Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 175,75 Kb.
səhifə49/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   45   46   47   48   49   50   51   52   ...   59
riyaziyyat 11

Rollar üzrə oyun
Rollar üzrə oyun hər hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən
yanaşmağı tələb edir. Bu üsul şagirdlərə hadisələrin iştirakçısı olmaq və möv-
cud vəziyyətə başqalarının gözu ilə baxmaq imkanı verir.
Müəllim rollu oyunlardan istifadə edərkən əldə etmək istədiyi məqsədi,
oyunun mövzusunu, ssenarisini və oyunda iştirak edəcək obrazları əvvəlcə-
dən müəyyənləşdirir, ifa olunacaq rolların mətni yazılmış kartlar hazırlayır.
Rollar bölüşdürüldükdən sonra digər şagirdlərdən kimin aparıcı, kimin
müşahidəçi olacağını planlaşdırır.
Hazırlaşmaq üçün şagirdlərə vaxt verilir.
Oyun nümayiş etdirildikdən sonra müəllim qoyulmuş problemlə bağlı
müzakirə təşkil edir.
Venn diaqramı


Əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini
müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur.
Venn diaqramından istifadə prosesi aşağıdakı mərhələlər üzrə aparılır.

  1. Müqayisə olunacaq əşya və hadisələr müəyyənləşdirilir.

  2. Kəsişən dairələr çəkilir (ortada yazmaq üçün yer saxlanır).

  3. I və III dairədə müqayisə olunacaq obyektlər qeyd olunur.


80




  1. Şagirdlər təlimatlandırılır (təlimatda nəyin müqayisə olunacağı və
    dairələrdə oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı barədə danışılır).

  2. Müqayisə olunan obyektlər təsvir edilir (fərqli cəhətlər sağ və sol
    tərəfdə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur).

  3. Müqayisə nəticəsində fikirlər ümumiləşdirilir.

Layihələrin hazırlanması
Layihələrin hazırlanması müxtəlif mövzuların müstəqil şəkildə tədqiq
edilməsidir. Şagirdlər öz layihələrini təqdim etməzdən əvvəl uzun müddət
onun üzərində işləyirlər. Layihələr şagirdlərin tədqiqat vərdişlərinin, biliklərə
müstəqil yiyələnmə bacarıqlarının formalaşmasında mühüm rol oynayır,
onlara müstəqil şəkildə öz fəaliyyət proqramlarını qurmağa, habelə öz vaxtını
və işini qrafik üzrə planlaşdırmağa kömək edir. Bu üsul həmçinin şagirdlərin
bir-biri ilə, eləcə də məktəbdən kənarda müxtəlif adamlarla qarşılıqlı əlaqəsi
üçün şərait yaradır, hadisələrin hər hansı bir aspektini daha dərindən anla-
mağa imkan verir, əlavə ədəbiyyatdan istifadə etməyə istiqamətləndirir.
Layihələri hazırlayarkən müəllim mövzu və ya problemi müəyyən edir və
sinfə bunlardan birini seçmək imkanı verir. Problem sinif tərəfindən “əqli
hücum ” üsulu ilə də seçilə bilər.
Problem konkret olmalıdır. Müəllim və şagirdlər birlikdə layihə üzərində
işin başlama və başa çatma müddətini, istifadə olunacaq əyani vasitələri
(ədəbiyyatlar, mənbələr, təsviri vasitələr və s.) əldə etmək yollarını, iş
formalarını (fərdi, yoxsa qrup şəklində) müəyyən edirlər.
İş prosesində müəllim suallara cavab verə və ya yol göstərə bilər. İşin
icrasına isə şagirdlər özləri cavabdehdirlər. Tədqiqatın nəticəsi hesabat, xəritə,
illüstrasiya, fotoşəkillər, cədvəllər, qrafiklər formasında ifadə oluna bilər.

Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin