Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 175,75 Kb.
səhifə50/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   46   47   48   49   50   51   52   53   ...   59
riyaziyyat 11

Sorğu vərəqləri və müsahibə
Bu üsullar araşdırılan məsələ ilə bağlı fakt və hadisələr haqqında müəy-
yən qrupların ictimai rəyini öyrənmək məqsədilə aparılır.
Sorğu vərəqi araşdırılan məsələ ilə bağlı tərtib edilir və burada suallar
qoyulur. Sorğuda iştirak edənlər bu vərəqi müstəqil doldurur. Müsahibə isə
araşdırılan məsələ ilə bağlı məlumat almaq üçün aparılır.
Bu üsullardan istifadə edərkən aşağıdakı mərhələlərin gözlənilməsi məq-
sədəmüvafiq hesab edilir:


  1. Problemi müəyyən etmək;




Problem

Problemin həlli yollarının mənfi və
müsbət tərəfləri

Problemin həlli yolları

1-ci həll
yolu

2-ci həll
yolu

3-cü həll
yolu

+






















Qərar:











Problemli vəziyyət


Bu üsul tənqidi təfəkkürü, təhliletmə və ümumiləşdirmə vərdişlərini
inkişaf etdirir.
Müəllim əvvəlcədən problemi və müzakirə üçün sualları hazırlayır.
Şagirdlər 4-5 nəfərlik qruplara bölünür. Problemli vəziyyət əks olunmuş iş və-
rəqləri uşaqlara paylanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzaki-
rə edir və həlli yolunu göstərir. Qruplar öz işlərini bitirdikdən sonra sinifdə
ümumi müzakirə aparılır.
Ziqzaq
Bu üsul mətnin məzmununun qısa müddət ərzində şagirdlər tərəfindən
mənimsənilməsinə imkan yaradır. Şagirdlər dörd nəfərlik qruplara bölünür,
(əsas qrup). Qruplardakı şagirdlər yenidən nömrələnir. Hər qrupdakı eyni
rəqəmli şagirdlərdən yeni qrup (ekspert qrupu) yaradılır.




Öyrəniləcək mətn qrupların sayı qədər hissələrə bölünür və ekspert
qruplarına verilir. Ekspert qrupları onlara verilən hissəni oxumalı və məzmu-
nunu qavramalı və öz əvvəlki qrupuna qayıdaraq öyrəndiyi hissəni onlara
danışmalıdır. Müəllim informasiyanın dəqiq verildiyinə əmin olmaq üçün
suallar verə bilər.
Karusel
Dərsdən əvvəl iri ağ kağızlarda (vatman) mövzuya aid suallar yazılır.
Müəllim qruplara müxtəlif sual yazılmış bir kağız verir. Qrup üzvləri sualı
oxuyur və bir cavab yazır. Kağızlar saat əqrəbi istiqamətində müəllimin
köməkliyi ilə qruplara ötürülür. “Karusel” kimi kağızlar bütün digər qruplar-
dan keçərək axırda öz qrupuna qayıdır. Müəllim bu kağızları yazı lövhəsinə
yapışdırır və bütün sinif cavabları müzakirə edir.

Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin