Müəllimin şərhi və çalışmalar metodu Şifahi şərh metodunun iki forması vardır:
1. Monoloq şəklində şərh. İbtidai siniflərdə bu şərh formasının aşağıdakı
əhəmiyyəti vardır:
şagirdlərin düzgün riyazi nitq ilə tanış edilməsi;
riyazi nitqi dinləməyi və başa düşməyi öyrətmək;
izah nümunəsini şagirdlərə öyrətmək;
materialı hekayə şəklində söyləmək üçün şagirdlərdə vərdiş yaratmaq.
2. Dialoq şəklində şərh. Bu şərh ibtidai siniflərin praktikasında ən çox
yayılmışdır.
Dialoq şəklində şərh a) yeni biliyin verilməsində, b) onun möhkəmləndi-
rilməsində, c) şagirdlərin biliklərinin yoxlanmasında tətbiq olunur.
Şagirdlərin yeni material ilə tanış edilməsi müəllimin izahı ilə başlanır.
Bunun üçün müəllim əvvəlcə şagirdləri yeni anlayışları, əməlləri, onların xas-
sələrini fəal və şüurlu surətdə qavramağa hazırlayır və yeni biliklərlə əvvəlki
biliklər arasında əlaqə yaratmağa çalışır.
Müəllim materialı şərh edərkən, onu hissələrə ayırır, onların mühüm və
mühüm olmayan əlamətlərini ayırd edir, məsələ həlli nümunəsi və ya hesabla-
ma üsullarım göstərir.
70
Şərhin sonrakı mərhələsində məşqetdirici çalışmalar verilir. Bu zaman
yeni materialın mənimsənilməsi dərinləşdirilir. Ölçmə, hesablama və digər vər-
dişlər formalaşdırılır.
Şərh - təlim metodu kimi ardıcıl və ciddi olmalıdır. Çünki riyaziyyat
təlimi prosesində məntiq qanunlarının gözlənilməsi olduqca mühümdür.
Riyaziyyat təlimində şərh metodu spesifik xüsusiyyətə malikdir. Bu bəzən
evrıstik müsahibə şəklində aparılır. Evristik müsahibə zamanı müəllim şagird-
lərin biliklərinə, həyat təcrübəsinə istinad edərək, ciddi düşünülmüş suallar sis-
temi əsasında onları yeni bilikləri mənimsəməyə hazırlayır. Bu zaman müxtəlif
əyani vasitələrdən istifadə edilir. Aparılan müsahibənin mühüm xüsusiyyəti
ondan ibarətdir ki, bu zaman müşahidə, analiz və əməliyyatın obyektini riyazi
yazılış təşkil edir. Şərhin məqsədindən asılı olaraq, onun forması və məzmu-
nunu dəyişə bilər.
Müəllim izahını çalışmalarla tamamlayır. Bundan sonra ümumiləşdirmə-
lər aparılır və nəticələr çıxarılır. Hansı mərhələdə aparılmasından asılı olma-
yaraq, ümumiləşdirmələr müəyyən dərinliyə və genişliyə malik olur. Məsələ
həllində də həndəsə materialının öyrənilməsində də ümumiləşdirmələr aparıla
bilər.