Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti


Riyaziyyat təlimində analiz və sintez



Yüklə 175,75 Kb.
səhifə37/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   33   34   35   36   37   38   39   40   ...   59
riyaziyyat 11

5.Riyaziyyat təlimində analiz və sintez
Riyaziyyatda analiz dedikdə məchuldan məluma, isbat ediləcək təklifdən
isbat olunmuş təklifə doğru mühakimə aparmaq prosesi nəzərdə tutulur.
Riyaziyyat təlimində analiz hər hansı məsələnin həllini axtarmaq və ya
hər hansı təklifi isbat etmək vasitəsi kimi başa düşülür.
Riyaziyyatda sintez dedikdə məlumdan məchula, verilənlərdən istifadə
edərək, məsələnin həll edilməsi və ya məlum təklifə istinad edərək, başqa bir
təklifin isbat edilməsi prosesi başa düşülür.
Analiz və sintez elmi-tədqiqat metodları olmaqla, praktik olaraq bir-
birilə sıx əlaqədar olub, bir-birini tamamlayaraq vahid analitik-sintetik meto-
du təşkil edir.
Riyaziyyat təlimində hər hansı mürəkkəb riyazi (hesab) məsələ analiz
vasitəsilə sadə (natamam) məsələlərə ayrılır və sintez vasitəsilə onların həlli
birləşdirilərək, verilən məsələnin bütöv həlli alınır. Belə ki, hər hansı mürək-
kəb məsələnin analitik üsulla həlli yolunu tapmaq üçün «ıməsələdə nə tələb
olunur?» sualı ilə başlamaq lazımdır. Sintetik üsulla həlli yolunu tapmaq üçün
mühakiməni məsələdəki verilənlərdən başlayaraq aparmaq lazımdır.
Analiz və sintez təfəkkür prosesinin formaları kimi də təzahür edir. Çünki
psixoloji nöqteyi-nəzərdən təfəkkür prosesi, hər şeydən əvvəl analiz vasitəsilə
aşkar edilənlərin təhlil və tərkibindən ibarət olub, daha sonra mücərrədləşdir-
mə formasını alır. [36; 126]
Beləliklə, analiz və sintez:

  1. elmi-tədqiqat metodlarıdır;

  2. tədris materialını öyrənmə metodlarıdır;

  3. xüsusi təfəkkür formalarıdır.

Riyaziyyat təlimi prosesində analiz və sintez müxtəlif formalarda tətbiq
olunur:

  1. məsələ həlli metodu kimi;

  2. təkliflərin, teoremlərin isbat metodu kimi;

  3. riyazi anlayışların xassələrinin öyrənilməsi metodu kimi.


66





Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin