   41   42   43   44   45   46   47   48   ...   59
riyaziyyat 11

Riyaziyyat dərsliyi ilə təlim
Təlim vasitələrindən ən mühümü dərslikdir. Dərsliyin keyfiyyəti - onun
didaktik və metodik səviyyələri arasındakı nəzəri münasibətləri, oradakı
çalışmalar, onların sistemi, miqdarı, nəzəri materialla əlaqəsinin düzgün
münasibətdə olması ilə müəyyənləşdirilir. Dərslikdə öyrəniləcək biliklərin
həcmi və sistemi verilir. Ona görə də təlim prosesində dərslik, xüsusən,
riyaziyyat dərsliyi vasitə olmaqdan əlavə, bir metod kimi də rol oynaya bilər.
Bu cəhətdən ibtidai siniflərin riyaziyyat dərslikləri daha xarakterikdir. Belə ki,
hər sinfin riyaziyyat dərsliyi məsələ və misallardan və qismən elementar nəzəri
məlumatlardan ibarətdir. Lakin dərsliyin nəzəri səviyyəsinin aşağı diişməməsi
üçün nəzəri elementlər əsasən çalışmalar vasitəsilə verilmişdir. Məsələn, I
sinifdə ilk on natural ədədlər ardıcıllığı, hər bir ədədin bu sıradakı yeri və
tərkibi haqqında məlumat verilir. Bu isə natural sıranın ilk üç aksiomudur
(Peano aksiomları) ki, şagirdlər tanış edilir. Dərsliklərdə konıbinatorikaya,
ədədlərin bölünmə qabiliyyətinə, natural ədədlərin additivlik və multiplikativ-
lik nəzəriyyəsi elementlərinə və s. aid sadə, konkret məlumatlar şagirdləri ən
zəruri biliklərlə silahlandırır.
Şifahi hesablamanın bəzi xüsusi hallarının nəzərdən keçirilməsi və onların
tətbiqilə çalışmalar həlli, hesab əməlləri xassələrinin ümumiləşdirilməsi və s.
nəzəriyyə elementlərini özündə cəmləşdirir ki, təlim prosesində müəllim məhz
dərsliyin təbiətinə uyğun metod tətbiq etməklə nəzəri materialı əyani-induktiv
şəkildə şagirdlərə çatdırır.
İbtidai siniflərin riyaziyyat dərslərində müəllim əksər hallarda yeni mate-
rialı şərh edir, ümumiləşdirmələr aparır, nəticələr çıxarır və bundan sonıa
dərslikdən müvafiq materialı oxumağı (ya özünün rəhbərliyi altında, ya da
müstəqil) tapşırır. Zəruri olan hallarda qayda və xassələri əzbərləməyi
tapşırır. Belə iş üsulunun əhəmiyyəti ondan ibarətdir ki, şagird dərslikdə qısa
və dəqiq şəkildə verilmiş qayda və xassələri oxuyub mənimsəməklə onun
təfəkkürü və riyazi nitqi inkişaf edir.
Bəzi hallarda yeni materialın izahı dərslikdəki kimi verilir Bu o zaman
edilir ki, şagirdlər yeni materiala aid verilmiş çalışmalar üzərində işləyərkən
bilavasitə dərslikdən istifadə etsinlər.


Şagird dərslik üzərində işləyərkən, riyazi mətnləri, ifadələri, çer
sxemləri oxumağı, başa düşməyi və nəticə çıxarmağı öyrənir. Ümum
riyaziyyat dərsliyi şagird üçün bilik mənbəyi rolunu oynayır.


tyoj və
iyyətlə,


77




  1. Dərsin sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mövzu ilə bağlı
    öyrəndikləri üçüncü sütunda qeyd edilir.

Auksion
Müəllim öyrənilən məsələni müəyyən edərək şagirdləri auksionun
keçirilmə qaydaları haqqında təlimatlandırıl'. Öyrənilən əşya və ya hadisənin
xüsusiyyətləri ardıcıl şəkildə adlandırılır.
Hamı növbə ilə əşya və ya hadisə haqqında fikir söyləyir, hər bir fikirdən
sonra müəllim sayır: “Bir, iki". Bu zaman başqa iştirakçı tez təklif verə bilər.
Sonuncu təklif verən qalib sayılır. Fikirlər bir-birini təkrarlamamalıdır.
Bunun üçün hamı bir-birini dinləyir.
Nümunə: Riyaziyyat dərsində müəllim 7 ədədinin tərkibini keçərkən
sinfə “7 ədədini necə aldınız? “ sualını verməklə auksion keçirir.
Mümkün olan cavablar:
6+1=7 4+3=7 2+5=7 5+2=7
3+4=7 1+6-7 l+l+l+l+l+l+l=7
Oyunda axırıncı mümkün cavabı verən şagird “Auksion’u qazanır.

Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin