Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 175,75 Kb.
səhifə47/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   43   44   45   46   47   48   49   50   ...   59
riyaziyyat 11

Akvarium
Bu üsulun məqsədi diskussiya vərdişlərini inkişaf etdirməkdir. Akvarium
bir neçə variantda keçirilə bilər.
Akvarium'üın keçirilməsinin 1-ci variantı:
Şagirdlərin köməyi ilə diskussiya aparmaq qaydaları (məsələn, reqlamen-
tə əməl etmək, bir-birinin sözünü kəsməmək və.s) müəyyən edilir. Şagirdlər 2
qrupa bölünür. Bir qrup dairənin daxilindəki stullarda əyləşərək müəllimin
təklif etdiyi problemi müzakirə edir. Dairədən kənardakı stullarda əyləşmiş
digər qrup isə diskussiyanın müəyyən edilmiş qaydalara uyğun aparıldığını
müşahidə edir. Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya apa-
rır. 15-20 dəqiqədən sonra diskussiya dayandırılır, “xarici dairənin” iştirak-
çıları diskussiyanın gedişini qiymətləndirir və qruplar yerini dəyişərək bu və
ya digər problemin müzakirəsini davam etdirirlər.


75




Riyaziyyat dərsliyi çalışmalar həlli prosesində böyük əhəmiyyətə malik-
dir. Çalışmalar müəyyən prinsiplə seçilir və müəyyən ardıcıllıqla düzülür.
Çalışmaların bir hissəsindən müəllimin rəhbərliyi altında, digər bir hissəsindən
isə sinifdə və evdə müstəqil iş üçün istifadə olunur.
ibtidai siniflərin riyaziyyat dərslikləri təlimin məqsəd və vəzifələrini
həyata keçirmək sahəsində çox böyük imkanlara malikdir.
Bilik, bacarıq və vərdişlərin tətbiqi
Şagirdlərin riyaziyyatdan qazandıqları bilik, bacarıq və vərdişlər iki
sahədə tətbiq olunur:

  1. tədris prosesində:

  2. şagirdlərin praktik fəaliyyətində.

Tədris prosesində yeni biliklərin mənimsənilməsi və möhkəmləndiril-
məsində çalışmalar və təkrar zamanı bilik, bacarıq və vərdişlər tətbiq olunur.
I-IV siniflərdə qazanılmış ölçmə vərdişləri III-IV siniflərdə perimetrlərin.
sahələrin və həcmlərin hesablanmasında tətbiq olunur. Həndəsi məzmunlu
məsələlərin həllində hesablama, ölçmə və cizgiçilik vərdişləri eyni zamanda
qarşılıqlı əlaqədə tətbiq olunur və inkişaf edir.
Şagirdlərin məsələ həlli bacarıqlarını möhkəmləndirmək üçün məntiqi və
kombinasiyalı məsələlərdən də istifadə olunur. Hazır məsələlərin həll edilmə-
silə yanaşı, şagirdlərə məsələ tərtib etdirilməsi və onların həll edilməsi də bu
məqsədə xidmət edir.
Bilik, bacarıq və vərdişlərin tətbiqi həm də nəzəri mövzularda öz əksini
tapır. Məsələn, əməllərin komponentləri ilə nəticələri arasındakı asılılığa dair
biliklər əməllərin düzgünlüyünün yoxlanılmasında, tənlik və ya ifadə qurmaq-
la məsələ həllində tətbiq olunur.
Biliklərə dərindən yiyələnməyin əsl əlaməti - onların praktik fəaliyyətdə,
ictimai-faydalı əməkdə, ictimai işdə, əmək dərslərində və s. tətbiq edilməsidir.
Yer üzərində ölçmə işlərinin, məktəbyanı təcrübə sahəsindəki işlərin nəti-
cələri bilavasitə müxtəlif hesablamalarla əlaqədar olur. Belə işlərdə praktik və
zehııi əmək qarşılıqlı fəaliyyətdə olur.
İbtidai siniflərin riyaziyyat dərsləri əmək təlimi dərsləri ilə sıx əlaqələndi-
rilir. Müxtəlif tədris-əyani vasitələrin hazırlanmasında ölçmə, cizgiçilik və he-
sablamalardan istifadə olunur Biliklərin tətbiqinin ümumi əhəmiyyəti ondan
ibarətdir ki, bu zaman şagirdin təcrübəsi və biliyi genişlənir, anlayışların məz-
munu zənginləşir və onlar həm differensiasiyah və həm də ümumi xarakter
alır.


76




Məlumdur ki, riyaziyyat təlimi metodikası kifayət qədər rəngarəng
metodlara və priyomlara malikdir. Tədris prosesində bu və ya digər metodun
tətbiq edilməsi proqram materialının xarakterindən, dərsin məqsəd və
vəzifələrindən asılıdır.
Yuxarıda üzərində dayandığımız təlim metodları çox vaxt bir-birilə
qarşılıqlı əlaqədə tətbiq olunur. Eyni bir dərsin müxtəlif mərhələlərində bir
neçə metod və priyomlardan istifadə etmək mümkündür.
Riyaziyyat təlimi prosesində müxtəlif metod və priyomlardan istifadə
edərkən, mövzunun məzmunu və xüsusiyyətinə müvafiq olanları həmişə ön
plana keçirmək lazımdır, bu şərtlə ki. əsas didaktik prinsiplər göstərilsin,
təlimin həyatla, şagirdlərin inkişafı və tərbiyəsi ilə əlaqəsi təmin edilsin.

Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin