İbtidai məktəbin riyaziyyat kursu üzrə əyanilik və əyani vasitələr Əyanilik didaktikanın prinsiplərindən biri olmaqla hər fənnin xüsusiyyət-
lərindən asılı olaraq tətbiq edilir. Riyaziyyat təlimi prosesində əyanilik
prinsipi başqa prinsiplərlə əlaqədə tətbiq edilir. Riyaziyyat dərslərində
əyaniliyin aşağıdakı xüsusiyyətləri vardır:
Nümayiş etdirilən cismin, obyektin ancaq miqdari münasibətləri müşa-
hidə edilir.
Riyaziyyat təlimində əyanilik tədricən konkretlikdən ümumiləşdirmə
istiqamətində tətbiq edilir.
Belə ki, şagirdlərə say əşyaları əvvəlcə təbii şəkildə, sonra onların şəkilləri,
daha sonra kvadratlar, dairəciklər və nəhayət həmin əşyaların sayma müvafiq
ədədlər, riyazi simvollar kimi öyrədilir.
50
Riyaziyyat dərslərində əyanilik prinsipi tətbiq edilərkən, bir tərəfdən
şagirdlərin qavrayışlarına, digər tərəfdən təsəvvürlərinə istinad edilir. Birinci
halda əyanilik zəruridir, ikinci halda əyaniliksiz də keçinmək olar. Bu zaman
şagirdlərin təcrübədə qazandıqları təsəvvürlərə əsaslanmaq lazımdır.
Riyaziyyat dərslərində əyaniliyin düzgün tətbiq edilməsi - şagirdlərin fəza
və miqdar təsəvvürlərinin formalaşmasına, məntiqi təfəkkürün və riyazi nitqi-
nin inkişaf etdirilməsinə, ümumiləşdirmələr aparılmasına, biliklərin praktika-
da tətbiq edilməsinə kömək edir.
Riyaziyyat təlimində əyaniliyin aşağıdakı növləri tətbiq olunur:
Təbii əyanilik
Təsviri əyanilik
Riyazi əyanilik
Təbii əyaniliyə - ətraf mühitdən olduğu kimi götürülmüş və təlimdə tətbiq
olunan əşyalar (daşlar, çöplər, kublar və s.) daxildir.
Təsviri əyaniliyə - əşyaların şəkilləri, kağızdan və kartondan hazırlanmış
modellər və həmçinin ekran əyani vasitələri: tədris filmləri, diafılmlər,
diapozitivlər daxildir.
Riyazi əyaniliyə - müxtəlif sxemlər, sxematik şəkillər, çertyojlar, cədvəllər
üzərində riyazi simvollar (rəqəmlər, əməl işarələri, «>», «<», «=» işarələri) ya-
zılmış kartoçkalar və s. daxildir.
«
Riyaziyyatdan təlimin məzmunu və formasının dəyişməsi əyaniliyin məz-
mununun genişlənməsinə təsir edir.
İbtidai siniflərdə əyani vasitələri istifadə olunmasına görə iki növə ayır-
maq olar:
Ümumsinif əyani vasitələri.
Fərdi əyani vasitələri.
Ümumsinif əyani vasitələr - nümayiş etdirilən əyani vasitələr də adlanır və
onlardan bütün sinif istifadə edir.
Fərdi əyani vasitələrdən hər şagird ayrılıqda istifadə edir. Çox vaxt
ümumsinif və fərdi əyani vasitələrin məzmunları eyni olub, ölçüləri fərqli olur.
Əyani vasitələri hazırlanmasına görə iki növə ayırmaq olar:
Əl ilə hazırlanan əyani vasitələr.
Fabrik və ya mətbəədə hazırlanan əyani vasitələr.
Əl ilə hazırlanan əyani vasitələr hazır əyani vasitələri tamamlayır.
51
Əyani vasitələrin hazırlanması işinə şagirdləri cəlb etmək lazımdır. Bunun
təhsil və tərbiyəvi əhəmiyyəti ilə yanaşı, həm də praktik əhəmiyyəti var.
Əyani vasitələrin hazırlanmasına əmək dərslərində daha çox yer vermək
olar. Hazırda riyaziyyat dərslərində didaktik materiallar, diafılmlər, diapozi-
tivlər getdikcə daha çox tətbiq olunur. Təlimin texniki vasitələri, xüsusilə ek-
ran vasitələri də ibtidai siniflərdə özünə yer tapır. Bu cəhətdən diafılmlər daha
geniş tətbiq olunur. Riyaziyyat dərslərində applikasiya vasitələri (detalları
hərəkət edən və ya dəyişdirilə bilən cədvəllər) də geniş tətbiq olunur.
İbtidai sinfin riyaziyyat dərslərində əyaniliyin tətbiqi şagirdlərin obrazlı
təfəkkürünü, bu da öz növbəsində görmə yaddaşını, obrazlı təxəyyülünü inki-
şaf etdirir. Akademik A.N.Kolmoqorovun dediyi kimi «riyaziyyat mümkün
olan hər yerdə öyrəndiyi problemləri həndəsi olaraq əyaniləşdirməyə cəhd
edir».