Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti


Müşahidə, təcrübə və ölçmə - empirik metodlar kimi



Yüklə 175,75 Kb.
səhifə35/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   31   32   33   34   35   36   37   38   ...   59
riyaziyyat 11

1.Müşahidə, təcrübə və ölçmə - empirik metodlar kimi
Müşahidə - real aləmdəki ayrı-ayrı obyekt və hadisələrin xassə və münasi-
bətlərinin öyrənilməsi və aşkar edilməsi metodudur. Belə ki, obyektin əlamət-
ləri onun mövcud olduğu təbii şəraitdə nəzərdən keçirilir.


61




Təcrübə (eksperiment) elə öyrənmə metodudur ki, obyekt və hadisələri
süni şəraitdə hissələrə ayırıb, sonra digər obyekt və hadisələrlə birləşdirərək
öyrənməkdən ibarətdir.
Müşahidə, təcrübə və ölçmə bir metod kimi bu və ya digər riyazi təklifin
və ya xassənin doğru olub-olmadığını aşkar etməkdə mühüm rol oynayır.
Xüsusən, həndəsə materialının öyrənilməsində müşahidə, təcrübə və ölçmə
metodlarından daha çox istifadə olunur. Lakin hər dəfə müşahidə, təcrübə və
ölçmə nəticələrini ciddi əsaslandırma kimi qəbul etmək olmaz.
2. Müqayisə və analogiya - təlim metodları kimi
Müqayisə və analogiya məntiqi təfəkkür priyomları olub, elmi-tədqiqatda
və riyaziyyat təlimində tətbiq olunur.
Müqayisə - öyrənilən obyektin oxşar və fərqli xassələrinin müəyyənləşdi-
rilməsi deməkdir.
Müqayisə - riyaziyyatda tədqiqat metodu kimi, riyaziyyatı öyrənməkdə
isə təlim metodu kimi geniş tətbiq olunur.
Müqayisədə düzgün nəticə alınması üçün aşağıdakı iki şərt ödənməlidir;

  1. müqayisə olunan anlayışlar bircinsli olmalıdır;

  2. müqayisədə obyektlərin mühüm əlamətləri nəzərdən keçirilməlidir.

Riyaziyyatın tədrisi prosesində müqayisədən istifadə edilməsi
analogiyanın tətbiqi üçün zəmin hazırlayır.
Müqayisə kimi, analogiya da həm elmdə və həm də tədris prosesində
müvəffəqiyyətlə tətbiq olunur.
Analogiya müxtəlif obyektlərə o zaman tətbiq olunur ki, həmin obyektlə-
rin riyazi modelləri eyni olsun və ya eyni bir sinfə aid olsun. Əksər hallarda
tədris materialının öyrənilməsində ardıcıllığın gözlənilməsi təlimdə analogiya-
nın tətbiq edilməsi mümkünlüyündən irəli gəlir. Məsələn, cəbri kəsrlərin xas-
sələrinin öyrənilməsində adi kəsrlərin xassələri ilə bağlı analogiyadan istifadə
etmək olar.
Analogiya bir təlim metodu kimi didaktik vahidlərin artırılmasında da
mühüm rol oynayır. Məsələn, toplama və vurma əməlləri xassələrinin birgə
öyrənilməsində, ədədi və həndəsi silsilələrin birgə öyrənilməsində baza rolunu
oynaya bilər.


62





Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin