Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 175,75 Kb.
səhifə38/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   34   35   36   37   38   39   40   41   ...   59
riyaziyyat 11

6.Problemli təlim metodu
Problemli təlim dedikdə, adətən tədris məqsədilə yaranmış problem
situasiyaların ardıcıl surətdə həll (aşkar) edilməsi prosesi başa düşülür.
Psixoloji nöqteyi-nəzərdən problem situasiya dedikdə, bu və ya digər
məsələni həll etmək üçün lazım olan biliklərlə şagirdlərin bilikləri arasında
olan çatışmamazlıq və uyğunsuzluq nəticəsində meydana çıxan, az və ya çox
dərəcədə aşkar dərk olunan çətinlik başa düşülür.
S.L.Rubinşteyn tərəfindən irəli sürülmüş «təfəkkür - problem
situasiyadan başlanır» tezisi problemli təlimin psixoloji əsasını təşkil edir.
Problemin özü ardıcıl surətdə problemli məsələlərə ayrılır. Riyaziyyatdan
şagirdlərin müstəqil işi prosesində problemli məsələ qoymaq olar.
Problemli təlim metodunun tərkib hissələri təxminən aşağıdakı kimi ola
bilər:

  1. problemli situasiyanın yaradılması və problemin qoyuluşu;

  2. problemi xarakterizə edən şərtlərin ödənilməsi;

  3. qoyulmuş problemin həll edilməsi:

  4. alınmış həllin düzgünlüyünün əsaslandırılması və qoyulmuş problemin
    ümumiləşdirilməsi;

  5. qazanılmış yeni biliklərin xüsusi seçilmiş məsələlərin həlli prosesində
    tətbiq edilməsi;

  6. görülmüş işin yekunlaşdırılması.

7.Proqramlaşdırılmış və diferensiasiyalı təlim metodları
Proqramlaşdırılmış təlim metodunu şagirdlərin müstəqil işi prosesində
tətbiq etdikdə daha yaxşı səmərə verir. Bu təlim metodunun mahiyyəti aşağı-
dakından ibarətdir.
Müəllim tədris materialını məntiqi analiz və didaktik tələblər əsasında xır-
da hissələrə (addımlara, kadrlara) bölür. Hər bir kadrın (addımın) öyrənilməsi
ondan sonrakı kadrı müstəqil öyrənməyə imkan verir. Beləliklə, şagird müstə-
qil surətdə yeni materialı, əvvəlki biliklərə istinad etməklə, addım-addım öyrə-
nir və irəli gedir. Tədris materialını proqramlaşdırmaq üçün hər kadra aid mə-
sələ və misal həlli nümunələri göstərildikdən sonra hər hansı nəzəri material
üçün və ya həll alqoritminə aid göstərişlər verməlidir. Şagirdin rast gələ biləcə-
yi çətinliklər qabaqcadan nəzərə alınır, onun müstəqil işləməsi təmin olunur.
İbtidai məktəbin riyaziyyat kursu materialının tədrisi prosesində
proqramlaşdırılmış təlim elementlərindən istifadə etmək imkanları vardır;
fənn daxili məntiqi əlaqə, ayrı-ayrı bölmələrin bağlılığı və alqoritmlərin geniş
tətbiq edilməsi və s.


67




Proqramlaşdırılmış təlim metodu materialın mənimsənilməsi sürətini
artırır, şagirdlərin müstəqil yaradıcı fəaliyyətini inkişaf etdirir.
Şagirdlərin meyl və qabiliyyətlərini aşkara çıxarmaq üçün hazırda diffe-
ıensiasiyalı təlim metodundan da istifadə edilir. Belə ki. sinif dərs sisteminin
növbələşdirilməsi şagirdin idrak fəaliyyətini gücləndirir və fənnə marağı
artırır.
Təlim prosesində differensiasiyalı yanaşma hansı məqsədi daşıyır və onun
mahiyyəti nədən ibarətdir?
Differensiasiyalı təlim hər şeydən əvvəl, zəif şagirdləri yeni materialı
mənimsəməyə qabaqcadan hazırlamaq, onların biliklərindəki nöqsanı aradan
qaldırmaq, dərketmə qabiliyyətlərindən maksimum istifadə etməkdən
ibarətdir. Məlum həqiqətdir ki, eyni bır sinifdə oxuyan şagirdlərin bacarıq və
vərdişləri müxtəlif olur. Onların heç də hamısı eyni bir materialı eyni səviyyə-
də mənimsəmir. Ona görə də təlimin sürəti və keyfiyyəti aşağı düşür. Bu cəhət-
dən təlim prosesində şagirdlərin bilik, bacarıq və vərdişlərindəki fərqlərinin
nəzərə alınması müsbət nəticə verir.
Bəzi müəllimlər eyni sinfin şagirdlərini biliklərinin səviyyəsinə görə
qruplara bölürlər. Dərs vaxtı hər qrupa müvafiq tapşırıqlar verilir.
Differensiasiyalı təlim elementlərindən istifadə edərkən aşağıdakılar rəh-
bər tutulmalıdır:

  1. hər şagird yeni materialı mənimsəməyə nə dərəcədə qadirdir;

  2. hansı dərs kollektiv isə, hansı dərs qruplarla isə sərf olunmalıdır.

Təlim prosesində şagirdlərə fərdi yanaşma və təlimin fərdiləşdirilməsi for-
maca müxtəlif olsalar da, hər ikisinin məqsədi;

  • hər bir şagirdin fərdi keyfiyyətinin və idrak marağının inkişaf etdirilməsi,

  • hər bir şagirdin intellektual qabiliyyətinin və istedadının inkişaf etdirilməsi,

  • hər bir şagirdin müstəqil tədris fəaliyyəti vərdişlərinin inkişaf etdirilməsi,

  • hər bir şagirdin yuxarı siniflərində fənlərin əsaslarını öyrənməyə hazırlanma-
    sından ibarətdir.

Riyaziyyat təlimini fərdiləşdirmək üçün üç əsas istiqamət təklif edilir:

  1. nisbətən eyni səviyyəli şagirdlərən tədris qrupunun yaradılması,

  2. riyaziyyat kursunun sürətlə və ya ləng keçilməsi,

  3. qrup daxilində tədris tapşırıqlarının fərdiləşdirilməsi.

Yuxanda qeyd olunmuş istiqamətlər üzrə aparılmış işin səmərəsi
müəllimin yaradıcı fəaliyyətindən çox asılıdır.


68





Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin