Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti


Təlim prosesində informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi



Yüklə 175,75 Kb.
səhifə31/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   27   28   29   30   31   32   33   34   ...   59
riyaziyyat 11

Təlim prosesində informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi.
Müasir təlimin inkişafı müsbət hal kimi qəbul edilsə də, lakin bu inkişaf
yeni problemlər yaratmışdır:

  1. şagirdlərin informasiya axını ilə yüklənməsi,

  2. şagirdlərin informasiya axınında seçim etmək çətinliyi ilə qarşılaşması.

Deməli, müasir təhsilalmada biliklərin - informasiyaların sürətlə artması
və şagirdlərin həmin bilikləri mənimsəmə imkanlarının məhdud olması -


54




problemi olduqca aktualdır; Bu problemin həlli isə təhsilin yeniləşdirilməsi
(müasirləşdirilməsi) ilə əlaqədardır. Bunun üçün təlim-tərbiyə prosesinə infor-
masiya kommunikasiya texnologiyalarını daxil etmək zərurəti yaranmışdır.
Təhsilin informatlaşdırılması üçün əsas vasitələr bunlardır:

  • təhsilin elektron vasitələrlə təchiz edilməsi,

  • təhsilin proqram təminatı,

  • təhsilin məzmunca müasirləşdirilməsi.

Təlimdə kompüterdən və informasiya texnologiyalarından səmərəli
istifadə olunması onların tətbiqi üsulları və formalarından asılıdır.
Kompüter texnologiyaları müasir mərhələdə şagirdin həm də inkişafına
xidmət etməklə, təlimi maraqlı edir, yeni bilik mənbələrini tapmaqda, intel-
lektual fəaliyyəti gücləndirmək istiqamətində təlimin məzmununu intensivləş-
dirir. Kompüter-multimediya obyektləri passiv inikasedici kimi didaktik cə-
hətdən o qədər də yeniliyə malik deyil. Kompüterdə informasiyanın təqdim
edilməsi - təhsilin məzmununun dəyişdirilməsi və zənginləşdirilməsi imkanla-
rını artırır.
İbtidai siniflərdə təlim prosesinin kompüterləşdirilməsi ibtidai siniflərdə
təhsilin, o cümlədən, riyazi təhsilin müasir tələblər səviyyəsində yenidən qurul-
ması imkanlarını artıracaqdır. Bu məqsədlə aşağıdakı məsələləri həll etmək
lazımdır:

  1. kompüterin təlimdə tətbiqi zərurətinin əsaslandırılması,

  2. təhsil prosesinin kompüterləşdirilməsi səviyyəsinin müəyyənləşdirilmə-
    si,

  3. təlimdə kompüterin tətbiqi funksiyalarının müəyyənləşdirilməsi,

  4. təhsil proqramı əsasında fənn proqramlarının hazırlanması,

  5. təlimin, fənnin təkcə məzmunu xüsusiyyəti ilə deyil, həm də şagirdin
    bir şəxsiyyət kimi yetişməsi ilə xarakterizə olunması.

Təlim prosesi və onun nəticələrinin maksimum dərəcədə səmərəli olması
iki faktdan asılıdır: ,

  1. təlimin kompüterləşdirilməsi və informasiya texnologiyalarından
    istifadə olunması,

  2. pedaqoji innovasiya metodikalarının tətbiq edilməsi.

Kompüter həm də kommunikativ əlaqələrin reallaşdırılması vasitəsidir.


55





Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin